Главная » 2008 » Sentyabr » 24 » İSVEÇ PARLAMENTİNDƏ İFTAR
19:18 İSVEÇ PARLAMENTİNDƏ İFTAR |
İslam-Azeri-nin İHA-ya istinadlı xəbərinə görə: İsveçli Millət vəkili Məhəmməd Pələng, parlamentdə iftar yeməyi verib.
İftar yeməyinə Stockholm Bələdiyyə Başçısı Yvonna Ruvaıda, Yaşıllar və Ətraf Partiyası, İctimai Demokrat Partiyası, Mühafizəkar Partiyası,Liberal Partiyadan millət vəkilləri, Türkiyə Din Xidmətləri Müşaviri Prof. Bülent Baloglu, İsveçdə olan din təşkilatları sədrləri və bəzi vətəndaşlar qatılıb.
Millət vəkili Məmməd Pələng verdiyi müsahibədə: "Hər il iftar yeməyi verməyi adət halına gətirdik. Keçən il Türk yeməkləri vardı. Bu il qonaqlarımıza Şimali Afrika (Tunis, Əl-Cəzair) yeməkləri verdik. Gələn ildə Bosniya yeməkləri verməyi düşünürük. Bu parlamentdə verilən iftar yeməyini, dini adətlərimizi Müsəlman olmayan yoldaşlarımız da diqqətlə izləyirlər" deyə bildirib.
İslam-Azeri.az |
Категория: Dünyada |
Просмотров: 1213 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|