Şenbe, 21.12.2024, 19:46
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 33
    Qonaq: 33
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 24 » PARİS MƏSCİDİ NESTLE FİRMASININ MƏHSULLARINA "HALAL" ETİKETİ TƏQDİM EDİB
    21:00
    PARİS MƏSCİDİ NESTLE FİRMASININ MƏHSULLARINA "HALAL" ETİKETİ TƏQDİM EDİB
     
     
     
     
     
     
     
     
    Dünyanın ən böyük qida firmalarından olan İsveçrənin Nestle şirkəti müsəlman müştərilərin diqqətini cəlb etmək üçün halal etiketli məhsullar istehsal etməyə başlayıb.Beynəlxalq ərzaq sektorunun qabaqcıl markalarından olan Nestle istehsal etdiyi məhsullarda İslam dininin qaydalarına uyğun olaraq “halal” etiketindən istifadə etməklə bazardakı payını artırmağa çalışır.

    Verilən xəbərlərə görə, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Nestle şirkətinin 480 fabrikindən 75-də işləyən İslam dini üzrə mütəxəssis məhsulların “halal” olduğunu təsdiq edir.Qeyd edək ki, müsəlmanların əksəriyyət təşkil etdiyi ölkələrdə Nestle şirkətinin illik qazancı 2,4 milyard avro təşkil edir. Bu yaxınlarda şirkətin Fransadakı qolu istehsal etdiyi şirniyyat xəmiri üçün Paris Məscidi nəzdində fəaliyyət göstərən İslam institutundan xəmirin alkoqolsuz və halal olduğu barədə etiket alıb.Məlumat üçün bildirək ki, islam aləminin ərzağa xərclədiyi illik vəsait 500 milyard dollar təşkil edir.  
    /Azerimuslims/  



    Категория: Dünyada | Просмотров: 1225 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər