Azərbaycan prezidenti İlham Əliyev mayın 22-23-də keçirilmiş Kiyev enerji sammitinin nəticələrini müsbət qiymətləndirir.
Mayın 23-də enerji sammitindən sonra yekun mətbuat konfransında çıxış edərkən İ.Əliyev deyib: «Regionlarımızın elan etdiyi enerji dəhlizi bizi əməkdaşlığın gələcək inkişafına aparır. Nəqliyyat dəhlizi, humanitar dəhliz – bütün bunlar bizim ölkələrimiz arasında anlaşmanın yaxşılaşmasına səbəb olacaq və ümumi maraqlara xidmət edəcək».
İ.Əliyev sammit iştirakçıları arasında istehsalçıların, tranzitçilərin və enerji ehtiyatları istehlakçılarının olduğunu vurğulayıb: «Bu, enerji siyasətinin bütün komponentlərinin bir yerdə necə birləşməli olduğuna yaxşı nümunədir».
«Hesab edirəm ki, bizim bugünkü diskussiyamızın ən uğurlu nəticələrindən biri bütün iştirakçıların səylərinin birləşdirilməsi və bizim dostluq, tərəfdaşlıq ideallarına sadiqliyimizdir. Bu, özümüz üçün nəzərdə tutduğumuz bütün məsələləri həll etməyə imkan verəcək» deyə Azərbaycanın dövlət başçısı sonda vurğulayıb.
xeberden istinad vacibdir
|