Cüme axşamı, 28.03.2024, 16:16
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 30 » Quran-ı Kerimin İlk Tetbiqli İngilisce Tercümesi
    17:32
    Quran-ı Kerimin İlk Tetbiqli İngilisce Tercümesi
    Quran-ı Kərimin İlk Tətbiqli İngiliscə Tərcüməsi

    Ərəbistanlı araşdırmaçı Əbdüləziz b. Fahd Əl Mübarəyin çalışması ilə Quran-ı Kərimin ilk tətbiqli İngiliscə tərcüməsi nəşrdən çıxdı.

    İran Quran Xəbər Agenliyinin "Eş Şerq'ul Evsat" qəzetindən nəql etdiyi xəbərə görə bu qəzetə bir reportaj verən Ərəbistanlı araşdırmaçı Əbdüləziz b. Fahd Əl Mübarək bu şərhdə oldu: Quran-ı Kərimin İngiliscə tərcümələri üzərində etdiyimiz araşdırmalarda, mövcud tərcümələrin Quranın ayətlərinin mənaları ilə tam olaraq razı olmadığını gördük. Bir çox sözlər Quranın ruhuna əlverişsiz olaraq çevrilmiş. Bu tərcümələrin tərcüməçilərinin çoxunun Ərəb olmayışı, tərcümələrdəki əksikliklərin ən əhəmiyyətli faktorudur. Halbuki ana dili Ərəbcə olan tərcüməçilər belə Quranın gözəlliklərini tam olaraq açıqlaya bilməməkdədirlər.

    Əl Mübarək, hazırladığı tətbiqli İngiliscə tərcümədə İslami və qeyri İslami ölkələrdəki dini mərkəzlərin, alim və tərcüməçilərin heç bir köməyinin söz mövzusu olmadığına işarə etdi və ‘bu tərcüməs(n)i tamamladıqdan sonra bir nüsxəsini Mədinədəki Kral Fahd Quran Nəşriyyatına, Əl Ezher İslam Mərkəzinə, İordaniyadakı Əz Zarka Universitetinə və Suriyadakı İslam mərkəzinə göndərdim. Ancaq onlardan gözlədiyim təşviqi ala bilmədim' deyə danışdı.


    Bu Ərəbistanlı araşdırmaçı, yaxın gələcəkdə Quran-ı Kərim ayətlərinin mənalarının tətbiqli tərcüməsinə xidmət edəcək bir müəssisə meydana gətirmək istədiyini yazdı və sözlərini belə davam etdirdi: Quran-ı Kərimin tətbiqli ilk İngiliscə tərcüməsi Beyrutda nəşrdən çıxdı və bu tərcümə çox yaxında İngiltərə və Amerikada da nümayiş olunacaq.


    Əl Mübarək, bu tərcümənin hal-hazırda mövcud olan Quran tərcümələri üzərində ediləcək araşdırmalar mövzusunda bir düşüncə alt quruluşu meydana gətirəcəyini ümid etdiyini ifadə etdi və Quran-ı Kərimin İngiliscə tərcümələrini araşdıracaq bir elm heyəti yaradılması, ayətlərin mənalarının düzgün bir şəkildə verilməsi üçün Ərəbcə şərhlərin diqqətə alınması lazım olduğunu sözlərinə əlavə etdi.


    Əbdüləziz b. Fahd Əl Mübarək, Ərəbistanın İhsa şəhərində dünyaya gəldi. Yüksək təhsilini Livan və Amerikada tamamladı. Təqaüdə çıxdıqdan sonra 70 yaşında ikən araşdırma və yazıçılığa yönəldi. Araşdırmalarını genişlətmək və yaymaq üçün ‘'Ən Nizam'ul Alemiy'il Mustagbel' adında bir elm heyəti qurdu.
    Media-Islama istinad vacibdir



    Категория: Dünyada | Просмотров: 1645 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər