Şenbe, 21.12.2024, 20:09
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 47
    Qonaq: 47
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 6 » TÜRKİYƏ UNİVERSİTETLƏRİNİN DƏRSLİYİNDƏ PEYĞƏMBƏRƏ İFTİRA ATILIB
    15:02
    TÜRKİYƏ UNİVERSİTETLƏRİNİN DƏRSLİYİNDƏ PEYĞƏMBƏRƏ İFTİRA ATILIB
     
     
     
     
     
    Verilən xəbərlərə görə, Türkiyənin Anadolu universitetinin Politologiya fakültəsinin dərs vəsaitində Peyğəmbərə iftira atılıb.Belə ki, Peyğəmbər sözügedən dərsliyin 11-ci bölümünün 214-cü səhifəsində açıq şəkildə təhqir edilib. Dərslikdə yer alan: "Digər tərəfdən, Hz. Peyğəmbərin dövründə belə Quranın hökmlərinin eynilə tətbiq olunmadığı hallarına rast gəlinirdi. Məsələn, şəxsən Peyğəmbər özü borcunu ödəyərkən ona borcdan əlavə faiz hesab edilə biləcək bir şey əlavə edirdi" ifadələri kəskin etirazlara səbəb olub. Məsələ ilə bağlı Böyük Birlik Partiyasının nümayəndəsi Əhməd Bərəkət qalmaqala səbəb olan ifadələrə kəskin münasibət bildirib.

    "Bu, müqəddəs kitabımız Qurani-Kərimə və peyğəmbərimiz Məhəmmədə (s) atılan çox çirkin bir iftira və hücumdur. Bunun qarşısında səssiz qalmaq mümkün deyildir. Aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərimiz heç bir zaman Quranın hökmlərindən kənara çıxmayıb. Hansı məqsədlə və nəyə xidmət etdiyi bilinməyən, digər tərəfdən elm adı altında universitet tələbələrinə tədris edilən bir kitabda dinimizin bu şəkildə iftiraya məruz qalmasını həzm etmək və sakit oturaraq müdaxilə etməmək mümkün deyildir. Biz aidiyyəti orqanların dərhal sözügedən dərslikləri yığışdıraraq bu cür çirkin iftiraları dərslikdən çıxarmalarını gözləyirik" – deyə Ə. Bərəkət bildirib.
    /azerimuslims/ 



     
    Категория: Dünyada | Просмотров: 1245 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər