Bu gün Azərbaycanın Milli Qəhrəmanı, məşhur telereportyor Çingiz Mustafayevin doğum günüdür. Yaşasaydı, bu gün 48 yaşını qeyd edəcəkdi. Xatırladaq ki, Çingiz Mustafayev 1960-cı ildə anadan olub.1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1991-cı ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başlayıb. Lakin mövcud senzuraya görə, Çingiz Mustafayev “215 KL” studiyasını yaratmaq qərarına gəlib. 1992-ci ilə qədər Çingiz Mustafayev döyüş gedən bütün bölgələrdən operativ xəbərləri Azərbaycan xalqına çatdırıb. Ölkədə onu müxtəlif reportajları ilə tanısalar da, dünya Çingizi daha çox Xocalıda ermənilər tərəfindən soyqırıma mərzu qalmış azərbaycanlıları çəkdiyi kadrlarla tanıdı. Çingiz Mustafayev 1992-ci il, iyunun 15-də, Əsgəran rayonunun Naxçıvanik kəndində peşə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub. Ölümündən sonra, 1993-cü ildə ona, Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Allah rəhmət eləsin!
ANS TV |