Şenbe, 20.04.2024, 16:18
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 2
    Qonaq: 2
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 5 » Bakıda "İslamofobiya və dini və ya əqidə ayrıseçkiliyinin müxtəlif növləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək
    19:46
    Bakıda "İslamofobiya və dini və ya əqidə ayrıseçkiliyinin müxtəlif növləri” mövzusunda beynəlxalq konfrans keçiriləcək
     
     
     
     
     
     
     
     
    Konfransın 2-ci hazırlıq iclası 4-5 sentyabr tarixlərdə Budapeştdə, Avropa Gənclər Mərkəzində keçiriləcək

    5-8 noyabr tarixlərində Avropa Şurasının Gənclər və İdman Direktorluğunun, İSESCO-nun (İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı), Gənclər və İdman Nazirliyinin, Avropa Gənclər Forumunun, “Dialoq və Əməkdaşlıq Uğrunda” İslam Konfransı Gənclər Forumunun birgə təşkilatçılığı ilə Bakı şəhərində “İslamofobiya və dini və ya əqidə ayrıseçkiliyinin müxtəlif növləri: gənclərə təsiri və qarşısının alınmasında gənclərin fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Konfransda İslamofobiya, antisemitizm və dini və ya əqidə ayrıseçkiliyinin müxtəlif növlərinin gənclərə təsiri, bu problemlərin qarşısının alınmasında gənclərin fəaliyyətinin müzakirəsi nəzərdə tutulub. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
    Konfransın 2-ci hazırlıq iclası 4-5 sentyabr tarixlərdə Budapeştdə, Avropa Gənclər Mərkəzində keçiriləcək. Hazırlıq iclasında təşkilatçılar tərəfindən iştirakçıların seçim qaydaları, dəvət və qeydiyyat prosedurları, bir sıra texniki və inzibati məsələlər müzakirə olunacaq, konfransın proqramı və s. məsələlər nəzərdən keçiriləcək.

    Tədbirdə iştirak etmək istəyən gənclər ərizə formasını doldurub babayevanisa@rambler.ru ünvanına göndərə bilərlər.

    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1160 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər