Dünən axşamdan başlayan qeyri-sabit hava şəraiti sentyabrın 30-dək davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, ayın sonuna kimi qeyri-sabit və tutqun hava üstünlük təşkil edəcək. Temperatur ötən günlərə nisbətən 3-5 dərəcə aşağı enəcək. Fasilələrlə yağış yağacağı, bəzi rayonlarda əsasən gecə və axşam saatlarında leysan olacağı ehtimal edillir. Sentyabrın 25-də şimal-qərb küləyinin sürəti saniyədə 15-20 metr, arabir 23-25 metr güclənəcəyi, sentyabrın 28-də günün ikinci yarısından etibarən yenidən şimal- qərb küləyinin artacağı, 29-da axşam saatlarından isə güclü cənub-qərb və qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Intensiv yağışlar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.