Главная » 2008 » Sentyabr » 23 » ŞUŞADA MİTİNQ KEÇİRİLİB
22:05 ŞUŞADA MİTİNQ KEÇİRİLİB |
Ermənilərin müstəqillik mitinqi....
Şuşada mitinq keçirilib. Lent.az-ın “gazeta.ru” saytına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları beynəlxalq ictimaiyyətdən Azərbaycanın “Dağlıq Qarabağ xalqına qarşı fəaliyyətinə” qiymət verməyi və “müstəqilliyini” tanımağı tələb ediblər.
Yerli KİV-in məlumatına görə, mitinqə yüzlərlə erməni qatılıb. Onlar əllərində Azərbaycan hökumətini tənqid edən şüarlar tutaraq rəsmi Bakını “tarixin müxtəlif dövrlərində dövlət terroru siyasəti və etnik təmizləmələr aparmaqda” ittiham ediblər. Mitinq iştirakçıları Dağlıq Qarabağ probleminin həllinin uzandığını və mümkün olmadığını bildiriblər. “Gazeta.ru” saytı bildirir ki, ermənilər bəyanatla çıxış edərək Şuşada dağıntılar, soyğunçuluq və “20 min Şuşa ermənisinin öldürülməsi” ilə bağlı “sənədli faktlar” təqdim ediblər./lent.az/
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1329 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|