Главная » 2008 » Sentyabr » 14 » Nizami Bəhmənov torpağa tapşırıldı
21:18 Nizami Bəhmənov torpağa tapşırıldı |
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Nizami Bəhmənov bu gün torpağa tapşırılıb. O, Pirşağı qəsəbəsində "Şuşalıların qəbiristanlığı" kimi tanınan məzarlıqda dəfn olunub. Xatırladaq ki, N.Bəhmənov sentyabrın 13-də saat 14 radələrində öz iş otağında ürək çatışmazlığından vəfat edib.
Nizami Bəhmənov 1948-ci il aprelin 4-də Şuşada anadan olub. O, keçmiş Azərbaycan Politexnik İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb. Əməkdar mühəndisdir.1992-ci ilin aprelin 8-də Şuşanın icra başçısı təyin olunana qədər bu şəhərdə tikinti quraşdırma birliyinə rəhbərlik edib. 1992-ci ildən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının üzvüdür. O, 2008-ci ilin martında "Şöhrət" ordeni ilə təltif edilib.
Allah rəhmət eləsin. /ANS PRESS/ |
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1274 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|