Главная » 2008 » İyun » 13 » DARÜL-ÜLUM TERRORİZMİN ELEHİNE FİTVA VERMİŞDİR
13:36 DARÜL-ÜLUM TERRORİZMİN ELEHİNE FİTVA VERMİŞDİR |
Hindistanın görkəmli İslam universiteti və Deoband icmasının beynəlxalq mərkəzi sayılan Dar-ül-ülum terorizmi ittiham edən fitva vermişdir.
150 yaşlı tarixi olan və dünya üzrə minlərlə kiçik mədrəsələri olan bu dini mərkəzin rektoru bu haqda Dehlidə keçirilən iclasda elan etmişdir, - islam.ru xəbər verir. «İslam qanuna zidd olan bütün zorakarlıqları inkar edir: qantökmə, terror, qətl və oğurluq kimi»,- minlərlə dinləyicinin qarşısında çıxışı zamanı seminarın rəhbəri Həbib ür-Rəhman məlumat vermişdir. Eyni zamanda bu mərkəzin rəhbərliyi «Taliban»la heç bir əlaqədə olmadıqlarını bildirərək, onları «İslamı təhrif edən, sözə baxmayan uşaqlar» adlandırmışdır. Müsəlmanlar Hindistan əhalisinin 13%-ni təşkil edirlər və islam icmasının sayına görə İndoneziya və Pakistandan sonra o, üçüncü yeri tutur.
HƏSƏN TƏVƏSSÜL |
Категория: Dünyada |
Просмотров: 1224 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|