Cüme axşamı, 25.04.2024, 20:31
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 5 » «SİONİSTLERİN ŞUŞANIN İŞĞALI GÜNÜ BAYRAM KEÇİRMEYİ BU REJİMİN ANTİBEŞER MAHİYYETİNDEN İRELİ GELİR
    15:17
    «SİONİSTLERİN ŞUŞANIN İŞĞALI GÜNÜ BAYRAM KEÇİRMEYİ BU REJİMİN ANTİBEŞER MAHİYYETİNDEN İRELİ GELİR

    İsrail rejiminin Bakıdakı nümayəndəliyinin mayın 8-də bayram tədbiri keçirmək niyyəti ölkənin vətənpərvər və mənəvi yüklü çevrələrinin kəskin etirazlarına səbəb olmuşdur


    Bu münasibətlə İçərişəhər «Cümə» məscidi dini icması və DEVAMM bəyanat yaymışlar.

        İçərişəhər «Cümə» məscidinin imam-camaatı, DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilir ki, Azərbaycanın milli ruhunun simvolu olan Şuşanın erməni işğalçıları tərəfindən qəsb edilməsi günü sionistlərin bayram tədbiri keçirməsi, bu rejimin yaranma və yaşanma məntiqinə tam uyğun gəlir: «Artıq 60 ildir ki, sionist rejimi Fələstinin yerli əhalisini məqsədyönlü surətdə fiziki, mənəvi, mədəni, psixoloji soyqırıma məruz qoymaqdadır. Faktiki olaraq, bu rejim dinc insanlara qarşı terroru öz rəsmi əməl doktrinasına çevirmişdir. Son neçə ayda bu rejimin maskası bir daha yırtılmış, qeyri-insani mahiyyəti bir daha ifşa edilmişdir. Müqavimətə qarşı təzyiq vasitəsi kimi müdafiəsiz Qəzza əhalisinin həyat və sağlamlığını hədəf kimi seçməklə, bu rejim öz daxili antibəşər məntiqini büruzə vermişdir. Təsadüfi deyil ki, vaxtilə qəbul edilmiş BMT qətnaməsinə əsasən, sionizm faşizmə və irqçiliyə bərabər tutulmuşdur. Sionistlərin özlərini yəhudi dövləti kimi təqdim etmək iddiası da puça çıxmışdır. Bu gün dünyanın hər yerində yaşayan vicdanlı və inanclı yəhudilər, bu rejimin cinayətlərini ittiham etməkdədirlər.

        Azərbaycana gəldikdə isə bu rejimin guya hansısa dost münasibətləri barədə uydurmaların sona çatmasını görürük. Əvvəlcə Xocalı soyqırımı günü İsraildə bayram konsertinin keçirilməsi, sonra BMT-də Qarabağ müzakirələri zamanı təzahür etdiyi Azərbaycanın lehinə olmayan mövqe, indi də Şuşanın işğalı günü bayram tədbirlərinin keçirilməsi planları, İsrail rejiminin erməni qəsbkarları ilə mənəvi uyğunluğuna tam dəlalət edir.

        Biz ölkə ictimaiyyətini şəhidlərimizin ruhuna təhqir olan bu növbəti düşmənçilik aktını pisləməyə çağırır, əlaqədar qurumları bu tədbirin keçiriməsinə icazə verməməyə səsləyirik. Azərbaycanın və azərbaycançılığın simvolu olan, milli ruhumuzun təcəssümü olan Qarabağ və Şuşa mövzularının növbəti dəfə tapdanmasına rəvac vermək – qətiyyən yolverilməzdir».
        Xəbər xidməti

    Категория: Dünyada | Просмотров: 1331 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər