Главная » 2008 » İyun » 1 » İSRAİLLİLER UŞAQLARA SİONİZMİ ÖYREDİRLER
12:55 İSRAİLLİLER UŞAQLARA SİONİZMİ ÖYREDİRLER |
Bu məsələ yaxın günlərdə İsraildə keçirilən Sionizmin Ümumdünya qurultayında qaldırılmışdır.
İslam. news xəbər verir ki, İsraillilər, ölkənin bütün məktəblərinin həmçinin xarici ölkələrdəki yəhudi məktəblərinin də sionist təhsilə keçirməsini aktiv surətdə müzakirə edirlər. Bu məsələ yaxın günlərdə İsraildə keçirilən Sionizmin Ümumdünya qurultayında qaldırılmışdır.
Bu nümayəndələr forumuna dəvət edilmiş, İsrail rejiminin təhsil naziri Yuli Tamir dövlət məktəblərinin sionist təhsilə qayıtdıqlarını rəsmi surətdə elan etmişdir. "Göy daxıl" adlanan bu kurs 30 il əvvəl ümumi məktəb proqramına daxil edilmişdi və bu kursu ancaq müəyyən təhsil müəsisələrində keçirdilər.
Gələn təhsil ilindən bütün dövlət məktəblərinin şagirdləri məcburi qaydada sionist rejiminin və sionist hərəkatının tarixi haqqında aktiv surətdə tanış olcaqlar.
Onu da qeyd edək ki, bu sionist təhsili o zaman qaldırıldı ki, nüfüzlü ictimai yəhudi təşkilatları, həmçinin yəhudi ruhaniləri sionizmin, qanunsuz yaradılmış İsrail rejiminin və Fələstin xalqına qarşı soyqırım siyasətinin əleyhinə çıxış edirdilər.
Yada salaq ki, Londonda son həftələrdə anti-israil nümayişi keçirildi və orada 15 min insan iştirak edirdi. Diqqətəlayiqdir ki, sionist rejiminin yaranmasının 60 illiyinin əleyhinə olan bu protest aksiyasında müsəlman və xristianlarla bərabər, yəhudilər də iştirak edirdilər.
Bir neçə gün əvvəl yəhudi ictimai xadimləri: məhşur yazıçılar, akademiklər və aktyorlardan ibarət bir qrupu sionist təhsilin və rejimin ildönümünün bayram edilməsi əleyhinə çıxış etmişdilər.
İsrail rejiminin 60 illik ildönümü ərəfəsində ortodoksal yəhudi ruhani qrupu da sionizmin və Fələstin xalqının məhv edilməsinin əleyhinə çıxış etmişlər. Ruhani liderlərinin çağırışı təkcə yəhudi dindarları üçün tövsiyə deyildir, o həm də yəhudilər üçün ilahi qərar xarakteri daşıyırdı. Alimlər dindarların yadına saldılar ki, bu qadağanın pozulması ağır günah işləməkdir və günahkarlar isə Qiyamət günü cəzalandırılacaqdırlar.
“Deyerler” AİN (www.deyerler.org)
|
Категория: Dünyada |
Просмотров: 1284 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|