Şenbe, 21.12.2024, 19:35
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 19 » Çindeki zelzele Azerbaycana tesir gösterecekmi?
    17:24
    Çindeki zelzele Azerbaycana tesir gösterecekmi?
    Azərbaycan Çin kimi Alp-Himalay seysmoaktiv bölgəsində yerləşir


    «Azərbaycan Çin kimi Alp-Himalay seysmoaktiv bölgəsində yerləşsə də, Sıçuan əyalətində baş verən güclü zəlzələ ölkəmizə heç bir təsir göstərməyəcək». Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin direktor əvəzi Qurban Yetirmişli bildirib. O qeyd edib ki, hazırda Çində seysimoaktivlik çox güclüdür: «Çində dərinlikdə olan zəlzələ ocaqları ki, orada gərginlik təkanları sürətləndirir. Lakin Azərbaycanda bu, mümkün deyil».

    Qurban Yetirmişli əlavə edib ki, Azərbaycanda da güclü zəlzələ ocaqları var və bu gün də həmin ərazilərdə xırda təkanlar qeydə alınır: «Məsələn, Gəncə, İsmayıllı, Şamaxı, Zaqatala və Abşeron yarmadasının cənub-şərq hissəsi seysmoaktiv bölgələr hesab olunur. Gündəlik 1-2 zəif təkanlar olur ki, bunları cihazlar yazır». Amma seysmoloqun sözlərinə görə, bu cür təkanlar çox da qorxulu deyil. O, qeyd edib ki, Azərbaycan seysmo-aktiv zonada yerləşdiyindən, ölkədə il ərzində təxminən minə qədər yeraltı təkan qeydə alınır. Onların 15-20-si nisbətən güclü olsa da, əksəriyyəti hiss olunmayacaq dərəcədə zəifdir və yalnız cihazlar vasitəsilə qeydə alınır.

    Ölkəmizdə Böyük Qafqaz, Şamaxı-İsmayıllı, Gəncəbasar, Talış dağları, Xəzər dənizi seysmoaktiv zonalar hesab edilir. Bu ərazilərdə hələ ta qədimdən indiyədək müxtəlif vaxtlarda müxtəlif təkanlar qeydə alınıb.

    Alp-Himalay seysmo-aktiv bölgəsində yerləşən Azərbaycanda ilk böyük zəlzələ 5-ci əsrə təsadüf edib. 427-ci ildə Gəncə şəhərində baş verən təbii fəlakət zamanı 100 minlərlə adam həlak olub. 700 il sonra Gəncədə yenidən böyük bir zəlzələ baş verib. 1139-cu ildə isə Gəncədə olan təbii fəlakət zamanı Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göy Göl yaranıb. 1667-68-ci illərdə Şamaxıda da zəlzələlər seriyası başlayıb.

    Seysmoloji materialların təhlili şöbəsinin müdiri Rasimə Abdullayevanın verdiyi məlumata görə, Şamaxı zəlzələləri 17-ci əsrin 2-ci yarısında və 19-cu əsrin 2-ci yarısında baş verib: «Axırıncı zəlzələ 1902-ci ildə baş vermiş və 9-10 ballıq zəlzələ nəticəsində Şamaxı dağılmışdı». Şamaxıda 20-ci əsrdə baş verən zəlzələ dağıdıcılığı ilə tarixə düşdü. Həmin vaxt şəhər yerlə-yeksan olmuşdu.
    1935-ci ildə Gəncədə yenidən böyük dağıntılara səbəb olan Zurnabad zəlzələsi qeydə alınıb.

    Bakı şəhərində isə ilk zəlzələ 1950-ci ilə təsadüf edib, lakin digər zəlzələlərin xronologiyasına nəzər saldıqda şəhərə ciddi ziyanın dəymədiyini görərik. 1960-61-ci ildə Bakıda yenidən baş verən zəlzələlər zamanı dağıntıların və həlak olanların sayı bir o qədər də çox olmayıb. Seysmoloqlar bunu zəlzələ episentrinin şəhərdən xeyli kənara, Xəzər dənizinə düşməsi ilə əlaqələndiriblər. Paytaxtda sonuncu, ən yaddaqalan zəlzələ isə 2000-ci il noyabrın 25-də baş verib.
    Seysmoloqlar bildirirlər ki, Azərbaycan, o cümlədən də paytaxt Bakı təhlükəli seysmoaktiv zonada yerləşir. Bakı 8 ballıq, Şamaxı, Gəncə, Naxçıvan isə 9 ballıq aktiv zona sayılır. Respublika Seysmoloji Xidmət Mərkəzində deyirlər ki, bəzi yerlərdə yaşayış binalarının tikilməsi təhlükəlidir. Ona görə də, tikinti ilə məşğul olanlar mütləq normativlərə əməl etməlidir. Normativlər isə seysmoloji xidmətin verdiyi rəyə uyğun müəyyənləşir. Rəydə zonanın aktivliyinə uyğun olaraq bir sıra tələblər, məsələn divarın qalınlığı, sementin markası, armaturun eni və göstəricilər əksini tapır. Seysmoloqların rəy verməsi bir neçə mərhələdə aparılır. Seysmoloji Xidmət Mərkəzinin direktor əvəzi Qurban Yetirmişlinin sözlərinə görə, əvvəlcə ərazinin seysmik ballığı barəsində rəy verilir. Rəydən sonra binanın layihələndirmə işləri aparılır.

    Zəlzələ zamanı xəsarət almamaq üçün ən əsas şərt təlaşa, vahiməyə düşməmək və hər bir vəziyyətə hazır olmaqdır. Çünki həyəcan adamın hərəkətlərinə nəzarət etməsinə imkan vermir. Bundan əlavə, evdə təhlükəsizliyi də təmin etmək vacibdir.

    Seysmoloq Rasimə Abdullayevanın sözlərinə görə, zəlzələ baş verəndə birinci qazı, işığı, suyu söndürmək lazımdır: «Yuxarı mərtəbələrdə yaşayanlar pilləkənlərdən düşə bilməz, çünki bu, təhlükə yarada bilər. Ona görə zəlzələ vaxtı stolların altında, möhkəm sütunların, qapının möhkəm çərçivəsinin altında dayanmaq lazımdır».

    O bildirib ki, zəlzələ zamanı həyət evində olanların mümkün qədər düzənlik sahəyə çıxması məsləhətdir. Ağac altında durmaq da təhlükəlidir. Gözlənilməz təkanları avtomobildə hiss edənlər isə ən birinci sakitliyə riayət etməli, maşını tərk edib onun yanında yanakı vəziyyətdə uzanmalıdır. /ANS TV/


    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1909 | Добавил: al-shia | Рейтинг: 5.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər