Главная » 2008 » Avqust » 17 » AYƏTULLAH XAMENEİ İMAM MEHDİ(ə.f)-nin MÖVLUDU MÜNASİBƏTİLƏ ÇIXIŞ EDİB
22:15 AYƏTULLAH XAMENEİ İMAM MEHDİ(ə.f)-nin MÖVLUDU MÜNASİBƏTİLƏ ÇIXIŞ EDİB |
Həzrəti Mehdi(ə.f) zühurunu gözləmək, fərdi və ictimai hazırlıq şərtlərini meydana gətirmə və ədaləti möhkəmlətmə yolunda irəliləmək deməkdir.
İslam-Azeri-nin Fars nyus-a istinadlı xəbərinə görə İslam İnqilabı Rəhbəri Ayətullah Seyyid Əli Xameneyi İmam Zaman (əf)-in mübarək mövludu münasibətiylə etdiyi çıxışda xalqın Hz.Mehdi-s- nin zühurunu gözləmə anlayışını sapdıraraq bu yoldan azdıran şarlatanlar qarşısında oyanıq olmasının lazım olduğunu vurğulayıb.
Ayətullah Seyyid Əli Xameneyi Bəraət Şamı və Hz. Mehdi-s- nin mübarək mövludunun ildönümündə özünü ziyarətə gələn İslami İran mədəniyyət xadimlərinii, təhsil səlahiyyətliləri və müxtəlif xalq təbəqələrinə xitab olaraq etdiyi çıxışında bu cür müqəddəs bir günü insanın işıqlıq və ədalət dolu bir günə istiqamətli gerçək bir ümid qaynağı olaraq xarakterizə edərkən "zühurunun tezləşdirilməsini Uca Allahdan dilədiyimiz Hz. Mehdinin zühurunu gözləmək, gerçəkdə fərdi və ictimai əhatəli hazırlıq şərtlərini meydana gətirib onu qorumaq və eyni zamanda ədaləti möhkəmlətmə yolunda səy göstərib irəliləmək deməkdir. Bu səbəblə də xalqın Hz. Mehdi ilə əlaqə yaratmaq kimi çirkin iddialarda olan və zühur anlayışını sapdıran saxtakarlar qarşısında çox oyanıq olması lazımdır" deyə bildirib.
Ayətullah Seyyid Əli Xameneyi Hz. Mehdinin viladəti münasibətiylə bütün möminlər, şüurlu insanlar, azadlıq yanlıları və bütün zülm əleyhdarlarını təbrik edərək: " Gerçək ədaləti təmin edəcək Xilaskarın zühur etməsi, bütün İlahi dinlər və hətta digər dinlərin ədalətə susamış insanlara verdikləri tarixi müjdədir. Bu ümidləndirici müjdə əslində, bir gerçəyə söykənməkdədir : Haqq və Batil arasındakı tarixi qarşıdurma nəhayət, Haqq yanlılarının lehinə, vəd edilən Xilaskarın zühuruyla sona çatacaq və insanın arzuladığı gerçək həyat tərzi başlayacaq" -deyib.
Ayətullah Seyyid Əli Xameneyi çıxışının davamında, Hz. Mehdinin zühurunu gözləməyin, Şiə inancında bir arzu və ya xəyal məhsulu bir şey olmadığının; əksinə, bir gerçəyə söykəndiyini önə çəkərək, bu xüsusun Əhl-i Sünnədən də bir çoxunun qəbul etdiyi qəti və açıq bir çox dəlillərdən irəli gəldiyini vurğulayıb.
İslam-Azeri.az |
Категория: Dünyada |
Просмотров: 1291 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|