Главная » 2008 » May » 15 » Haddat Adil: Felestin İşğalının İldönümü Qeyd etmelerine Qatılanlar 60 İllik Cinayetlere Ortaq Olmaqdadır
10:56 Haddat Adil: Felestin İşğalının İldönümü Qeyd etmelerine Qatılanlar 60 İllik Cinayetlere Ortaq Olmaqdadır |
Qüds işğalının 60. ildönümü əslində bir qeyd etmə deyil, insanlıq adına bir yas günüdür. Bu gün barış, insan haqqları və azadlıq üçün yas günüdür. Bu günki qeyd etmələrə qatılanlar atmış illik cinayətlərə ortaq olacaqlar.
Media-İslamın İran Quran Xəbər Agenliyi İQNA-ya istinadən verdiyi xəbərə görə, İslami şuəra məclisi başçısı Qulam Əli Haddad Adil bu günki məclis adi yığıncağının açılış danışmasında Fələstin torpaqlarının işğal edildiyi günün ildönümünə işarə etdi və ''İşğalçı Siyonistlər bu günlərdə Fələstin torpaqlarında bir araya gəlib öz hökumətlərinin quruluşunun atmışınçı ildönümü qeyd etməklə məşğullar. Onlar bu qeyd etmə ilə qeyri qanuni hökumətlərinə hökumət qazandırmaq istəyirlər'' dedi.
Bu sözdə qeyd etmə proqramına qatılan ölkələri də tənqid edən İslami Şura Məclisi Başçısı, sözlərinə belə davam etdi: Siyonistlər özlərinə bənzəyən bir qrupu bu qeyd etməyə dəvət edərək hökumətlərini əhəmiyyətli göstərməyə çalışırlar. Amerikalılar, İngilislər və bu işğalçı hökumətin quruluşunda təsirli rol üstlənmiş digər güclər bu proqramda gövdə nümayişi edəcəklər. Bir az diqqətlicə düşünək, nə olmuş?! Fələstinli Ərəb Müsəlmanlar minlərlə ildir bu torpaqlarda yaşamışlar. Sonra bəzilərinin planı ilə bir anda dünyanın dəyişik yerlərindən toplanan ifratçı bir qrup gətirilərək bu torpaqlara qoyulmuş. Bu ifratçı qrup, Fələstin torpaqlarının əsl sahiblərini öldürmüş, bir qisimini sürgün etmiş və beləcə işğal etdiyi o torpaqlara bir də hökumət qurmuş. İndi də bunun qeyd etməsini edir. Nəyin qeyd etməsi? 60 illik zülm və haqsızlığın qeyd etməsimi, yoxsa 60 illik intriqaçılıq və cinayətlərin qeyd etməsimi?! 60 illik işğalımı qeyd edirlər? 60 ildir evsiz-eşiksiz buraxdıqları milyonlarla məzlum Fələstin xalqının gözyaşı üzərinə qurduqları hökumətimi qeyd edirlər? Siyonistlərin dəvətinə razılıq edərək bu qeyd etmə proqramına qatılanlar, nəyi qeyd etdiklərini bilməlidirlər. Onlar bu iştirakları ilə əslində İşğalçı rejimin Fələstin xalqına istiqamətli 60 illik cinayət, qan, gözyaşı, zülm, haqsızlıq və insanlıq xarici hərəkətlərinin bütününə ortaq olduqlarını unutmasınlar. MEDIA-ISLAM.COM
|
Категория: Dünyada |
Просмотров: 1204 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|