Главная » 2008 » Sentyabr » 10 » Hizbullahın uzatdığı dostluq əli havada qalmadı
19:37 Hizbullahın uzatdığı dostluq əli havada qalmadı |
Livan Hizbullahının, bütün qruplara birlikdə hərəkət edək çağırışı havada qalmadı.
İslam-Azerinin Rast Habere istinadlı xəbərinə görə, Əl Mustakbəl hərəkəti lideri və 14 mart qrupunun qabaqda gələn şəxsiyyətlərindən olan Səid Hariri, Hizbullah hərəkəti lideri Seyyid Həsən Nəsrullah ilə görüşməyə hazır olduğunu bildirib.
Səid Hariri əvvəlki gün, Marunilərin dini liderləri olan Nasrullah Saferi ilə görüşməsi ardından etdiyi açıqlamada, Hizbullah lideri Seyyid Həsən Nasrullah ilə münasib bir zamanda görüşmək istədiyini və heç bir zaman bu cür görüşmələrə də qarşı çıxmadığını bildirib.
Xatırlanacağı kimi Hizbullah lideri Seyyid Həsən Nasrullah bir telekanaldakı çıxışında, ad verərək, əl Mustakbəl hərəkəti lideri Səid Hariri ilə görüşmək istədiyini bildirmiş və xüsusilə Beyrutta meydana gələn qarşıdurmaların önünün alınması üçün siyasi qrup liderlərinin bir araya gəlməsi çağırışında olmuşdu.
İslam-Azeri.az |
Категория: Dünyada |
Просмотров: 1255 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|