İslam news xəbər verir ki, Niderlandiyanın müsəlman məktəblərindəki müsəlman pedaqoqların sayı 50% təşkil edir. Halbuki bu rəqəm 1996-cı ildə ancaq 25% idi
Bu məlumatı müsəlman məktəbləri təşkilatı (İSBO) vermişdir. Bu təşkilatın meneceri Yasin Xartoq qeyd edir ki, müsəlman pedaqoqlarının çatışmaması nəticəsində müəllim yerləri xristian və yəhudi müəllimlərini işə qəbul etməklə əvəz edirdilər. Xüsusilə, müsəlman və xristian dəyərlərinin ümumiliyi (hər şeydən əvvəl, əxlaq və yeniyetmələrin tərbiyə mühütü) ondadır ki, müsəlman məktəbləri, müsəlman müəllimlər tərəfindən 100% doldurulmayıbdır. Amma İSBO bunda qorxulu bir şey görmür. Prinsip etibarilə, başqa şey daha mühüm sayılır ki, axır on ildə müsəlman müəllimlərinin sayının iki dəfə artması (müsəlman məktəblərinin sayının artması şəraititndə), ölkədə yeni sinif yerli müsəlman ziyalılarının möhkəmlənməsi zərurətini xarakterizə edir.
Ümumi dil olmasa, heç bir mədəni mübadilə və mədəniyyətlərin dialoqları mümkün deyildir, buna görə də, müsəlman icmasının Avropa cəmiyyətinə inteqrasiyası üçün, doğma müsəlman mədəniyyəti kimi, əhatə olunduğu Avropa mədəniyyətini təmsil edən rəhbərlərə, tərbiyəçilərə və müəllimlərə də çox ehtiyac vardır.
Göz qabağında olan müsbət tendensiya bunu göstərir ki, dialoq meydançası günü gündən genişlənməkdədir.
TAHİRƏ DƏNİZ “Deyerler” AİN (www.deyerler.org)
|