Çerşenbe axşamı, 23.04.2024, 14:53
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 5 » İlham Əliyev Vatikanın ölkəmizdəki apostol nunsisi Klaudio Qucerottini qəbul edib
    19:45
    İlham Əliyev Vatikanın ölkəmizdəki apostol nunsisi Klaudio Qucerottini qəbul edib
     
     
     
     
    Dövlət başçısı ölkəmizdə bütün dinlərin, o cümlədən katolik icması nümayəndələrinin sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib
    Azərbaycan prezidenti İlham Əliyev Vatikanın ölkəmizdəki apostol nunsisi Klaudio Qucerottini qəbul edib.

    K.Qucerotti Roma papası XVI Benediktin salamlarını dövlət başçısına çatdırıb. O, Vatikanın dövlət katibi, kardinal Tarçizio Bertoninin Azərbaycana səfərini və Bakıda katolik kilsəsinin açılış mərasimini məmnunluqla xatırlayaraq, Azərbaycan prezidentinin və xanımının həmin mərasimdə iştirakının tədbirə xüsusi şərəf verdiyini vurğulayıb.
    Azərbaycanla Vatikan arasında əlaqələrin səviyyəsindən məmnunluğunu bildirən prezident İlham Əliyev ölkəmizdə bütün dinlərin, o cümlədən katolik icması nümayəndələrinin sərbəst fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını vurğulayıb, bu siyasətin bundan sonra da davam etdiriləcəyini bildirib.
    Dövlət başçısı Roma papası XVI Benediktin salamlarına görə minnətdarlığını bildirib və özünün də salamlarını ona çatdırmağı xahiş edib./ANS PRESS/

    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1254 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər