Cüme axşamı, 26.12.2024, 17:59
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyul » 9 » MÜQEDDES QURAN FALA BAXMAQ KİTABI DEYİL
    23:49
    MÜQEDDES QURAN FALA BAXMAQ KİTABI DEYİL
     
     
     
     
    MÜQƏDDƏS QURAN FALA BAXMAQ KİTABI DEYİL
    Müqəddəs Quran fala baxmaq üçün yox, insanların haqq yoluna hidayət olunması üçün nazil edilib
    Mütəxəssislərin fkrincə, xaricdən gətirilən dini ədəbiyyatın əksəriyyəti dinə xidmət etmir
    ANSPRESS-in verdiyi xəbərə görə son vaxtlar Azərbaycana xaricdən gətirilən dini ədəbiyyatın sayı xeyli artıb. Amma din xadimləri hesab edirlər ki, həmin kitabların heç də hamısı dinə xidmət etmir, daha çox hansısa dövlətin maraqlarını əks etdirir. Dini ədəbiyyatların tərcümə edilməsində də nöqsanlara yol verilir.
         Tərcümə olunmuş kitablarda bir çox halda doğru mənbələrə istinad edilmir. İçində ziddiyyətli fikirlər və fərqli yanaşmalar yer alır. Dini ekspert Hacı Şahin Həsənlinin sözlərinə görə, xarici ölkələrdən gətirilən dini kitablarda daha çox bu dövlətlərin din ideologiyası təbliğ edilir: «Azərbaycanda bu sahədə mütəxəssis yoxdur. Bizə dini ədəbiyyat əsasən xaricdən gətirilir. Ölkəmiz əsasən Səudiyyə Ərəbistanı, İran, Türkiyədən belə kitabları alır ki, onlarda da xüsusən məzhəblə bağlı fərqli yanaşmaların mövcudluğu açıq-aşkar görünür. Bu da müsəlmanlırın birliyinə xələl gətirir».
         Mütəxəssisin fikrincə, dini kitablarda, xüsusilə də Qurani-Kərimin tərcüməsində bəzən müəllifin şərhi də yer alır ki, bu da yolverilməzdir. Hacı Şahinin sözlərinə görə, İslamın müqəddəs kitabının tərcüməçiləri dilçi olmaqla yanaşı, həm də bu dinin tarixini də mükəmməl bilməlidir. Dini ədəbiyyatda senzuranın tərəfdarı olmadığını deyən Hacı Şahin vurğulayır ki, vəziyyətdən çıxış yolu - dini icmaların özlərinin mütəxəssis yetişdirib kitab yazmasıdır.
         Quranda yazılanların tələffüzünə gəlincə, Hacı Şahin bildirib ki, ərəb dilli olmayanlar bilməyərəkdən oxuyarkən səhvə yol verirsə, bu, günah sayılmır. Qurandan sui-istifadə halları, yəni Müqəddəs Kitabla fala baxmaq və sair bu kimi əməllər qətiyyən yolverilməzdir. Hacı Şahin bildirib ki, Quran insanların haqq yola hidayət olunması üçün onlara nazil edilib, fala baxmaq üçün yox.
    WWW.ANS.AZ
    Категория: Dünyada | Просмотров: 4700 | Добавил: media-islam | Рейтинг: 4.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər