Главная » 2008 » Sentyabr » 8 » BRİTANİYANIN BAŞ NAZİRİ PEYĞƏMBƏRİN HƏDİSLƏRİNİ YADA SALDI
16:39 BRİTANİYANIN BAŞ NAZİRİ PEYĞƏMBƏRİN HƏDİSLƏRİNİ YADA SALDI |
Böyük Britaniyanın baş naziri Qordon Braun və xarici işlər naziri Devid Millibend ölkədə və bütün dünya müsəlmanlarını müqəddəs Ramazan ayının gəlişi münasibətilə təbrik etdi.
“Rusiyada İslam” portalının Böyük Britaniyanın Leyborist partiyasının saytına istinadən verdiyi xəbərə görə, dövlət rəsmiləri həmçinin müsəlmanların Birləşmiş Krallığın mədəniyyətinə və ictimai həyatına verdiyi töhfələri də vurğulamışdır, İslam.ru xəbər verir.
“İstərdim bütün dünya müsəlmanlarını mübarək Ramazan ayı münasibətilə səmimi qəlbdən təbrik edim və onlara öz xoş arzularımı çatdırım. Ramazan ayı bizi insanlılığa, səbirli olmağa öyrədir. Bu ay mənəvi dəyərlərimizi və yaxınlarımız qarşısında olan borclarımızı yada salır. Bu ay İslam dininin əsl mahiyyətini açaraq onun məzlum və kasıblara yardım etmək kimi xüsusiyyətini açıqlayır. Ramazan ayı İslam dininin aşıladığı sosial ədalətlilik və bərabərliliyi bizlərin yadına salır. Məhəmməd(s) Peyğəmbərin hədislərində bir başa olaraq aşılanan bir birimizə münasibət qaydalarını yadımıza salır bu ay”,- deyə baş nazir Qordon Braun bildirmişdir.
“Bu ay ölkəmizin müsəlman vətəndaşlarını daha yaxşı tanımaq üçün daha fürsətli vaxtdır. Mən ölkənin iki milyonluq müsəlman cəmiyyətinə müraciət edərək onlara ən xoş Ramazan ayı diləməkdən qürur duyuram”, - deyə öz növbəsində Devid Millibend bildirmişdir.
|
Категория: Dünyada |
Просмотров: 1234 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|