Cüme, 22.11.2024, 00:48
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 4
    Qonaq: 4
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyul » 4 » HOLLANDİYADA NeŞe ÇeKMeK OLAR, SİQARET İSe YOX
    17:34
    HOLLANDİYADA NeŞe ÇeKMeK OLAR, SİQARET İSe YOX
     
     
    Neçə illərdir ki, yerlilər və turistlər Amsterdama gələrək, rahat kətillərdə oturub nəşə çəkirlər. Bu, marixuananı qanuni istirahət vasitəsi sayan Hollandiya üçün adi bir haldır.
         Lakin iyulun 1-dən etibarən ölkənin hər yerində, o cümlədən ictimai yerlərdə tütündən istifadə etmək qadağan olunub. Bu isə o deməkdir ki, anaşanı tütünlə birlikdə kağıza bükmək və çəkmək olmaz.
         Lakin təmiz marixuananı hələ də çəkmək olar.
         Qəhvəxana sahibləri bu qadağanla mübarizə aparsalar da, xeyri olmayıb.
         Ruslandın işçisi Ester Delaheyq deyir: «Müştərilərə bu qadağanın təsirini heç kim dəqiq deyə bilməz. Onlar bura qəhvə içmək üçün gəlmirlər. Bizə çox çətin olacaq. Hamı nə baş verəcəyini gözləyir».
         Həkimlər isə, bu qadağanı alqışlayır, onun uzun müddətdə insanların sağlamlığına xeyir verəcəyini deyirlər.
         Onlardan biri, ağ ciyər xəstəlikləri üzrə ekspert doktor Dekker belə deyir: «Hollandiya kiçik bir ölkədir. Amma bizdə az qala 4 milyon nikotindən istifadə edən var. Onlardan 2 milyonu məhz bu səbəbdən vəfat edəcək».
         Amma elə səhiyyə işçiləri də var ki, tütünlə qarışdırılmamış marixuananın psixoloji təsirindən narahatdırlar. Ələlxüsus da, gənclərə.
         Eyni zamanda, Holland Anaşa Pərakəndə Birliyinin sözçüsü Aryan Roskam isə deyir ki, tütünsüz marixuananın ən azı ağ ciyərlərə ziyanı azalacaq: «Anaşanı tütünsüz çəkmək daha sağlamdır, ona görə də mən bu qanunu alqışlayıram. Adamların bir çoxu onsuz da təmiz marixuana çəkir. Marixuana tütündən az təhlükəlidir».
         
    bbcazeri
    Категория: Dünyada | Просмотров: 3709 | Добавил: media-islam | Рейтинг: 2.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər