Cüme, 26.04.2024, 01:21
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 21 » Cebhe xettine yaxın eraziler çeyirtke ve ilanların hücumuna meruz qalıb
    21:07
    Cebhe xettine yaxın eraziler çeyirtke ve ilanların hücumuna meruz qalıb
     
     
     
     
    İşğal altındakı ərazilərdən Azərbaycanın nəzarətində olan əraziyə keçən ziyanvericilər rayonun Qaradağlı kəndi ərazisində 100 hektara qədər əkin sahəsinə ziyan vurub.

    Ermənilərin törətdikləri yanğınlardan sonra Tərtərdə cəbhə xəttinə yaxın ərazilər çəyirtkə və ilanların kütləvi hücumuna məruz qalıb. İşğal altındakı ərazilərdən Azərbaycanın nəzarətində olan əraziyə keçən ziyanvericilər indiyə qədər rayonun Qaradağlı kəndi ərazisində 100 hektara qədər əkin sahəsinə ziyan vurub. Sakinlərin sözlərinə görə, ziyanvericilər təqribən 1 ay əvvəl peyda olub. Ziyanvericilər əvvəl taxıl sahələrinə daraşıb. Nəticədə 30-35 sentner məhsul verə biləcək sahələrdən 10-15 sentner taxıl götürülüb.

    Tərtər rayon İcra Hakimiyyətindən verilən məlumata görə, ziyanvericilər Təmas xətti boyunca yerləşən 5 yaşayış məntəqəsində kütləvi şəkildə müşahidə olunur. İndiyə qədər Qaradağlı kəndi də daxil olmaqla bu yaşayış məntəqələri ərazisində bir neçə dəfə dərmanlama aparılıb və çəyirtkələrin sayı əvvəlkinə nisbətən azalıb. Hazırda da müraciət edən fermerlərin sahələri dərhal dərmanlanır. İcra hakimiyyətindən verilən məlumata görə, ziyanvericilər işğal altındakı ərazilərdən gəldiyi üçün aparılan mübarizə tədbirlərinə baxmayaraq onları tamamilə məhv etmək mümkün deyil.

    Bu il ərazidə ilanların sayı da artıb. Artıq ilanlara yalnız sahələrdə deyil, evlərdə, həyətlərdə də rast gəlmək olur.


    ANS TV
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1538 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər