Şenbe, 27.04.2024, 03:19
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 10 » AZƏRBAYCANDA İNTERNET KÖŞKLƏRİ İSTEHSAL EDİLƏCƏK
    01:20
    AZƏRBAYCANDA İNTERNET KÖŞKLƏRİ İSTEHSAL EDİLƏCƏK
     
     
     
     
     
    Azərbaycanın «Kür» Elektron Avadanlıqları Müəssisəsi ölkədə ilk dəfə İnternet köşklərin istehsalına başlayacaq.
    «Kür»ün Bakı nümayəndəliyindən verilən məlumata görə, İnternet köşklərinin tətbiqi ictimai yerlərdə informasiya xidmətlərinin göstərilməsi üçün ən perspektiv addımlardan olacaq. Bu köşklər müştərilərə ictimai yerlərdə xidmətin ən müxtəlif sxemlərini həyata keçirməyə imkan verəcək. İnternet köşklər müxtəlif proqram təminatı ilə işləyə, eyni zamanda lokal və İnternet şəbəkəsinə qoşula bilər.

    Köşkün konstruksiyası avadanlığı kobud rəftardan qoruyur, sensor interfeysi isə sistemə kənar çıxışın qarşısını alır.Nümayəndəlikdən bildirilib ki, ilk İnternet köşkləri İnternetdən istifadəyə daha çox ehtiyac duyulan yerlərdə, xüsusilə ali məktəblərdə quraşdırılacaq. Qeyd edək ki, «Kür» Elektron Avadanlıqları Müəssisəsi 2005-ci ildə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və «SİNAM» şirkəti tərəfindən Mingəçevirdə yaradılıb.
    (apa)



    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1236 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər