Главная » 2008 » May » 5 » Düşmenler Quran Ayetlerini Öz Düşünce Terzlerine Göre Şerh etmekde
15:09 Düşmenler Quran Ayetlerini Öz Düşünce Terzlerine Göre Şerh etmekde |
Beynəlxalq Əhlibeyt Təşkilatı Ümumi Katibi:
Dü şmənlər Quran Ayətlərini Öz Düşüncə Tərzlərinə Görə Şərh etməkdə
Dü şmənlər Quran ayətlərini öz düşüncə tərzlərinə uyğun şəkildə şərh edərək qərb cəmiyyətinə təlqin etməkdədirlər.
Media-Islamın İran Quran X əbər Agenliyi İQNA-ya verdiyi xəbərə görə Tahranda iyirmi birincisi təşkil edilən İslami Vəhdət Konfransında danışan Beynəlxalq Əhlibeyt Təşkilatı Ümumi Katibi Hüccet'ül İslam Məhəmməd Həsən Ahteri, İslam düşmənlərinin bu uca dinin dəyərlərinə istiqamətli təhqiredicitutumlarına işarə edərək ''onlar İslam və Qurandan xoşagəlməz və şiddət yanlısı bir portret çəkərək qərb cəmiyyətlərinə təlqin etməkdələr. Bu vəziyyətdə İslam dininin doğru tərifini çox dəqiq bir şəkildə dünyaya tanıtmalıyıq. Ancaq çox təəssüf ki İslam mütəfəkkirləri İslamı gerçək söz mənasıyla tanıda bilməmişlər'' dedi.
Ahteri sözlərinə belə davam etdi: Biz, bu ana qədər qeyri müslimlər üçün kitab yazmad ıq; İslam dinindəki sevgi və xoşgörüşü, peyğəmbərimizin (s. a. a) uca əxlaqını dünyalılara izah edə bilmədik. Başqa sözlə İslami araşdırma mərkəzləri yazacaqları yeni kitabları hər cür fanatizm və cahiliyyə duyğusundan mücərrədlənərək yazmalıdırlar. Öz başlarındakı İslamı deyil, Allah və Rəsulunun istədiyi İslamı tanıtmalıdırlar.
''
İslamın Müqəddəslərini, Quran və Kainatın Əfəndisi Hz Məhəmmədi Müdafiə etmə'' mövzulu məqaləsi ilə bu proqrama qatılan Hüccet'ül İslam Ahteri, ''düşmənlər, İslamın dünya ümumisindəki sürətli irəliləyişi qarşısında öz mənfəətlərinin təhlükəyə düşdüyünü görmüş, uca İslam məktəbinin onların çirkin və uğursuz hədəflərinə mane olduğunu anlamışdır. Buna görə haqq və hakkaniyetin dünyaya yayılmasına qarşı bir döyüş başlatmışdır. Müsəlmanların inanc dəyərləri ilə lağ etmək bu döyüşün bir parçası!'' şəklində danışdı.
Media-islam.Com-a istinad vacibdir |
Категория: Müsahibe |
Просмотров: 1272 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|