Cüme, 19.04.2024, 12:57
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 14 » Vilayət ayələri (1)
    16:17
    Vilayət ayələri (1)
     
     
     
     
     
     
     
     
     
     
    Qurani Məcid Islam Peyğəmbərinin (s) əbədi yaşar möcüzəsidir. Allah onu nqazil etməklə insanların elm və əməl proqramını təsdiq etdi. Hər bir susuz bu kəlamın həqiqətlər toplusu olan zülalından dadsa doyar, hər yolunu azmış şəxs onun nuru və hidayəti sayəsində nicat tapa bilər. amma Qurandan yalnız vəhy ailəsinin vasitəsi ilə istifadə etmək lazımdır. Belə olan təqdirdə onun batini və zahiri mənalarını əxz edib sirr və rəmzlərini anlamaq mümkündür. Onlar dinin kökü və ilahi hikmətin sahibdirlər. Əziz Islam Peyğəmbəri (s) buyurmuşdur: "Mən sizin aranızda iki ağır əmanət qoyuram: biri Allahın kitabı, ikinci isə mənim Əhli-beytimdir. Onlardan ayrılmayın ki, yolunuzu azmayasınız". Quranı yalnız onun müəllimləri vasitəsilə, pak və müqəddəs imamların rəhbərliyi altında öyrənib əməl etmək hər bir müsəlmana vacibdir.
     

    Quranda məsum Imamlar (ə) barəsində saysız dərəcədə ayələr mövcuddur. Silsiləvi yazılarla bu ayələrin qısaca təfsir və açıqlamasını əziz oxuculara təqdim edəcəyik.

     

    Qeyd etmək lazımdır ki, yazı seyyid Baqir Mühhəmmədi Nəsəbin "Ayatul-vilayə" adlı əsərinin tərcüməsi əsasında hazırlanıb. Bu kitabda Əhli-beyt (ə) barədə mindən artıq ayənin təfsir və açıqlaması verilmişdir.

     

    Fatihə surəsi

     

    Bu surə Məkkə şəhərində nazil olub. 7 ayədən ibarətdir. Bu mübarək surənin 3 ayəsini Imamlar (ə) barəsində təfsir ediblər:

     Birinci ayə: "Bismillahir rəhmanir rəhim" - Bağışlayan və Mehriban Allahın adı ilə.

    Bu ayənin təfsirini imam Sadiqdən (ə) soruşduqda o həzrət (ə) buyurdu: "Ba" Pərvərdigarın cəmalına işarədir. "Sin" - Allahın şəninin ucalığı və böyüklüyüdür. "Mim" Allahın əzəmətidir. "Allah" - bütün məxluqatın xaliqidir. "Rəhman" - Allahın bütün yaradılmışlara olan geniş rəhmətidir. "Rəhim" - Allahın möminlərə xüsusi rəhmətidir".

     

    Imam Həsən Əskəri (ə) bu ayənin təfsiri barədə belə buyurur: "Bismillahir rəhmanir rəhim" - Allahın ismi-əzəminə gözün qarasının ağına olan yaxınlığından daha yaxındır". Bu hədis elə bu cür açıqlama ilə imam Rzadan (ə) da nəql olunur. Imam Sadiq (ə) bu barədə buyurur: "Bismillahir rəhmanir rəhim" - Allahın ismi-əzəmidir".

     

    Rəsulullah (s) buyurmuşdur: "Müəllim uşağa "Bismillahir rəhmanir rəhim" cümləsini öyrətdikdə uşaq onu dediyi anda Bağışlayan Allah o uşağ, ata-anası və müəllimi üçün cəhənnəm odundan azadlıq bəraətini yazar".

     

    Başqa bir rəvayətdə belə buyurulmuşdur: "Bismillahir rəhmanir rəhim" ilə başlayan hər bir dua geri qaytarılmaz. Qiyamət günü ümmətimin "Bismillahir rəhmanir rəhim" deyənləri məhşərə gəldikdə onların savabları ağır gələr. Bütün ümmətlər soruşarlar ki, niyə Mühəmməd (s) ümmətinin əməlləri bu qədər ağır gəlir. Peyğəmbərlər buyurarlar: "Onların bütün əməllərinin başlanğıcı Allahın üç adı ilə başlanmışdır. Əgər bu adlar əməl tərəzisinin bir gözünə, bütün məxluqatın günahları digər gözünə qoyulsa yenə də onların savabları daha ağır gələr".

     

    Üç addan məqsəd "Allah", "Rəhman" və "Rəhim"dir. Əmirəl-möminin (ə) müqddəs "Rəhman" adının təfsiri barədə buyurmuşdur: "Rəhim kəlməsini bağışlayan Allah öz rəhmətində birləşdirib buyurur: "Ənər-rəhman" - "Mən Rəhmanam", "Rəhim" Muhəmməddir (s). Muhəmmədi (s) böyük bilmək Allahı böyük bilməkdir, Muhəmmədin (s) qohumlarını böyük bilmək Muhəmmədi (s) böyük bilməkdir. Bizim şiəmiz olan hər bir mömin kişi və qadın Muhəmmədin (s) qohumudur və onları böyük bilmək Muhəmmədi (s) böyük bilməkdir. Vay olsun o kəsə ki, Muhəmmədin (s) ehtiramından bir şeyi yüngül tutsun. Xoş olsun o kəsin halına ki, Onun (s) hörmətini qoruyur, qohumlarını əzizləyir və sileyirəhm edir (qohumlarla əlaqə saxlayır)".

     

    Ayə 5: "Ihdinəs siratəl mustəqim" - "Bizi düzgün yola hidayət et".

     

    Imam Sadiq (ə) bu ayə barədə buyurmuşdur: "Sirat" Allahı tanımağın yoludur və o iki hissəyə bölünür: Biri dünyadakı "Sirat", digəri isə axirətdəkidir. Dünyada olan "Sirat" o imamdır ki, Allah ona itaəti vacib etmişdir. Hər kim dünyada onu tanıyıb iqtida etsə (tabe olsa) axirət "Sirat"ında cəhənnəm üzərində qurulmuş körpüdən keçər. Amma imamı dünyada tanımayan kəs axirətdə "Sirat" körpüsündə ayaqları əsər və cəhənnəmə düşər".

     

    Başqa hədisdə buyurulur: "Siratəl mustəqim" Əmirəl möminin Əlidir (ə)".

     

    Imam Baqir (ə) "Siratəl mustəqim"in təfsirində buyurmuşdur: "Siratəl mustəqim həzrət Muhəmməd (s) və onun Əhli-beytidir (ə)".

     

    Həskani özünün silsiləvi sənədi ilə "Əbu Bəridə"dən bu ayə barədə belə nəql edir: "Siratəl mustəqim" Muhəmməd (s) və Ali Muhəmmədin (ə) yoludur".

     

    Həməviyəni özünün sənədi ilə Əmirəl möminindən (ə) rəvayət edir ki, "Sirat"dan məqsəd bizim vilayətimizdir.

     

    Qənduzi də öz sənədi ilə Əsbəğ ibn Nəbatədən nəql edir ki, Əmirəl möminin (ə) "Sirat"ın təfsirində belə buyurmuşdur: "Bu, Əhli-beytin vilayətidir". O, həmçinin öz sənədi ilə Imam Sadiqdən (ə) rəvayət edir ki, "Sirat"dan məqsəd Əmirəl mömininin (ə) vilayətidir.

     

    Ibn Bətriq Sələbinin təfsirindən nəql edir ki, "Sirat"dan məqsəd Muhəmməd (s) və Ali-Muhəmmədin (ə) yoludur.

     

    Ibn Abbas da bu barədə belə buyurmuşdur: "Ey camaat! Deyin, Pərvərdigara! Bizi Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) məhəbbətinə hidayət et".

     Imam Səccad (ə) bu barədə belə buyurur: "Allah və onun hüccəti arasında heç bir pərdə yoxdur. Biz Allahın yolunun qapılarıyıq, biz "Siratəl müstəqim"ik. Biz, Allah elminin qablarıyıq. Biz, Allah vəhyinin tərcüməçiləriyik. Biz, Allahın tohidinin kökləri və onun sirrlərinin saxlandığı yerik".

    Ayə 7: "Siratəl ləzinə ənəmtə ələyhim, ğəyril məğzubi ələyhim, vələz zallin" - "Nemət verdiyin kəslərin yoluna (hidayət et), qəzəb edib dərgahından qovduqlarının yoluna yox".

     

    Rəsulullah (s) bu ayənin barəsində buyurmuşdur: "Nemət bəxş olunanlardan məqsəd Əlinin şiələridir ki, Allah onlara Əli ibn Əbu Talibin (ə) vilayətini əta edib, onlara qəzəb etməyib və onlar yollarını azmayıblar".

     

    Həskani özünün silsiləvi sənədləri ilə Zeyd ibn Əsləmdən nəql edir ki, Allahın nemət bəxş etdiyi şəxslərdən məqsəd Rəsulullah (s), Əli ibn Əbu Talib (ə) və onun şiələridir.

     Bəqərə, ayə 2 - 3: Bu, (Allah tərəfindən nazil edilməsinə, haqdan gəlməsinə) heç bir şəkk-şübhə olmayan, müttəqilərə (Allahdan qorxanlara, pis əməllərdən çəkinənlərə) doğru yol göstərən Kitabdır. O kəslər ki, qeybə (Allaha, mələklərə, qiyamətə, qəza və qədərə) inanır, (lazımınca) namaz qılır və onlara verdiyimiz ruzidən (ailələrinə, qohum-qonşularına və digər haqq sahiblərinə) sərf edirlər.
    Əbu Bəsir imam Sadiqdən (ə) nəql edir ki, imam belə buyurmuşdur: "Bu ayələrdəki "Kitab" sözünün mənası Əlidir (ə) ki, onda heç bir şəkk-şübhə yoxdur və o, Əhli-beyt (ə)  şiələrini hidayət edir. O kəslər ki, qeybə iman gətiriblər, namaz qılırlar, onlara verilən elmdən infaq edirlər və başqalarına xəbər verirlər".
    Категория: Cümə söhbətləri | Просмотров: 1457 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər