Çerşenbe axşamı, 03.12.2024, 23:04
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 1 » Dağlıq Qarabağ ve Ermenistanda hele de girov saxlanılan azerbaycanlı uşaqlar var
    04:23
    Dağlıq Qarabağ ve Ermenistanda hele de girov saxlanılan azerbaycanlı uşaqlar var
    nullBu barədə beyəlxalq insan hüquqları qurumlarına müraciət olunsa da, Ermənistan tərəfi əsir və girovları gizlədir


    "Artıq 16 ildir ki, 21 azərbaycanlı uşaq Ermənistanda və işğal olunmuş Dağlıq Qarabağ ərazisində girovluqda saxlanılır. Onlardan 7-si qiz, 14-ü oğlandır. Bu barədə beynəlxalq təhkilatlara əlaqədar təşkilatlara və humanitar problemlərlə məşğul olan qurumlara məlumatlar göndərilsə də, nədənsə adıçəkilən təşkilatlar və dövlətləri bu problemlə maraqlandıra bilməmişik”. Bunları “Həsrət Yolu” İctimai Birliyinin sədri Esmira Orucova bildirib.
    Bu günə kimi girovluqda olan vətəndaşlarımızın taleyinə beynəlxalq qurumlar tərəfindən laqeyid münasibət bəsləndiyini deyən birlik sədri, 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə, eləcə də xarici ölkələrin diplomatik korpuslarına bir daha müraciət ediləcəyini, eyni zamanda həmin siyahının onlar təqdim olunacağı qeyd edib.
    Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə bildirirlər ki, bu günə kimi əsir və girovluqda olan vətəndaşlarla bağlı bütün beynəlxalq insan haqları təşkilatlarına müracəitlər olunub və onlara lazımi səndlər təqdim edilib. Amma vətəndaşlarımızın girovluqdan azad edilməsi istiqamətində hələ ki, heç bir müsbət irəliləyiş yoxdur. Səbəb isə odur ki, Ermənistan tərəfi əsir və girovları gizlədir. Dövlət Komissiyasından onu da bildirilər ki, Azərbaycana bu məsələdə kömək etmək niyyətində olan beynəlxalq işçi qurupun fəaliyyəti də nəticəsiz olub. Belə ki, işçi qurupuna əsir və girovluqda olan vətəndaşların yerləşdiyi məntəqələr barəsində məlumatlar təqdim olunsa da, hər dəfə ermənistan tərəfi yer dəyişməklə izi itirməyə nail olub.
    Komissiyanın məlumatına görə, maliyyə imkanları tükəndiyindən beynəlxalq işçi qrup artıq bölgəyə olan səfərlərinə də son verib. Xatırladaq ki, birinci Qarabağ müharibəsi zamanı 4471nəfər azərbaycanlı itkin düşüb ki, onlardan da 800-ə yaxın adam əsir və girov götürülmüş hesab olunur. /ANS TV/


    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1335 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər