Sayğac
Onlayn: 34 Qonaq: 34 İsifadeçi: 0
|
Главная » 2008 » May » 15 » Qafqazda daha bir erazi mübahisesi yaranır?
12:59 Qafqazda daha bir erazi mübahisesi yaranır? |
Xraxoba və Uryanoba kəndlərində etnik ləzgilər yaşayış məntəqələrinin Rusiyanın anklavı kimi tanınmasını istəyirlər
Azərbaycanın şimalında, Dağıstanla 50 km sərhəddə yerləşən Xraxoba və Uryanoba kəndlərində yaşayan və Rusiya vətandaşlığı olan etnik ləzgilər yaşayış məntəqələrinin Rusiyanın anklavı kimi tanınmasını istəyirlər. Kəndlərdə yaşayan əhalinin ümumi sayı 230 nəfərdir. 1954-cü ildə SSRİ Nazirlər Şurasının qərarı ilə yaşayış məntəqələri müvəqqəti olaran otlaq sahələri kimi Dağıstan muxtariyyətinin tərkibinə verilmişdi. 1984-cü ilə Azərbaycan SSR-nin Nazirlər Şurası sənədin etibarlılıq müddətinin daha 20 il, yəni 2004-cü ilə kimi uzadıb. Kənd sakinlərinin sözlərinə görə, bu müddətin bitməsinə baxmayaraq, nə Moskvanın onları Bakıya qaytardığı, nə də Bakının onları təhvil aldığı barədə heç bir sənəd yoxdur. İndi isə Xarici İşlər Nazirliyi Xraxoba və Uryanoba kəndlərinin qeyri-qanuni məskunlaşmış ərazilər kimi tanıdığı bildirir və orada yaşayan əhaliyə ya Azərbaycan vətəndaşlığını qəbul etməyi və ya miqrant statusu almağı təklif edir. Kənd sakinləri isə Rusiya birləşmək üçün əllərində kifayət qədər əsasların olduğunu düşünürlər. Belə ki, ərazidə Rusiya Federasiyasının Konsitutusiyası işləyir, əhali Rusiyada keçirilən seçkilərdə iştirak edir, gənclər isə Rusiyada hərbi xidmət edirlər. Bundan əlavə əhalinin əksəriyyətinin Dağıstanda yaxın qohumları var. Bakıda isə ləzgilərin səyləri mənfi qiymətləndirilir. Azərbaycanın rəsmi şəxsləri ərazinin müvəqqəti olaraq Rusiyanın hüququna verilməsini istəyirlər. Azərbaycanın Rusiya ilə münasibəti kifayət qədər yaxşı inkişaf edir. Lakin bir sıra məsələlər var ki, onlar bu münasibətlərin daha da dərinləşməsinə mane olur. Onlardan ən əsası Qafqazda-Yaxın Şərq regionunuda hökm sürən ümumi beynəlxalq siyasi tendesiya ilə əlaqədardır. Bakı Vaşinqtonla strateji yaxınlaşma kursu götürüb. Güman edilir ki, qonşu Gürcüstan kimi Bakı da tez -gec NATO-ya üzv olmaq istəyəcək və onun bu istəyi Qərb tərəfindən müsbət qarşılanacaq. Bununla yanaşı, Azərbaycan Rusiyaya qarşı da son dərəcə ehtiyatlı siyasət yürüdür: Axı Azərbaycanın Dağlıq Qarabağ kimi həll edilməmiş məsələsi var və lazım olarsa, Moskva asanlıqla Bakının bu ağrılı hissəsinə basa bilər. Bakıda Rusiyanın birbaşa nəzarəti altında olmasa da, məhz Moskvanın dəstəyi ilə ləzgilərin fəallaşması barədə söz söhbətlər gəzir. Bir çox azərbaycanlı ekspertlərin fikrincə, Moskva Gürcüstana qarşı istifadə etdiyi sxemdən Azərbaycana qarşı da təqbiq etməyi düşünür. Yəni Moskva Bakının fəaliyyətinə təsir göstərmək üçün «vətəndaşlarını müdafiə etmək» oyununu qurmaq istəyir. Rusiya hakimiyyəti doğurdan da ləzgilərlə kifayət qədər sıx əlaqə saxlayır. Elə bu günlərdə Moskvada «Mədəni irs, ləzgi xalqının mədəniyyəti; tarix və müasirlik» mövzusunda konfrans keçirilib. Tədbir Rusiyanın Regionların İnkişafı, Xarici İşlər Nazirliyi, Dövlət Duması və Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə keçirilir. Konfransın əsas təşkilatçılarından biri kimi isə Ləzgilərin Milli Mədəni Muxtariyyəti Federativliyinin rəhbəri Arif Kərimov çıxış edir. Azərbaycan hökuməti bu adamı «Rusiya və erməni xususi xidmət orqanları ilə münasibətdə», həmçinin «qeyri-qanuni silahlı qruplaşma» yaratmaqda ittiham edir. Bakıdan fərqli olaraq, rəsmi Moskva hələlik iki ləzgi kəndinin əhalisinin tələblərinə heç bir reaksiya verməyib. Bu məsələ ilə bağlı Azərbaycana bir günlük səfər edən Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin də heç bir bəyanat verməyib. /utro.ru/ ANS PRESS |
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1192 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|