Bazar, 22.12.2024, 23:19
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyul » 17 » AZERBAYCANDA 1572 NEFER HİV-e YOLUXAN VAR
    11:12
    AZERBAYCANDA 1572 NEFER HİV-e YOLUXAN VAR
     
     
     
    Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2008-ci ilin birinci yarımilinin yekunlarına görə Azərbaycanda HİV/AİDS problemi ilə əlaqədar məlumat yayıb. Mərkəzdən verilən məlumata görə, altı ay ərzində Azərbaycanda 193 yeni HİV-ə yoluxma faktı aşkar olunaraq qeydiyyata alınıb. Onlardan 189-u Azərbaycan vətəndaşı, 4 nəfəri isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 189 Azərbaycan vətəndaşından 149-u (78,8%) kişi, 40-ı (21,2%) qadındır. Bu dövr ərzində AİDS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 21 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 25 nəfər olub. HİV-ə tutulanların 77 nəfəri (40,7%) inyeksion narkotik istifadəsi nəticəsində, 31 nəfəri (16,4%) heteroseksual kontakt nəticəsində yoluxub. HİV-ə yoluxmuş 189 Azərbaycan vətəndaşından 50-si (26,5%) Bakı şəhəri və Abşeron rayonunda, 126-sı (66,7%) Respublikanın digər 27 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 13 (6,8%) nəfərin yaşayış yeri naməlumdur.

    189 nəfər HİV-ə yoluxmuş Azərbaycan vətəndaşından 35 nəfərinin (18,5%) Respublikadan kənarda yoluxduğu müəyyənləşdirilib. Ümumilikdə Azərbaycanda ilk dəfə HİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2008-ci ilin 1 iyul tarixinədək Respublika üzrə cəmi 1572 nəfər şəxsdə HİV-ə yoluxma faktı aşkar edilib. Onlardan 64 nəfəri (4,1%) əcnəbi, 1508 nəfəri (95,9%) isə Azərbaycan vətəndaşıdır. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1265-i (83,9%) kişi, 243-ü (16,1%) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 315 nəfərdir. AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 220 nəfər olub. 1508 nəfər Azərbaycan vətəndaşından 890-da (59,0%) HİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 319-da (21,2%) heteroseksual və 12-də (0,8%) homoseksual kontakt nəticəsində, 12-də (0,8%) anadan uşağa keçməklə, 1-də (0,1%) donor qanının köçürülməsi nəticəsində, 1-də (0,1%) tatuaj nəticəsində baş verib, 273 nəfərdə (18,1%) yoluxma yolu müəyyənləşdirilib.

    HİV-ə yoluxmuş Azərbaycan vətəndaşları yaş mənsubiyyətinə görə belə bölünüb: 0-14 yaş - 12 (0,8%), 15-18 yaş - 5 (0,3%), 19-24 yaş - 133 (8,8%), 25-29 yaş - 304 (20,2%), 30-39 yaş - 673 (44,6%), 40-49 yaş - 268 (17,8%), 50-59 yaş - 30 (2,0%), 60 yaşdan yuxarı – 4 nəfər (0,3%), yaşı naməlum olan - 79 nəfər (5,2%) olub.

    Azərbaycan vətəndaşında ilk dəfə HİV-infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2008-ci ilin 1 iyul tarixinədək 1508 HİV-ə yoluxmuş insandan 470-i (31,2%) Bakı şəhəri və Abşeron rayonunda, 1004-ü (66,6%) Respublikanın digər 52 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 34 nəfərin (2,3%) yaşayış yeri naməlumdur. HİV-ə yoluxmuş 1508 nəfər Azərbaycan vətəndaşında digər infeksiyalar da aşkar olunub: hepatit C - 949 nəfərdə (62,9%), hepatit B - 165 nəfərdə (10,9%), vərəm – 233 nəfərdə (15,5%), sifilis – 116 nəfərdə (7,7%).
    1992-ci ildən 2008-ci ilin 1 iyul tarixinədək Azərbaycanda 498 ailədə HİV-ə yoluxma faktı qeydə alınıb. Onlardan 11 ailədə ata-ana-uşaq, 113 ailədə ər-arvad, 348 ailədə yalnız kişi, 26 ailədə isə yalnız qadın yoluxub.

    2006-cı ilin noyabrın 8-dən etibarən Azərbaycanda ilk dəfə olaraq HİV-ə yoluxmuş insanlara Səhiyyə Nazirliyi tərəfindən “AİDS, vərəm və malyariya ilə mübarizə üzrə” Qlobal Fondun dəstəyi ilə pulsuz qaydada Respublika QİÇS-lə Mübarizə Mərkəzində başlanılmış antiretrovirus (ARV) preparatları ilə müalicəyə hazırda 123 nəfər cəlb olunub. Onlardan 29 nəfərində müalicəyə 2008-ci ilin birinci yarısında başlanılıb.

    Qeyd edək ki, BMT-nin HİV/AİDS üzrə Birləşmiş Proqramının (UNAİDS) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2007-ci ildə yer kürəsində HİV/AİDS-lə yaşayan insanların sayı 33,2 milyon nəfər təşkil edib ki, onlardan da 15,4 milyonu qadınlar, 2,5 milyonu uşaqlardır. Təkcə 2007-ci il ərzində dünya üzrə HİV-ə yoluxmuş insanların sayı 2,5 milyon (onlardan 420 mini uşaqlar), AİDS-dən dünyasını dəyişmiş insanların sayı isə 2,1 milyon (onlardan 330 mini uşaqlar) olub.LENT.AZ
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1894 | Добавил: feride_demir | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər