Şenbe, 21.12.2024, 19:48
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 38
    Qonaq: 38
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 2 » PRAVASLAV RUSLARIN 80%-i ÖZ DİNLERİNİN ORUCUNA RİAYET ETMİR
    15:24
    PRAVASLAV RUSLARIN 80%-i ÖZ DİNLERİNİN ORUCUNA RİAYET ETMİR
     
    İslam news xəbər verir ki, Ümumrusiya İctimai Rəyi Öyrənən Mərkəzin keçirdiyi sorğuya görə rusiyalıların çoxu (83%) öz dinlərinin Böyük orucluğunda, gündəlik qidalanma rejimlərini saxlamır
    Sorğu olunanların cəmi 3% orucluğa tam əməl edirlər. Pasxadan əvvəl axırıncı həftəsində 4% oruca hazırlaşdığını, 9% qismən tutacağını bildirdi, 1% isə cavab verməyə çətinlik çəkdi. Sorğu iştirakçıları bildiriblər ki, onlar «oruc» zamanı çalışırlar arxayın və səbrli olsunlar, pis şeylər fikirləşməsinlər (21%), kilsəyə getsinlər, ibadət etsinlər, dini ədəbiyyat oxusunlar (14%), ehtiyaclılarar kömək etsinlər, yaxşılıq eləməyə çalışsınlar (7%).

        Soruşulmuşların riayət etdikləri «oruc»dakı məhdudiyyətlər, pəhriz saxlayarkən riayət olunanlardan üstündür. Oruc tutanlar öz rasionlarından bütün heyvani qidaları çıxarırlar (33%), ancaq ət yemirlər (14%), ya da bəzi qida məhsulllarını ixtisara salırlar (29%), içki içmirlər (2%). Hər iki rusiyalıdan biri «Böyük oruc»un mənasını müəyyən etməkdə çətinlik çəkir (47%).


        Hər dörd nəfərdən biri, onun mənasını mənəvi təmizlənmədə, günahlardan yaxa qurtarmaq fikrində görür (27%). Hər on nəfərdən biri hesab edir ki, «Böyük oruc»da gərək orqanizm təmizlənsin (10%). «Oruc» tutanlardan çox az hissəsi qeyd edir ki, bu əməl, Tanrı ilə ünsiyyətdə tövbə etmək vaxtıdır (6%), öz hərəkətlərini qiymətləndirmək, özünü yoxlamaq (4%), ruhu tərbiyə etmək, iradəni tərbiyə etmək, şit və bayağı olan hər şeydən, günahdan özünü saxlamaq, xeyirxah işlər, ibadət və kilsəni ziyarət etmək vaxtıdır, həmçinin bunlarla bir yerdə əməl olunmalı qaydalar da riayət etmək (1-3%).

        ÜİRÖM-nın verdiyi məlumata görə, axır on il ərzində «oruc»a riayət edənlərin sayı 20% dən 16%-a qədər azalmışdır.

         RUQƏYYƏ MƏTİNLİ
    Категория: Dünyada | Просмотров: 1251 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər