Şenbe, 21.12.2024, 20:06
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 45
    Qonaq: 45
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 27 » RAMAZANIN SONA ÇATMASI MÜNASİBƏTİLƏ İMAM SƏCCADIN (Ə) DUASI
    19:08
    RAMAZANIN SONA ÇATMASI MÜNASİBƏTİLƏ İMAM SƏCCADIN (Ə) DUASI
     
     
     
     
     
     
     
    İlahi! Ey verdiyi nemətlər qarşısında əvəz istəməyən! Ey verdiyi nemətdən peş­man olmayan! Ey bəndələrini yüz qat artıq savabla mükafatlandıran! Nemətin baş­lanğıcdır, başlamağın fəzilətidir, əzabın ədalətdir, hakimliyin gözəldir. Minnət qoy­madan bəxşiş edirsən, zülm və təcavüz etmədən çəkindirirsən, Sənə şükür edənə mükafat verirsən bir halda ki, şükür etməyi Sən özün ilham etmisən. Səni mədh edənə savab verirsən bir halda ki, mədh etməyi Sən özün öyrətmisən. Elə adamın günahını örtürsən ki, istəsən biabır edərdin. Elə adama bəxşiş edirsən ki, istəsən məhrum edərdin. Bir halda ki, onların hər ikisi biabır olmağa və məhrum qalmağa layiqdirlər. Lakin, Sən öz işlərini ehsan və fəzilət əsasında görürsən. Bacarığını və qüdrətini güzəştlə cərəyan etdirir və Sənə boyun əyməyənlə yumşaq davranırsan, (günah etməklə) özünə zülm etmək istəyənə möhlət verirsən. Onlara qayıdacaqları zamana kimi möhlət verir və cəzalarını tövbə edənə kimi yubadırsan, çünki, Sənin iznin yoxsa, onlar həlakətə uğramaz və bədbəxtlər Sənin nemətinlə bədbəxt olmaz­lar. Üzrləri uzun müddət davam edərsə və ardıcıl dəlillər göstərilərsə, o başqadır. Ey kəramət sahibi! Bağışlamalar Sənin kərimindəndir. Ey dözüm sahibi! Bu mənfəət­lər Sənin mehribanlığındandır. Sən bağışlamaq üçün bəndələrinin üzünə tövbə adlı bir qapı açmısan. Həmin qapıya öz vəhyinlə bir bələdçi qoymusan ki, bəndələrin yanılmasınlar. Sonra isə - bərəkətli olsun sənin adın - "Allaha üz tutub xalis tövbə edin, (bilin ki,) sizin Rəbbiniz günahlarınızı örtər və sizi ağaclarının altından arxlar axan Cənnətə daxil edər. O gün Allah və onun Peyğəmbəri iman gətirənləri zəlil et­məz. Onların işığı sağ tərəflərindən və gözlərinin qarşısından saçar və belə deyər­lər: "İlahi! Bizim nurumuzu kamii et, bizi bağışla, çünki Sən hər şeyə qadirsən"- de­yə buyurmusan. Belə bir qapı açıldıqdan və dəlillər irəli sürüldükdən sonra o cür mənzilə girməkdən qafilin üzrü ola bilərmi?" Sən o kəssən ki, bəndələrinlə alverdə Sən ödəyəcək qiyməti artırırsan və Səninlə ticarətdə onların qazanmasını və sənə doğru köçüb, yararlanmaqla nicat tapmalarını istəyirsən. Buna görə də özün demiş­sən - adın bərəkətlidir, özün ucasan - : "Hər kim pis iş görərsə məhz əməlinə mü­vafiq olaraq cəzalanar". Həm də demişsən: "Hər kim öz mal-dövətini Allah yolun­da xərcləsə və ehsan etsə, onun işi toxum kimidir ki, yeddi sünbül bitirir və hər sünbüldə yüz toxum olur. Allah isə istədiyi adama qat-qat artırar". Yenə də demi­sən: "Hər kim Allah bəndələrinə yaxşılıq olaraq borc versə, Allah onun üçün qat-qat artırar". Yaxşılıqları artırmağına dair Quranda digər bu kimi ayələr nazil etmi­sən. Sən o kəssən ki, qeybdən gələn sözün və həvəsləndirməyinlə onları öz xeyirlə­rinə doğru yönəltmisən. Bu işi etməsəydin onların gözü öz xeyirlərini görməz, qu­laqları eşitməz, düşüncələri ona çatmazdı. Buna görədir ki; "Məni dua etməklə xa­tırlayın ki, sizi qəbul edim. Mənə şükür edin, nankor olmayın" - deyə buyurmuş və həm də demişsən: "Şükür etsəniz, nemətimi artıracağam, yox nankorluq etsəniz (bilin ki,) əzabım çox şiddətlidir". Yenə də demişsən: "Məni dua edərək çağırın ki, istəklərinizi verim. Mənə bəndəlik etməkdə lovğalıq edənlər zillətlə cəhənnəmə gi­rəcəklər". Demək Səni çağırmağı ibadət, çağırmamağı lovğalıq adlandırmış və dua­nı tərk edənləri zəliledici cəhənnəmlə hədələmisən. Buna görə bəndələrin Səni ne­mətverici kimi xatırlamış, fəzilət və ehsanına şükür etmiş və əmrinə itaət olaraq Səni çağırmış və nemətinin daha da artmasını istəyərək sədəqə vermişlər. Çünki, onlar bu işlə (sədəqə vermək və nemətinin şükrünü yerinə yetirməklə) Sənin qəzə­bindən qurtarar və razılığını əldə edərlər. Əgər bir yaradılmış, özü kimi başqa bir yaradılmışı Sən bəndələrini hidayət etdiyi kimi hidayət etsəydi, xeyirxahlıq sifəti ilə tanınar və bütün dillərdə təriflənərdi. Demək, bəlli olan bütün yollarla və tərif edən bütün dillərlə və nəzərdə tutulan bütün vəsilələrlə Sənə həmd olsun. Ey o kəs ki, yaxşılıq və firavanlıq nemətini vermiş və onları öz nemətlərinlə əhatə etmişsən! Bizi seçdiyin İslam dininə razı olduğun və asan etdiyin yolla hidayət etmişsən. Sə­nə yaxınlaşmaq və kəramətinə qovuşmaq bəsirətini vermişsən.
    İlahi! Orucluq ayını seçilmiş işlərdən və məxsus vaciblərdən etmişsən. Elə ay ki, Sən onu digər ayların ən məxsusisi, bütün dövrlərin və zamanların üstünü və ilin bütün vaxtlarının seçkini qərar vermişsən. Çünki, həmin ayda Quranı və nuru nazil etmiş, imanı qat-qat artırmış, oruc tutmağı vacib etmiş, bəndəliyi bərpa etməyə həvəsləndirmiş, min aydan üstün olan Qədr gecəsini əzəmətləndirmisən. Sonra hə­mən ayın vasitəsi ilə digər ümmətlərdən üstün etmiş və onun fəziləti ilə başqa mil­lətlərdən seçmişsən. Biz də Sənin əmrinlə bu ayın gündüzünü oruc tutur, gecəsini isə itaət etmişik. Və oruc tutub itaət etməyimizi bizə göstərdiyin mərhəmətə çat­maq və savab qazanmaq üçün vasitə etmişik. Sən isə istənilən hər şeyi verməyə qa­dirsən, dilənilən ehsanı bəxş edənsən, Sənə yaxınlaşmaq istəyənə yaxınsan. Bu ay bizim aramızda bəyənildiyi yaxşı bir həmsöhbət oldu, dünyanın ən fəzilətli mənfəə­tini bizə verdi. Sonra da vaxtı başa çatdıqdan, müddəti sona yetişdikdən və sayı qurtardıqdan sonra bizdən ayrıldı. Biz isə bir halda onunla vidalaşırıq ki, ayrılığı bi­zim üçün çətin və ağırdır. Onun ayrılığı bizi nigaran etmiş, kədərləndirmişdir. Onun ayrılığı hörmətini saxlamalı, haqqını əda etməli və əhdinə sadiq qalmalı oldu­ğumuz adamın ayrılığı kimidir. Odur ki, deyirik: Salam olsun sənə, ey bizim ən əziz həmsöhbətimiz, günlərin və saatların içində ən yaxşı zaman! Salam olsun o aya ki, onda arzular yaxınlaşar, yaxşı əməllər çoxalar, yayılar. Salam olsun sənə! Elə həmsöhbət ki, varlığı qədr-qiymətli, olmaması isə itkidir. Elə ümid qaynağı ki, ayrılığı acıdır. Salam olsun sənə! Ey o munis ki, gələndə bizimlə ünsiyyətdə olub sevindirdin, gedəndə isə dəhşətimizi artırıb kədərləndirdin. Salam olsun sənə! Ey o qonşu ki, ürəklər onunla (ibadətdən) kövrəldi və günahlar onunla azaldı. Salam ol­sun sənə! Ey şeytana qələbə çalmaq üçün bizim arxamız olan. Ehsan və yaxşılıq yollarını asanlaşdıran. Salam olsun sənə! Sən olan müddətdə Allahın azad olan bən­dələri nə qədər də çox idi. Necə də xoşbəxtdir səninlə sənin hörmətini qoruyan. Sa­lam olsun sənə! Sən necə də günahları məhv edirdin, nə qədər eybləri və pislikləri örtürdün. Salam olsun sənə! Günahkarlara necə də uzun oldun, möminlərin qəlbin­də nə qədər heybətin vardı! Salam olsun sənə! Günlər sənin qarşında öyünə bil­məz. Salam olsun sənə! Ey bütün cəhətlərdə əmin- amanlıq ayı! Salam olsun sənə! Ey həmdəmliyi və yoldaşlığı solmayan ay. Salam olsun sənə! Ey bərəkətləri ilə bizi qarşılayan və günah-pisliklərimizi yuyan ay! Salam olsun sənə! Ey ayrılığı bizi da­rıxdıran ay! Səni tərk etməyimiz ona görə deyildir ki, oruc tutmaqdan cana gəlmi­şik. Salam olsun sənə! Ey gəlməyini arzuladığımız və qurtarmasından narahat oldu­ğumuz ay! Salam olsun sənə! Nə qədər pisliklər sənin vasitən ilə bizlərdən qaytarıl­dı və sənin vasitənlə nə qədər xeyirdən feyziyab olduq. Salam olsun sənə və Qədr gecəsinə ki, min aydan yaxşıdır. Salam olsun sənə! Dünən necə də sənə tamahla­nırdıq və sabah necə də səni arzulayacayıq. Salam olsun sənə və məhrum qaldığı­mız fəzilətlərinə və əlimizdən çıxan bərəkətlərinə.
    İlahi! Biz bu ayın adamıyıq. Bizi onunla şərəfləndirdin. Bədbəxtlər vaxt tapmadıq­ları bir zamanda bizə bəndəlik etməkdə müvəffəqiyyət verdin. Sənsən ixtiyar sahi­bi! Bizi o ayın mərifəti ilə seçdin və onun yolunu göstərdin. Biz isə öz səhlənkarlığı­mıza baxmayaraq, Sənin köməyinlə oruc tutduq, itaət etdik, namaz qıldıq və çox əməldən az miqdarını yerinə yetirdik.
    İlahi! Yalnız Sənə həmd edirik. Bir halda ki, pis işlərimizi və özümüzü korladığı­mızı etiraf edirik. Peşmançılığımızı ürəyimizdə düyünləyib dilimizlə həqiqətən üzr diləyirik. Buna görə də səhlənkarlığımızı etiraf etdiyimiz üçün bizə elə bir mükafat ver ki, istədiyimiz yaxşılığa çataq və can atdığımız yaxşı ehtiyatların əvəzini alaq. Sənin haqqındakı səhlənkarlığımıza görə bizi tənbeh etmə. Qalan ömrümüzü qarşı­dakı orucluq ayına qədər uzat. Bizi o orucluğa yetirdikdən sonra isə Sənin bəndəli­yinə yarayan ibadətləri yerinə yetirməkdə yardımçı ol. Sənin haqqını qazanmaq üçün vasitə olan saleh əməli bu iki ayda (indiki və gələcək Orucluq ayında) yerinə yetirməyi bizim üçün mümkün et.
    İlahi! Bu ayda yaxınlaşdığımız kiçik və yaxud böyük günahlar, etdiyimiz səhvlər və ya daşıdığımız böyük qəbahətlər - istər qəsd üzündən olsun, istər unutmaq uc­batından irəli gəlsin,- bu ayda özümüzə etdiyimiz zülmlər, başqasına etdiyimiz hörmətsizliklər Sənə aydındır. Məhəmmədə (s) və onun sülaləsinə salavat göndər, öz örtüyünlə (əfv örtüyü ilə) bizi ört. Öz əfvinlə bizi bağışla. Bizi günahlarımızla bə­rabər məsxərə edənlərin gözünün qarşısında qoyma. Tənə edənlərin dilini bizim üzərimizə açma. Kəsilməyən mehribanlığını, azalmayan yaxşılığınla elə bir işlə məşğul et ki, çəkindirdiklərin günahların bağışlanmasına səbəb olsun.
    İlahi! Məhəmmədə (s) və onun sülaləsinə salavat göndər. Bu ayın çıxdığından do­ğan kədərimizin əvəzini ver. Bizə bayram və fitr günümüzdə bərəkət ver. Gördüyü­müz ən yaxşı günlərdən - bağışlanmağı cəlb edən və günahları məhv edən günlər­dən et. Bizim gizli və aşkar günahlarımızı bağışla.
    İlahi! Bu ayın sovuşduğu kimi Sən də bizim günahlarımızdan keç. Bu ayın çıxıb getdiyi kimi, günahlarımızı da onunla apar. Bizi bu ayın ən xoşbəxtlərindən, nəsib­lisindən və ən çox yararlananlarından et.
    İlahi! Bu aya lazımınca riayət edən, hörmətini saxlayan, hökmlərini bərpa edən, günahlardan ləyaqətlə pəhriz edən, yaxud yaxşı əməllərlə Sənə yaxınlaşıb razılığı­nı əldə edən və mərəhəmətini alan adama bəxş etdiyini bizə də bəxş et. Həm də bu bəxşişi öz fəzilətinlə neçə qat artır. Çünki Sənin fəzilətin və xəzinələrin azalası deyil, çoxalandır. Sənin bəxşişin könül sevən bəxşişdir.
    İlahi! Biz fitr günümüzdə də tövbə edərək Sənə doğru qayıdırıq. Elə bir gün ki, möminlər üçün şənlik və bayramdır, müsəlmanlar üçün yığıncaq və qarşılıqlı yar­dım günüdür. Elədiyimiz bütün günahlardan və qadağa qoyulmuş pis işlərdən və düşdüyümüz pis fikirlərə görə tövbə edirik. Elə bir tövbə ki, günaha qayıtmağımı­za və səhvə yol verməyimizə mane olsun.
    İlahi, vəd edilmiş əzabdan qorxmağı və savaba həvəskar olmağı bizə ruzi et ki, vəd etdiyin behiştin ləzzətini və əlindən Sənə sığındığımız cəhənnəmin acısını qav­rayaq. Bizi o tövbə edənlərdən et ki, öz məhəbbətini onlara lazım etmiş, itaətə qa­yıtmaqlarını qəbul etmişsən. Ey ədalətlilərin ən ədalətlisi!
    İlahi atalarımızın, analarımızın, dindaşlarımızın - istər ölmüş olsunlar, istər hə­yatda - Qiyamətə kimi hamısının günahlarından keç.
    İlahi! Peyğəmbərimiz Məhəmməd (s) və onun sülaləsinə salavat göndər, yolladı­ğın digər peyğəmbərlərinə salavat göndərdiyin kimi. Elə bir salavat ki, bərəkəti bi­zə çatsın, mənfəəti bizə dəysin, onunla dualarımız qəbul olunsun. Çünki, Sən ən kəramətli dönüş nöqtəsisən və təvəkkül olunanların arasında yeganə möhtac olma­yansan ki, diləniləni öz fəzilətinlə bəxş edirsən. Sən hər şeyə qadirsən!

    İslamin-Sesi.az
    Категория: DİNİ DƏRSLƏR | Просмотров: 1561 | Добавил: media-islam | Рейтинг: 5.0/1
    Всего комментариев: 1
    28.09.2008
    1. DINDARKA (DINDARKA) [Material]
    ALLAH QEBUL ELESIN HAMININ ORUCLARINI MEKUMATA GORE TESEHHEKUR ALLAH RAZI OLSUN happy

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər