Sayğac
Onlayn: 12 Qonaq: 12 İsifadeçi: 0
|
Главная » 2008 » Avqust » 26 » SEYYİD HƏSƏN NƏSRULLAH İSLAM ÜMMƏTİNƏ BÖYÜK VƏD VERDİ
11:13 SEYYİD HƏSƏN NƏSRULLAH İSLAM ÜMMƏTİNƏ BÖYÜK VƏD VERDİ |
Livanın Hizbullah təşkilatının sədri Seyyid Həsən Nəsrullah, İsrail liderlərinin Livana istiqamətli hədələrini İsrailin içində olduğu və onlar baxımından əhəmiyyətli olan bəzi mənfəətlər ilə yaxından əlaqəli olduğunu, Livana quru hərəkət planı hazırlayan 5 diviziya ilə birlikdə İsrail dövlətinin də yox olacağını söyləyib. Hizbullah lideri Seyyid Həsən Nəsrullah Livanın paytaxtı Beyrut şəhərinin cənubunda İmam Mehdi İzçi Təşkilatının üzvlərinə də xitab edib.
İsrailin Livana hücum etməsi təqdirdə müqavimətin qəti bir qələbə əldə edəcəyi sözünü verən Seyyid Nəsrullah "İslami Müqavimət liderliyinin, Livan əleyhindəki hədələrin hamısını İsrail daxilindəki qarşıdurmalara həmlə etdiyini" söyləyib və "bizlər bu hədələri yüngülə saymırıq, dayanıqlıyıq və əzmlə hamısını ələ almaqdayıq" deyib. Seyid Həsən İsrailin Livana açacağı yeni bir döyüşün "çox tez nəticələnəcəyi və qələbənin sürətlə əldə edilib açıq-aşkar aşkar və inkar edilə bilməz olacağı" sözünü verib.
Hizbullah lideri "düşmənlərimizin ordusu qəsb rejimlərinin quruluşundan bu günə qədər görmədiyi bir şeyə- qarşıdurma meydanlarındakı cəsur, dayanıqlı və müqavimətçilərin başağ düşmədiyi döyüş metodlarına şahid olacaq" deyə də əlavə edib.
Həsən Nasrullah "İsrailin hədələrinə gəlincə xüsusilə də Olmert və bəzi nazirlər tərəfindən edilən son hədələr İsrailin Livanlıları qorxutma, psixoloji döyüş və şantaj tətbiq məzmununda qiymətləndirilməlidir. İsrailin Livan Hökumətinin proqramını şərhindən ötrü sərf etdiyi hədələri anlamaq mümkün deyil. Deyirlər ki Livan hökuməti müqavimətə sahib çıxdı, Hizbullahı mühafizəni boynuna götürdü, buna görə də əvəz ödəməli. Bu həqiqətən də komik bir yanaşma. Çünki əvvəlki hökumətin bəyanında müqavimət daha çox zəmanət altında idi. Buna baxmayaraq o günlərdə siyonist liderlər çıxıb Livan Hökumətinin müqavimətə sahib çıxıb qoruduğunu, müqavimətin hər etdiyindən Livan Hökumətinin məsul olduğunu söyləmirdilər. O günlərdə belə danışmamalarına baxmayaraq indi belə dəmələrinin səbəbi nədir? Çünki onların hal-hazırda hədə və şantaj tətbiqə ehtiyacları var. Digər tərəfdən bildiyiniz kimi Qədimə Partiyasında da daxili seçkilər var. İsrailin öz daxilində də bu cür hədə və qorxutma xüsusiyyətinə sahib şərhlərə ehtiyac duyulmaqdadır… İsrail rejimi içərisindəki liderlər arasında böhran var. Hər biri özünün qurtarıcı, böyük və təcrübəli bir lider olduğu təəssüratını vermək istəyir" deyib.
Olmertin iqtidarı götürdüyündə hədələr edərək güclü bir lider təəssüratı verdiyini, lakin sonda müvəffəqiyyətsiz olduğunu söyləyən İsrail qəzetinin şərhlərinə işarə edən Nasrullah, hədələri kiçik hesab etmədiklərini də sözlərinə əlavə edib.
"Biz bu hədələri yüngül saymırıq. Bu hədələri ciddi bir şəkildə ələ alacağıq. Lakin bu vəziyyət, bizləri qorxuya və ya narahatlığa salmayacaq. Onlardan qorxmuruq" düyə Seyyid Həsən bildirib.
Seyyid Həsən Nəsrullah öz çıxışında davam olaraq daha sonra bunları deyib: "2006 İyul döyüşündən sonra müqavimətin mövqeyinii, inkişafını və imkanlarını buna əlavə olaraq isə İsrail cəmiyyətinin düşüncə quruluşunu, İsrail ordusunu meydana gətirən ünsürləri və siyasi liderlərinin səviyyəsini bilən bir adam olaraq sizlərə bunu söyləmək istəyirəm: Sionistlərin uzun bir zamana ehtiyacları var. Livana hücum etmədən əvvəl min dəfə deyil on minlərlə dəfə düşünəcəklər. Barakın etdiyi ədəbiyyata baxın. Barak Livan və İsrail, müqavimət və İsrail, Hizbullah və İsrail arasındakı tarazlıqdan danışır. Sonra da buna etiraz edir və Suriya, İran və bu iki ölkənin arxasında dayananları hədələyir. Deyir ki "siz təyyarələrə qarşı inkişaf etmiş silah-yəni hava müdafiə etmə sistemi verdiyiniz zaman bu vəziyyət tarazlıqları pozacaq. İsrail isə tarazlıqların pozulmasına icazə verməyəcək." Barak tarazlıqların varlığını etiraf edir və bunların pozulmasından qorxur. Bizlərin indi hədələrə hədə ilə sözə söz ilə cavab verməyə ehtiyacımız yoxdur. Bizlər hərəkət adamıyıq. Əvvəldən söylədik. Sonra da söylədiklərimizi etdik. İndi yenidən söyləyirik. Və yenə söyləyəcəyik. Hər hansı bir düşməncə hücum ya da Livana qarşı hər hansı bir döyüşün nəticələri və əks olunmaları 2006-cı il İyul ayının döyüşünün nəticələri və sərhədlərində qalmayacaq. Şəhid lider Hacı İmad Muğniyenin cənazə mərasimində söylədim. Şəhidliyindən bir həftə sonra və 40-cı günündə də təkrarladım. Livanın qarşılaşacağı yeni hədə hava hücumu şəklində olmayacaq. Bunu sizə və bütün Livanlılara indi bir daha daha söyləyirəm. Yeni hədə Barakın söylədiyidir. Barak, quru hərəkət edəcək. Günlərin bir gün, 5 diviziyanın da Livana girməsini əmr edəcək. İndi manevr və təhsil edir, hazırlanırlar. 5 Diviziya tarazlıqları dəyişdirəcək. 5 diviziya ev-ev, kəndbəkənd döyüşəcək. Barakın bu sözünə qarşılıq mən də yeni vədimi söyləyirəm: Sənin 5 diviziyanın bizim dağlarımızda, vadilərimizdə, kəndlərimizdə və evlərimizdə yox olacaq. 5 diviziyasınla birlikdə sənin qəsb dövlətin də müqəddəs torpaqlarımızda yıxılacaq. Barak, Mofaz və Aşkenazi irəlidə vukubulacak bir döyüşün sürətli, açıq və dəqiq bir zəfər olacağını söyləyirlər. Buna qarşılıq mən də Allaha təvəkkül etdikdən sonra onlara bunu söyləyirəm: Biz bu döyüşün olmasını istəmirik. Lakin hədələdikləri və vəd etdikləri kimi döyüş olsa döyüşün hər bir günü bizim üçün qələbə olacaq. İnşaallah Qələbə qəti, dəqiq və açıq olacq".
WwW.Birlik-Az.CoM |
Категория: Dünyada |
Просмотров: 1319 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|