Главная » 2008 » May » 12 » BİN LADENİN OĞLU ATASININ AXTARILDIĞINA İNANMIR
11:53 BİN LADENİN OĞLU ATASININ AXTARILDIĞINA İNANMIR |
“Əl-Qaidə” beynəlxalq terror şəbəkəsinin lideri Üsamə bin Ladenin oğlu Ömər bin Laden Almaniyanın “Frankfurter Rundfschau” qəzetinə verdiyi müsahibədə deyib ki, o, atasının intensiv şəkildə axtarıldığına şübhə edir. Özündən iki dəfə yaşlı britaniyalı qadınla evlənərək dünyanın diqqətini özünə cəlb edən terrorçunun oğlu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “əl-Qaidə” liderini tapacaq imkanlara malik olduğuna şübhə edib, ancaq əlavə edib ki, Amerika kəşfiyyatının atasını ciddi şəkildə axtardığına da inanmır: “Bu barədə mənim ölkəmdə fərqli düşüncələr var. Bəziləri onu Allahın qoruduğuna inanır, bəziləri isə Amerikanın Yaxın Şərq müharibəsinə haqq qazandırmaq üçün onun sərbəst dolaşmasına imkan yaratdığını deyir. Ola bilsin ki, atam yerini tez-tez dəyişdirir, bəlkə də amerikalıların qısa zamanda tapdıqları Səddam Hüseyndən daha zirəkdir”. Ömər bin Laden deyib ki, onun istənilən vaxt istənilən məbləğdə pul əldə etmək imkanları var, lakin hazırda Səudiyyə Ərəbistanındakı şirkətini buraxıb sülh missiyası ilə məşğul olmağa çalışır. O, Qərb ölkələrini sevdiyini, qohumlarının Fransa, Almaniya, Belçika kimi ölkələrdə sərbəst şəkildə yaşadıqlarını da deyib. wWw.musavat.com
|
Категория: Dünyada |
Просмотров: 1152 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|