Главная » 2008 » İyun » 17 » Sefa ve Merve tepeleri yox edilirmi?
23:13 Sefa ve Merve tepeleri yox edilirmi? |
Suudi Ərəbistan Hökumətinin Kəbənin ətrafında və Səfa və Merve sahəsində başlatdığı genişlətmə işləri bütün sürətiylə irəliləyərkən proyekt ətrafındakı müzakirələr də davam edir.
Proyektə dəstək verənlər köhnə say sahəsinin yıxılıb yerinə daha geniş və dörd qatlı yeni say sahəsni edilməsinin ibadəti asanlaşdıracağını ifadə edərkən, proyekt daxilində Səfa və Merve təpəsindən geriyə qalan qisimin qaldırılacaq olması alimlər arasında reaksiyalara gətirib çıxardı. İşdə Səudiyyə ərəbistanı rəhbərliyinin ortadan qaldırmaq istədiyi say mahallindəki Səfa təpəsi....
Safa və Merve təpələrinin Quran-ı Kərimdə ifadə olunduğu kimi "Allahın şüarlarından" olduğuna diqqət çəkən alimlər, asanlaşdırma adına İslamın işarələrinin yox edildiyini və sərhədləriylə oynandığını söylədi. SƏUDİYYƏ ALİMLƏR HEYƏTİ BY-PASS EDİLDİ
Səfa və Merve arasında istehsalı sürən proyektin ilk başda Səudiyyə ərəbistanının fətva təşkilatı sayılan Böyük Alimlər Heyətinə təqdim edildiyi və üç adam xaric heyət üzvlərinin proyektə təsdiq vermədikləri bildirildi.
Suudi Alimlər Heyətinin müxalifətinə baxmayaraq Səudiyyə ərəbistanı Hökumətinin say sahəsini genişlətmə proyektinə başlaması və tamamilə dini bir mövzuda belə hökumət tərəfindən fikirinə etibar edilməməsi ölkədəki dini nüfuzun gücünün siyasi nüfuz qarşısında tamamilə sıfırlandığı şərhlərinə gətirib çıxardı.
HAMANEYdən PROYEKTƏ DƏSTƏK
Say sahəsindəki geni şlətmə proyektinə ölkənin rəsmi fətva təşkilatı Səudiyyə Alimlər Heyətindən təsdiq ala bilməyən Səudiyyə ərəbistanı Hökumətinə gözlədiyi dəstək çöldən gəldi.
Şarku'l Evsat q əzeti əvvəlki gün Səudiyyə ərəbistanı rəhbərliyinin yeni qərarına təsdiq verən alimlərin tam siyahısını nümayiş etdi.
Müsəlman Qarda şlar Camaatı Ümumi Sekretarı Məhəmməd Mehdi Akif isə, həcc ibadətini asanlaşdıracaq bu proyekti başladan Kral Abdullah min Əbdüləziz üçün dua edərək Allahdan Kralı mükafatlandırmasını dilədi.
İran'ın dini lideri Əli Hamaney, say sahəsinə yeni əlavə olunan hissələrdə say etmənin caiz olduğunu söylədi. Müqəddəs torpaqlarda çox böyük işlərin edildiyini ifadə edən Hamaney, bu işlərin bütün Müsəlmanlar tərəfindən təqdir edildiyini yazdı.
İslam Dünyasının tanınmış adlarından Raşid əl-Gannuşi hər Müsəlmanın Suud Hökumətinin və Kral Abdullahın müqəddəs torpaqlardakı işlərini təqdir etməsi lazım olduğunu ifadə edərkən, Livanlı alim Məhəmməd Hüseyin Fadlallah da qərarın doğru olduğunu və genişlətmənin məcburi olduğunu söylədi.
|
Категория: Dünyada |
Просмотров: 1321 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|