Cüme, 26.04.2024, 07:35
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 27 » 50 MİLYARD QUDUZ QARIŞQA ABŞ-a HÜCUM ETMİŞDİR
    12:43
    50 MİLYARD QUDUZ QARIŞQA ABŞ-a HÜCUM ETMİŞDİR
     
     
    Hyustonda həşəratlar evlərə soxulub elektrik cihazlarını və kompyuterləri yararsız hala salırlar. Onları adi usullarla məhv etmək praktik olaraq qeyri-mümkündür.



     

    Texasın kənd təsərrüfatı nazirliyi onları məhv etmək üçün plan hazırlayır.Tüklü sarı qarışqalar Hyustonun ətraf ərazilərinə hücum edirlər. Onlar Texasa çox böyük ziyan vururlar, belə ki, naqilləri gəmirirlər, şəhər kammunikasiyasını və kompyuterləri sıradan çıxarırlar.

        Onların haradan gəldiyi məlum deyil, ancaq güman edirlər ki, bu həşəratlar Karib basseyni mənşəlidirlər və ABŞ ərazisinə yük gəmisi vasitəsilə gəlmişlər. Onların sayı 50 milyarda çatır. Bu Hyustonda olan həşəratların 90%-ni təşkil edir. Yerli əhali onları «Resberin qudurmuş qarışqaları» adlandırır. Onları müəyyən edən alimin şərəfinə belə adlandırırlar.

        Tom Resberi bu cür həşəratlarla ilk dəfə 2002-ci ildə rastlaşır və alim bu haqda telekanallara danışır: «Mən həşəratlarla artıq 30 ildir ki, məşğul oluram və ömrümdə heç vaxt bu cür həşəratlarla rastlaşmamışam. Onlar quduzdurlar. Bu qarışqaları ona görə quduz adlandırırlar ki, adi qarışqalardan fərqli olaraq, onlar nizamsız hərəkət edirlər və qarşılarına çıxan hər şeyə hücum edirlər».

        Quduz qarışqalar artıq yanğın siqnalizasiyasının işində çox sayda qaydasızlıqların yaranmasına səbəb olmuş və qaz sayğaclarını xarab etmişlər. Amerika hökumətinə xəbər verilmişdi ki, Hyuston ərazisində yerləşən NASA-nın obyektləri və yerli aeroport təhlükə altındadırlar.

         Hələ ki, hökumət Resberin qudurmuş qarışqalarını məhv edə bilmir. Onlar zəhərli tələlərin ətrafından keçməyi öyrəniblər. Alimlər Texas kənd təsərrüfatı nazirliyi ilə birlikdə bu quduz qarışqaların əleyhinə mübarizə vasitələri işləyib hazırlayırlar.

    Категория: Dünyada | Просмотров: 1300 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər