Главная » 2008 » Sentyabr » 8 » MOSKVADA DAZBAŞLAR AZƏRBAYCANLINI ŞİKƏST ETDİLƏR
16:11 MOSKVADA DAZBAŞLAR AZƏRBAYCANLINI ŞİKƏST ETDİLƏR |
Moskvada dazbaşlar əslən Şəmkirdən olan Azərbaycan vətəndaşı Sakit Rzayevi döyüb. Bu barədə əməkdaşımıza Moskvadakı mənbə xəbər verib. Mənbənin dediyinə görə, Moskvadakı “Pokrovski” topdansatış meyvə-tərəvəz bazarında işləyən S.Rzayev axşam evə gedərkən dazbaşların hücumuna məruz qalıb. “Yaxınlıqdakı parkda 10-a yaxın yeniyetmə gənc, Sakitə hücum ediblər. Dəmir və armatur parçaları ilə silahlanan dazbaşlar ona çoxsaylı zərbələr endiriblər. Ətrafdakı adamların müdaxiləsindən sonra skinhedlər ondan əl çəkiblər. Rzayevin ayaq sümükləri, demək olar ki, qırıq-qırıqdır. Həyatı üçün təhlükə olmasa da, onun şiksət qalacağı istisna deyil” deyə mənbə bildirir.
Yeni Müsavat |
Категория: Dünyada |
Просмотров: 1259 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|