Böyük islam alimi Ayətullah Nasir Məkarim Şirazi cənabları öz Qumdakı çıxışında, son günlərdə baş vermiş İslam dininə olan xəyanəti pisləyərək, bu işin kökündə onların İslama qarşı olan kin və düşmənçiliyinin dayandığını bildirdi.
Xəbər aqentliklərinin verdiyi xəbərə görə, Ayətullah Məkarim Şirazi cənabları öz çıxışında demişdir: "Əgər fikirləşsək ki, Holland parlamentinin nümayəndələrindən biri öz-özlüyündə qərara almışdır ki, İslam Peyğəmbərinin və Quranının əleyhinə film çəkib yaysın, çox sadəlğvh bir fikir olacaqdı. Şübhəsiz ki, pərdə arxasında başqa əllər gizlənir. O, davaminda bildirmişdir: "Bu filmdə elə səhnələr var ki, Əziz Peyğəmbərimizə ( s) qarşı şiddətli xəyanətdir. Yalanla, iftira ilə və o mübarək Həzrətin müqəddəsliyinə xəyanətlə dolu bir filmdir bu".
Ayətullah Məkarim Şirazi bu işin kökündə İslama qarşı olan kin və düşmənçiliyinin dayandığını söylədi: "Düşmənlər İslamı öz mənafelərinə zidd bilirlər, belə ki, müsəlmanlar artıq ayılıblar və dünya zülmkarlarına bac vermək istəmirlər". O, həmçinin, dedi: "Onların mənafələri təhlükəyə düşəndə bir gün Danimarkada, bir gün Hollandiyada, sabahısı gün İngiltərədə, sonra Fransada və hər gün bir yerdə öz kinlərini təzahür edəcəklər.
Müsəlmanlar fikirləşməsinlər ki, bu iş ancaq Qərbə aiddir, gərək bilsinlər ki, bu bir davamlı intriqadır ki, mürtəd olmuşun "şeytan ayələri"nin yalanlarından başlanıb və hər gün müxtəlif üsullar ilə özünü göstərəcək". Məkarim Şirazi bunu da qeyd etdi ki, Hollandiyada olan bu film sayəsində milyonlarla insanlar Quran oxumağa və İslamla tanış olmağa başladılar və mən əminəm ki, islam dinin güclü məntiqi və cazibəsi onları da özünə çəkər.
Bütün müsəlmanlar, eyni zamanda islam dövlətlərinin başçıları və siyasətçiləri, yazıçıları gərək düşünülmüş, məntiqli məqalələrlə bu fitnəyə qarşı çıxsınlar. Mən inanıram ki, bu məsələdə bütün müsəlmanlar bir olacaq və düşmənin fitnələrinin qarşısında daha möhkəm və əzimli dayanacaqlar".
|