Cüme axşamı, 18.04.2024, 13:49
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 14 » FELESTİNLİ BACI-QARDAŞLARLA HEMREYLİK AKSİYASI
    14:41
    FELESTİNLİ BACI-QARDAŞLARLA HEMREYLİK AKSİYASI
    «5 dəqiqəlik işığı söndür və dua et»


    İçərişəhər «Cümə» məscidinin dini icması və DEVAMM Azərbaycanın bütün inanclı çevrələrinə, ümumən vicdanlı insanlarına Fələstində yaşanan bəşəri faciə ilə bağlı həmrəylik aksiyasına qoşulmaq çağırışı ilə müraciət etdilər.

    DEVAMM-ın sədri, İçərişəhər «Cümə» məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlunun yaydığı müraciətdə deyilir: «Artıq 60 ildir ki, Fələstin torpaqlarının işğalı və dinc insanlara qarşı məqsədyönlü soyqırım siyasəti davam edir. Əfsuslar ki, ikili standartlar ucbatından Fələstin faciəsi layiqli qiymətini almır və dünya birliyi tərəfindən sionizm cinayətlərinin qarşısı qətiyyətlə alınmır.

    Son zamanlar sionist cinayətlərinin apofeozu baş verməkdədir. Qəzza bölgəsinin müqavimət əzmini qırmaq niyyətilə sionist rejimi milyon yarımlıq əhalini aclıq, susuzluq, humanitar fəlakətlə təhdid edir. Bu azmış kimi, hər gün dinc insanların bombalar altında həlak edilməsi barədə xəbərlər gəlir.

    Bu əlaqədə beynəlxalq birliyin sərt təpki göstərməsinə, sionist vandallıqlarını pisləməsinə və ümumdünya səviyyəsində ifşa edilməsinə nail olmaq üçün geniş maarifçilik işlərinin aparılması zəruridir. Bu sırada, mütərəqqi ictimaiyyətin diqqətini sionizm cinayətlərinə cəlb etmək – xüsusi önəm kəsb edir.

    Bu mövzular Azərbaycan insanı üçün xüsusilə yaxındır. Ələlxüsus, Şuşanın, Laçının işğalına təsadüf edən bu ağır günlərdə. Odur ki, dualarımızda Qarabağın, Fələstinin, işğal olmuş bütün torpaqların azadlığını dələməyi unutmayaq.

    Əlamətdardır ki, qardaş Türkiyənin inanclı gənclər təşkilatları mayın 14-nü – Fələstin Holokostunun zirvə nöqtəsi olan bir tarixi, 5 dəqiqəlik işıqları söndürməklə yad etmək təşəbbüsü ilə çıxış etmişlər. Bu, vicdanlı insanların bir həmrəylik addımı, blokada altında inləyən Fələstin körpələrinin səsinə haray vermək kimi bir mübarək aksiyasıdır.

    Biz də bu nəcib təşəbbüsə qoşulur, öz tərəfimizdən, ölkənin bütün inanclı insanlarını, ümumən, mütərəqqi, vicdanlı insanlarını bu aksiyaya qaşulmağa dəvət edirik.

    Mayın 14-də saat 22.00-da 5 dəqiqəlik işığı söndürək və Fələstin faciəsinin bitməsi üçün Uca Yaradana birlikdə dua edək.

    Uca Allah cəmi məzlumların dadına yetişsin!».

    “Deyerler” AİN (www.deyerler.org)



    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1130 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər