Çerşenbe, 25.12.2024, 18:33
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyul » 23 » BÜTÜN PEYK VƏ TƏYYARƏLƏR TƏHLÜKƏDƏ...
    22:35
    BÜTÜN PEYK VƏ TƏYYARƏLƏR TƏHLÜKƏDƏ...
     
     
     
     
     
    Edilən bir araşdırma, yer səthinin bəzi bölgələrində maqnetik sahənin zəiflədiyini ortaya qoyub. Bu vəziyyət peyk və təyyarələr üçün böyük risk meydana gətirir.

    İslam-Azerinin Yaklasansaat-a istinadlı xəbərinə görə,
    Yeni bir araşdırmaya görə, Dünyanın maye xarici nüvəsinin çalxalanma hərəkətindəki ani dəyişmələr, Planet səthinin bəzi bölgələrində maqnetik sahəsi zəiflədir.

    Nationalgeographic-ə açıqlama verən və Kopenhagendəki, Danimarka Milli Kosmos Mərkəzində işləyən məqalə yazıçılarından geofizikçi Nil Olsansa, bu mövzuyla əlaqədar olaraq bunları deyir:

    DÜNYAnın MAQNETİK SAHƏSİ DƏYİŞİR

    "Dünyanın maqnetik sahəsində, ani və gözlənilməz dəyişikliklərin meydana gəlməsi, olduqca çaşdırıcıdır. Tapıntılar, bənzər şəkildəki sürətli dəyişmələrin, səthdən 1,900 mil(3, 000km) aşağıda iştirak edən maye metalda da, eyni anda meydana gəldiyini işarə edir."

    Dünyanın, qatı iç nüvəsi ətrafında dönən, ərimiş dəmir və nikelin axışı, Planetin maqnetik sahəsini meydana gətirən elektrik cərəyanını tetikləməkdədir. 9 illik peyk məlumatları istifadə edilərək, Dünyanın maqnetik sahəsinin modelləşdirildiyi məqalə, "Nature Geoscience"də nümayiş olundu.

    MAQNETİK SAHƏ TƏRSİNƏMİ DÖNÜR?

    Araşdırmaçılar, geomanyetik sahədəki dalğalanmaların (qərarsızlıq), Dünyanın bir-birindən uzaq bir neçə bölgəsində meydana gəldiyini tapdılar. 2003-də elm adamları, Avstraliya bölgəsində, maqnetik sahədə diqqətə çarpan dəyişikliklər olduğunu tapdılar. 2004-də isə dəyişmələr, Cənub Afrikada fokuslanırdı. Məqalə yazıçılarından Potsdamda, Alman yer elmləri araşdırma mərkəzində işləyən Mioara Mandea, belə deyir:

    "Dəyişikliklər, maqnetik sahənin tərsinə dönmək üzrə olduğu ehtimalını göstərir."

    Dünyanın maqnetik sahəsi, keçən milyardlarla il boyunca, yüzlərlə dəfə tərs çevrilmişdir və bu müddətin tamamlanması isə minlərlə il davam etmiş ola bilər.

    ÜST ATMOSFERDƏ: PARÇACIQ RADİASİYASI ARTIR

    Elm adamları, maqnetik sahə azalmasının, Dünyanın üst atmosferini həddindən artıq yüklənmiş parçacıq radiasiyasına açıq hala gətirdiyini söyləyir. Mandea, sözlərinə belə davam edir:

    "Peyk məlumatları, Cənub Atlantik bölgəsində, geomanyetik sahədəki azalışı göstərir. Ayrıca bu məlumatlar, Braziliyanın qərbində oval formalı bir bölgədəki geomanyetik sahənin, Dünyanın eyni ya da yaxın paralellərdə olan bölgələrinə görə daha zəif olduğunu göstərir. Bu bölgədə maqnetik sahənin, qalxan təsiri ciddi bir şəkildə zəifləmişdir. Ona görə bu bölgə, radiasiya qurşağının yüksək enerjili parçacıqları, üst atmosferin iç qisimlərinə qədər girə bilməkdədir."

    NÜVƏDƏKİ AXIŞIN DƏYİŞMƏSİ SƏNƏDLƏŞDİRİLİB

    Danimarka Kosmos Mərkəzindən Nil Olsansa, belə deyir:

    "Bu radiasiya, Dünyadakı istilikləri təsir etməz. Ancaq texnoloji cihazlara mənfi təsiri vardır. Bununla birlikdə peyk və təyyarələrdəki elektronik alətlərə zərər verə bilər."

    Baltimorda, Johns Hopkins Universitetində bir geofizik professoru olan ancaq araşdırmaya qatılmamış Peter Olson; araşdırmanın, Dünyanın nüvəsindəki axışın dəyişməsini sənədləşdirdiyini göstərdiyini söyləyir.

    İslam-Azeri.az
     
    Категория: Dünyada | Просмотров: 1202 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər