Cüme axşamı, 21.11.2024, 18:54
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 11
    Qonaq: 11
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 9 » NAXÇIVANIN KENDLERİ SATIN ALINIR
    23:34
    NAXÇIVANIN KENDLERİ SATIN ALINIR
    Yeni Musavat qəzetinin yazdığına görə Naxçıvanda kürd ailələri evlər alır və məskunlaşırlar. Bu xəbəri olduğu kimi sizin diqqətinizə çatdırırıq:

    Naxçıvanda PKK tərəfdarlarının fəaliyyəti, muxtar respublikadakı ali məktəblərdə təşkilatlanmaları, “Kürdüstan dövləti”nin xəritələrini, PKK-nın emblemlərini və bayrağını yayması, yerli əhalinin sıxışdırılıb çıxarılması və ticarət obyektlərinin PKK simpatizanlarına verilməsi barədə dəfələrlə məlumat vermişik. Ayrı-ayrı mətbuat orqanları da bu mövzuda həyəcanlı xəbərlər yayıblar. Artıq vəziyyət o həddə çatıb ki, Azərbaycan rəsmiləri də ölkəni PKK təhlükəsinin təhdid etdiyini dilə gətirirlər. Ötən həftə Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim məhz bu cür açıqlama ilə çıxış etmişdi.
    Bəyanatlara və mətbuatın həyəcanlı xəbərdarlıqlarına baxmayaraq, problemin üzərinə rəsmi səviyyədə sərt şəkildə gedilməməsi Naxçıvana Türkiyədən kürd köçünü sürətləndirib. Naxçıvandan redaksiyamıza verilən məlumata görə, indiyə qədər məskunlaşma əsasən rayon mərkəzlərində müşahidə olunurdu. Son vaxtlar proses kəndlərə keçib. Türkiyə vətəndaşları olan ailələr Naxçıvanın iqtisadi problemlər nəticəsində boşalmış kəndlərinə yerləşirlər: “Kəndlərə gəlib qapısı bağlı olan evlərin sahiblərini axtarırlar. Ev sahiblərinin əksəriyyəti isə ya Bakıya köçüb, ya da Türkiyədədir. Yerli icra orqanları Bakıya köçən kənd sakinləri ilə Türkiyə vətəndaşlarının görüşməsinə şərait yaradır. Evin sahibi Bakıdan Naxçıvana çağırılır. Türkiyə vətəndaşı olan ailə evin yiyəsinə 10-12 min dollar ödəyərək mülkü alır. Neçə illərdir Bakıya köçən kənd sakinləri illərdir qapısını açmadıqları kənddəki evlərinə bu qiymətin verilməsini göydəndüşmə hesab edirlər. Düşünürlər ki, onsuz da artıq Bakıda yerləşiblər, kənddəki evdən istifadə edəsi deyillər, ev yiyəsiz qaldıqca uçulub-dağılır”.
    Maraqlıdır ki, Naxçıvan kəndlərində ev alaraq məskunlaşan Türkiyə vətəndaşları yerli sakinlərə özlərinin türk olduğunu deyirlər. Lakin yerli əhali gəlmələrin kürd əsilli ailələr olduğunua şübhə etmir.
    Bizimlə bu mövzuda söhbət edən sabiq MTN əməkdaşı Naxçıvanda cərəyan edən proseslərin Azərbaycan üçün perspektivdə böyük problemlər yarada biləcək məsələlər olduğunu deyir. Onun fikrincə, məsələnin bu səviyyəyə qədər böyüməsini əngəlləmək üçün proses yeni başlayanda qarşısı alınmalı idi: “Naxçıvanda vəziyyətin gərginləşməyə doğru getməsi muxtar respublika ilə birbaşa quru əlaqəmizin olmamasından, Azərbaycan ictimaiyyətinin və mətbuatın ora təsir edə bilməməsindən irəli gəlir. Məsələnin ikinci tərəfi budur ki, Naxçıvanda baş verənlərlə bağlı informasiyanı verməli olan Milli Təhlükəsizlik Nazirliyinin Naxçıvanda fəaliyyət göstərən strukturları informasiya vermirlər; verirlərsə də bunun heç bir təsiri olmur. Naxçıvan hakimiyyətinə adekvat təsirlər göstərilə bilmir. Bu, ondan irəli gəlir ki, Naxçıvan rəhbərliyinin əlahiddə statusu var. Azərbaycanın dövlət başçısından başqa heç kim, heç bir dövlət qurumu Naxçıvan rəhbərliyinə təsir edə bilmir. Müvafiq dövlət qurumları öz informasiyaları ilə də təsir göstərə bilmirlər. Təsir edə bilmədiklərindən gələcəkdə Naxçıvanla bağlı ciddi problemlərlə üz-üzə qala bilərik. Naxçıvanın kəndlərində Türkiyə vətəndaşı olan kürdlərin sürətlə məskunlaşması Naxçıvanın yerli əhalisi üçün də gələcəkdə arzuolunmaz vəziyyət yarada bilər. Bir sıra ekspertlər də indiyə qədər dəfələrlə bəyan ediblər ki, sözügedən məskunlaşmanın qarşısı alınmasa, çox da uzaq olmayan gələcəkdə Naxçıvanın Azərbaycandan ayrılması məsələsi kimi ciddi təhlükə gündəmə gələ bilər. Proses belə davam edəcəksə, bir neçə ilə bunun baş verməsi təhlükəsi var. Bu isə perspektivdə yeni torpaqlarımızın itirilməsinə gətirib çıxarar. Türkiyənin sərhəddində olan Azərbaycan ərazisində qaynar nöqtənin yaranmasında ölkəmizə və qardaş Türkiyəyə dost olmayan dövlətlərin də ciddi marağının olduğunu sübut etməyə ehtiyac yoxdur. Naxçıvanın Ermənistanla da böyük quru sərhəddinin olduğunu nəzərə alsaq, indi muxtar respublikaya köçənlərin gələcəkdə siyasi və digər tələblər ortaya qoyacağı halda düşmən ölkədən müxtəlif formatda dəstək alacağı şəksizdir”.
    Həmsöhbətimiz vurğuladı ki, narahatlıq yaradan məqamlardan biri də həmişə öz mübarizliyi ilə seçilən, müqavimət amili güclü olan Naxçıvan əhalisinin bu gün müqaviməti qırılmış vəziyyətə gətirilməsidir: “İqtisadi çətinliklər və muxtar respublikada dözülməz siyasi vəziyyət yerli əhalinin Naxçıvanı tərk etmələrinə səbəb olub. Sirr deyil ki, Naxçıvanın elə kəndləri var, orada yaşayan yoxdur. Əhali ya Bakıya, ya da Türkiyəyə köç edib”.
    Naxçıvana Bakıdan müxbir göndərməyin mümkünsüz hala çevrildiyini xatırladan sabiq MTN-çinin sözlərinə görə, bu vəziyyətin özü artıq çox ciddi siqnaldır, Azərbaycanın təhlükəsizliyinə qarşı addımdır: “Bu gün əslən Naxçıvandan olan müxalifət siyasətçilərinin belə oraya getməsi qeyri-mümkün olub. Naxçıvanda rəhbərliyin bu davranışı, kənar təhlükəli qüvvələrin orada özlərinə münbit şərait tapması Azərbaycan dövləti üçün faciə ilə nəticələnəcək. Naxçıvan türk xalqını və türk dövlətlərini sevməyən yadlarla doldurulanda, sabah ermənilərlə döyüş başlayanda həmin yadlar Naxçıvanı müdafiə etməyəcəklər. Ya oranı tərk edəcəklər, ya da ermənilərə şərait yaradacaqlar. Nəticədə Naxçıvanın itirilməsi təhlükəsi yarana bilər... Naxçıvandakı prosesin o qədər fəsadları ola bilər ki, düşünəndə belə dəhşətə gəlirsən. Naxçıvanla Azərbaycanın qırılma nöqtəsi başlayıb. Yerli əhalinin sıxışdırılaraq çıxarılıb oraya yad ünsürlərin yerləşdirilməsi və yad ünsürlərin də Azərbaycanın maraqlarına cavab verməyən fəaliyyətdə olması onu göstərir ki, artıq Naxçıvanda gec partlayan minalar düzülüb”.
    Həmsöhbətimiz ölkəni gözləyən təhlükədən xilas olmağın yolunun olduğunu deyir: “Xüsusi xidmət orqanları Naxçıvana kənardan köçürülən ünsürlərlə bağlı öz əllərində olan və mətbuatda gedən informasiyaları toplayıb dövlət başçısına məruzə etməlidirlər. Bundan sonra çox ciddi tədbirlər görülməsinə başlanmalıdır. Dövlət başçısının birbaşa dəstəyi ilə çox ciddi addımlar atılsa, Naxçıvanla bağlı qeyd olunan bütün faktlar bir neçə günün içində zərərsizləşdirilə bilər. Problemə qısa müddətdə son qoymaq asandır. Sadəcə olaraq ortalığa qətiyyət və iradə qoymaq lazımdır”.
    Əli ƏMRAH/Yeni Musavat


    Прикрепления: Şekil 1
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1437 | Добавил: admin | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər