Saytımızın timeturk.com saytına istinadən verdiyi xəbərə əsasən təxminən 3 ay əvvəl Türkiyənin Amasiyaya vilayətinə gələn Fransız turist Marc Bernad Fagot, Amasiya Müftiliyində təşkil edilən ihtida mərasimiylə Müsəlmanlığı qəbul etdi.
Amasiya Müftisi Salamı Əmən, Müsəlman olan Fagotu qeyd edərək, özünə Quran və dini kitablar verdi.
Xəlil İbrahim adını alan Marc Bernad Fagot, "Bu günə qədər Marcdım amma bundan sonra Xəlil İbrahim oldum. Uzun müddətdir Müsəlman olmağı istəyirdim. Bir çox Müsəlman ölkə gəzdim. İnsanları cana yaxın və istiqanlı. Özümü bu ölkələrdə həm etibarda həm də xoşbəxt hiss etdim. Amasiyada eşitdiyim azan səsindən və oxunan Qurandan çox təsirləndim. Bu səbəblə Müsəlman oldum" dedi.
Ölkəsində Latınca müəllimliyi etdiyini ifadə edən Fagot, uzun illər əvvəl keçirdiyi bir narahatlıq səbəbiylə sünnət olduğunu da yazdı.
"WwW.MEDiA-iSLAM.COM XƏBƏR MƏRKƏZİ"
Materialdan istifadə edərkən istinad vacibdir |