Şenbe, 21.12.2024, 20:03
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 46
    Qonaq: 46
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 1 » «Çöreyin qiymeti 50 qepiye kimi qalxacaq»
    14:27
    «Çöreyin qiymeti 50 qepiye kimi qalxacaq»
     
    İqtisadçı Qubad İbadoğlu qiymət artımının bir sıra psixoloji məqamlarla da bağlı olduğunu deyir

    «Çörəyin qiymətindəki bu bahalaşma gözlənilən idi». Bunu ANS PRESS-ə son günlərdə çörəyin qiymətinin bahalaşması ilə bağlı məsələyə münasibət bildirən İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, bahalaşmanın qarşısını almaq üçün iki varianta əl atılıb. «Birincisi çörəyin çəkisinin, ikincisi isə keyfiyyətinin aşağı düşməsidir. Son günlərdə hər iki proses müşahidə edilirdi».

    Q. İbadoğlu bildirib ki, qiymətlərin bahalaşmasında bir psixoloji məqam da var. Belə ki, dünya bazarında ərzaq qıtlığı, bahalaşma, Azərbaycan iqtisadi inkişaf nazirinin Qazaxıstana səfəri və idxal taxılın gətirilməsinin ləngidilməsi məsələsi qiymət artımını bir az da sürətləndirib.

    «Çörəyin çəkisində dəyişiklik baş verməzsə, 40 qəpiklik səviyyə çörəkbişirmə sənayesinin rəsmi xərclər əsasında gəlirliliyini təmin etməyə əsas verir. Yox əgər qeyri rəsmi xərclər, əlavə məsrəflər yaranarsa 400 qramlıq çörəyin bişirilməsində 40 qəpiklik səviyyə sexlərin gəlirliyini təmin etməyəcək. Ona görə də mən hesab edirəm ki, çörəkbişirmə sənayesində xərclərin azalması istiqamətində işlər aparılmalıdır».

    Ekspert həmçinin, Nazirlər Kabinetinin 220 nömrəli qərarına edilmiş dəyişiklərdən sonra buğda və çovdan ununun əlavə dəyər vergisindən azad edilən malların siyahısına düşdüyünü də xatırladıb. «Lakin bu qiymətlərə ciddi təsir göstərə bilməyəcək. Çünki buğda və çovdan unun idxalında bir sıra çətinliklər var. Ona görə mən hesab etmirəm ki, bu son qiymətdir. Bahalaşma davamlı xarakter daşıyacaq və çörəyin qiyməti 50 qəpik səviyyəsində qərarlaşacaq».

    Onun sözlərinə görə, bahalaşmada ölkədə taxıl yığımının məhsuldarlığından da çox şey asılıdır. Yerli məhsul istehsalçılarını bu işə cəlb edə bilsək qiymət səviyyəsini saxlamaq mümkün olacaq. İdxal mallarından çox asıllıq ilin ikinci yarısında qiymətlərin yenidən artımına gətirib çıxara bilər». /ANS PRESS/

    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1569 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər