Главная » 2008 » İyun » 10 » İRAQDA QİYAM XeBeRDARLIĞI
12:13 İRAQDA QİYAM XeBeRDARLIĞI |
İraqın öndə gedən din alimlərindən Ayətullah Müdərrisi, ABŞ ilə İraq arasında təhlükəsizlik razılaşmasının imzalanması vəziyyətində İraqda qiyam çıxacağı xəbərdarlığını edib.
İslam-Azeri-nin istinadlı xəbərinə görə İraqdakı ABŞ-nin "kapitulyasiya" qanununa qarşı çoxsaylı etirazların artığı bir vaxtda İraqdakı din alimlərindən olan Ayətullah Müdərrisi bu razılaşma qanununu ABŞ-nin İraqın boğazına dirədiyi qılınc kimi dəyərləndirərək: "Bu razılaşmağı müdafiə edənlərin İraqın tarixini yaxşı araşdırması lazımdır, bu razılaşma İraq xalqını alçaldır, İraq xalqının buna qarşı qiyamı çox güclü bir ehtimaldır" deyib.
Digər öndə gələn alimlərdən olan Ayətullah Sadiq Hüseyni Şirazi də ABŞ ilə İraq arasında edilməsi düşünülən razılaşmanın İraqın milli suverenliyini pozduğunu ifadə edərək: "İraqın milli suverenliyini pozan bir razılaşma, şəriətə də ziddir" deyib.
Bəzi xəbər agentlikləri isə Ayətullah Şirazinin "Kafirləri möminlər üzərinə hakim edən ya da müsəlman İraqın milli suverenliyini məhdudlaşdıran bir razılaşma şəriətə də zidd sayılar" dediyini yazıb.
|
Категория: Dünyada |
Просмотров: 1189 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|