Cüme axşamı, 21.11.2024, 16:16
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 7
    Qonaq: 7
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Tarix

    Masonluq (4,5)
    Mason arxivləri

    I. V. Stalinin masonluğa münasibəti. Ikinci dünya müharibəsi sübut etdi ki, masonluğun insanlığa qarşı apardığı düşmən siyasətini ifşa etməklə, ona qarşı mübarizə aparmaq olar.

     

    Nasistlər masonlar haqqında sənədləri və masonların silahlarını dərc etdikdən sonra qərb dövlətləri mason rəhbərlərini amansızcasına cəzalandırdılar. 1933-1945-ci illərdə Fransada, Almaniyada, Ispaniyada, Skandinaviya və s. Avropa ölkələrində 85 mindən çox mason güllələndi. Faşist Almaniyası Fransanı işğal etdikdən sonra mason təşkilatları haqqında cinayət işi başlandı. Təkcə Fransa "Böyük Şərq" lojasından 5210 nəfər cinayətə cəlb edilir. Onlardan 219 nəfər sürgünə göndərilir.

     

    Fransa "Böyük loja"sından 1250 nəfər sürgünə göndərilir. 180 nəfəri güllələnir. Ancaq Fransada 6000-dən çox masona cinayət işi açılır.

     

    1944-cü ildə general De Qollun rəhbərliyi altında Fransada müvəqqəti hökümətin qurulması masonların canını ölümdən qurtarır.

     

    18 oktyabr 1944-cü ildə Fransanın "Böyük Şərq" və "Böyük Loja"ları birlikdə general de Qolla məktub yazaraq, bildirirlər ki, Fransa masonluğu müvəqqəti hökümətə sadiq olacaqlar. (N. Berberova adamlar və lojalar). A. Hitler masonları "süni yəhudilər" adlandırırdı. II dünya müharibəsi baş verməsəydi, biz masonluq haqqında lazımı məlumat əldə edə bilməzdik. Məsələ burasındadır ki, Hitler Almaniyası Avropanı işğal edəndən sonra mason arxivlərini, müxtəlif məxfi təşkilatların və xüsusi xidmət orqanlarının arxivlərini ələ keçirmişdi.

     

    XVIII əsrdən 1939-cu ilə qədər olan mason arxivlərindən on minlərlə mason lojalarının iclas protokolları, məktub, təlimati göstərişlər, maliyyə hesabatları və s. sənədlər imkan verirdi ki, masonluğun cinayətkar  xarakterli fəaliyyəti barədə aydın təsəvvür yaransın. Mason təşkilatlarının dövlətləri siyasi təsir altına almaq barədə fəaliyyəti və dünya hökümranlığına yönəlmiş siyasəti aydınlaşdı.

     

    1945-ci ildə Almaniyanın aşağı Sileziya şəhərində, köhnə qəsrlərdən birində sovet ordusu mason sənədləri ilə dolu onlarla vaqon ələ keçirdi. Vaqonlar Qərbi Avropa haqqında, Almaniya, Belçika, Fransa, Hollandiya, Lüksemburq, Polşa, Çexoslovakiya mason təşkilatları haqqında ən məxfi sənədlərdən ibarət idi. Əldə edilən sənədlər "azad bənnaların" gizli hakimiyyəti və təxribat xarakterli fəaliyyətinin mexanizmi barədə aydın və dərin təsəvvür yaradırdı.

     

    I. V. Stalin və SSRI-nın siyasi rəhbərliyi mason arxivlərinin böyük əhəmiyyətini dərhal başa düşüb, sovet rejimini möhkəmləndirmək məqsədi ilə onlardan istifadə etməyə başladılar. Mason arxivlərinin dərhal Moskvaya gətirilməsi əmri verildi.

     

    Moskvada mason arxivlərinin etibarlı qorunub, saxlanması üçün hərbi əsrlərin əlilə xüsusi bina inşa edilir. Binanın pəncərə və qapıları dəmirdən hazırlanır və ilk gündən mason arxivlərinə SSRI-nin ən məxfi xüsusi statusu verilir. Belə bir obyektin varlığı haqqında SSRI-nin yuxarı eşalonunda olan dövlət məmurlarının məlumatı yox idi. Arxiv yaradılan gündən Stalinin ölümünə qədər onun sənədləri diqqətlə öyrənilir, hətta bəzi sənədlər tərcümə edilirdi. Xüsusilə, XVIII əsrə aid sənədlər çox ciddi və diqqətlə araşdırılır, Qərbin gizli hakimiyyət texnologiyası təkalümü öyrənilir və nəticə çıxarılır. SSRI-nin qəniməti olandan sonra qərbi avropanın mason axivləri  sovet rəhbərliyinə müharibə qabağı Avropa siyasətini tam açmağa imkan yaratdı və aydın oldu ki, Qərbi Avropanın həyata keçirilməsi nəzərdə tutulan siyasəti mason lojalarının mətbəxində hazırlanıb.

     

    Əlbəttə, sovet rəhbərilyi əvvəllər də bu barədə məlumata malik idi. Lakin bütün bunların sənədlərlə təsdiq olunması bir daha inamı artırdı. Zəbt edilmiş sənəldərdən bir çoxu I.V. Stalinə imkan verirdi ki, Qərbin hakim dairələrinə müəyyən təsir göstərsin və öz mövqeyini möhkəmləndirsin. Zəbt edilmiş sənədlər masonluğun sionizmlə əlaqəsini, axırıncıların masonluqda hakim vəziyyətdə olması faktını bir daha təsdiq etdi.

    Masonluğun yəhudi dairələri və sionist təşkilatları tərəfindən maliyələşdirilməsi Stalində böyük narahatlıq yaratdı. Xüsusilə, bu məsələ Fələstində yəhudi dövlətinin yaradılması və belə bir dövlət Krımda yaratmaq cəhdinə təsadüf edirdi. Yəqin bu məsələlər Stalini kosmopolit siyasətinə,  masonluq və sionizmə qarşı mübarizəyə sövq etmişdir.

     

    Siyasi Büro iclaslarının birində Stalin Molotov (SSRI xarici işlər naziri, Siyasi Büronun üzvü) haqqında belə demişdir: "Çağır yoldaş Molotovu, heç fikirləşmədən partiya yolunda canını verər. Ancaq yoldaş Molotov bununla belə, həyat yoldaşını da çox sevir. Biz burada, Siyasi Büroda hər hansı məsələni müzakirə edib, qərar qəbul edən kimi, onun həyat yoldaşı Polina (Palemo) Jemçujinanın məlumatı olur. Onun vasitəsi ilə dostları xəbərdar olurlar. Onun dostları etibarsız adamlardır. Onlar gizli təşkilatlarla əlaqə saxlayırlar. Bundan başqa yoldaş Molotov təklif edir ki, Krımı yəhudilərə verək və onlar orada muxtariyyət yaratsınlar. Niyə biz Sovet Krımını yəhudilərə verməliyik? Onların Birobican vilayəti var. Qoy onu inkişaf etdirsinlər". Sonradan aydın olur ki, SSRI xarici işlər naziri, Siyasi Büronun üzvü Molotovun yəhudi əsilli arvadı Polina Jemçujina beynəlxalq yəhudi millətçi təşkilatı "Djoynt"ın üzvüdür. Təşkilatın qarşıya qoyduğu vəzifə SSRI rəhbərliyinin fiziki yolla aradan götürən və ölkədə ictimaisiyasi quruluşu dəyişib, burjua-demokratik respublikası yaratmaqdır. "Djoynt" təşkilatını Amerika Mərkəzi Kəşfiyyat idarəsi yaratmışdı və təşkilata Meyerhlod rəhbərlik edirdi. 1953-cü ildə məşhur həkimlər məsələlsilə əlaqədar təşkilatın üzvləri həbs edildilər.

    V.Molotovun həyat yoldaşı P. Jemçujina da 10 il sürgünə göndərildi. Onun məsələsi siyasi büroda müzakirə edilərkən Molotov bitərəf qalır, lehinə səs verməsə də etiraz etməyib. Çox maraqlıdır ki, eyni məsələyə görə, SSRI Ali Sovetinin sədri M. Kalinin həyat yoldaşı da 10 illik sürgünə göndərilib. O da yəhudi əsilli olub. N. S. Xruşşovun birinci arvadı Qorskaya (yəhudi əsilli olub) da sürgünə göndərilib. Onun həyat yoldaşını sürgünə göndərəndən sonra Stalin əlindəki çubuqla daz başına vurub və deyib ki, axmaq, sən mənə hələ sonralar "Sağ ol" deyəcəksən.

     

    Maraqlıdır ki, bolşevik inqilabının yəhudi olmayan rəhbərlərinin əksəriyyətinin həyat yoldaşları yəhudi olublar.

     

    Mason arxivlərinin aqibəti. Rusiyada masonluq bərpa olunandan sonra və hakimiyyəti ələ alandan sonra onların qərb masonuğu qarşısında ən böyük xidmətlərindən biri o oldu ki, Sovet ordusunun böyük qan bahasına əldə etdiyi hərbi qənimət olan mason arxivlərini Qərb masonlarına hədiyyə edib qaytardılar. A. Yakovlevin və E. Şevardnadzenin himayəsi altında arxiv müəssisəsinin direktoru Prokonetko sənədləri hazırlayıb, qaydaya salır və A. Kozırev gizli şəraitdə məxfi müqavilə bağlayıb, mason arxivlərini Qərb ağalarına qaytarır.

      

    Yaxın Şərqdə masonluq

     

    Yaxın şərq və ərəb ölkələrində də masonluq daxili və xarici siyasətə güclü təsir edir. Masonluğun təsir gücündən istifadə edən Israil ərəblərə qan uddurur. 2006-ci ilin ortalarında Israil Livana raket və hava zərbələri endirməklə, min beş yüzə qədər dinc vətəndaşı öldürmüş, Livanın paytaxtı Beyrutu xarabazara çevirmiş, hava limanı, yol və körpüləri sıradan çıxmışdır. Eyni zamanda Fələstinin yaşayış məntəqələrini bombardman edərək, dinc əhalini qanına qəltan edir. Ərəb və digər müsəlman ölkələrinin rəhbərləri cəsarət edib, Israilə qarşı çıxa bilmirlər. Israilin işğalçılıq siyasətinin arxasında Amerika və Ingiltərə durur. Bütün bunlar mason siyasəti ilə bağlıdır. Bir faktla deyilən fikri əsaslandırmaq olar. 2000-ci ilin sonunda Iordaniya kralı Hüseyn Ben Təlal vəfat etdi. Onun dəfn mərasimində Amerika prezidenti ilə yanaşı, keçmiş prezidentlər Karter, Ford, Buş da iştirak etmişlər. Rusiya prezidenti B. Yeltsin xəstə olduğu üçün ayaq üstə dura bilmədiyi halda dəfn mərasimində yarımçıq da olsa, iştirak etmişdir. Bütün bunları bir-birinə bağlayan mason təşkilatının fəaliyyətidir. Iordaniya kralı Hüseyn Ben Təlalın mason təşkilatı ilə gizli əlaqəsi barədə aşağıdakı məlumat çox məsələnin üstünü açır. Iordaniya kralı Hüseyn Ben Təlal 25 il ərzində Israil rəhbərləri ilə, müxtəlif gizli təşkilatlarla məxfi əlaqə saxlayırmış. Israilin keçmiş baş naziri Şimon Peresen dediyinə görə, kral Hüseynlə gizli görüşləri olurmuş.

    Belə görüşlərdən biri London merinin evində keçirilib. Görüşü tam məxfi saxlamaq üçün mer bütün xidmətçilərini buraxır. Görüş sona çatdıqdan sonra nahara yeməyi merin xanımı verir. Nahardan sonra stolu yığışdırmaq və qabları yumağa kral Hüseyn də dəvət olunur. Belə gizli danışıqların və münasibətin nəticəsində Israilə güzəştə getdiyi üçün Iordaniya Iordan çayının qərb sahilini və Şərqi Yerusəlimi itirdi. Misir prezidenti Camal Əbdül Nasir kral Hüseyni "Qısa tumanlı kral və beynəlxalq imperializmin əlində oyuncaq" adlandırıb. Qərb dövləti liderləri və Israil rəhbərləri onu "ərəblər sırasında yeganə yaxşı oğlan", "dünyada ciddi siyasətçi" adlandırıblar. Ərəb dünyasının maraqlarına zidd olaraq, Israil və Qərbə güzəştli münasibətinə görə, kral Hüseynə iyirmi dəfə suiqəsd edilib. Bütün bunları kral Hüseyn yumorla danışarmış. "Elə bil özümü canlı detektivin baş qəhrəmanı kimi hiss edirəm" -deyirmiş.

     Kral Hüseyn Şekspirin sözlərini tez-tez təkrar edərmiş: "Kimin başında tac var, o, rahat yata bilməz". (Ən böyük həkimlər", səh. 437). Misirin keçmiş prezidenti Ə. Sədatın dəfn mərasimində yerli əhali az iştirak edib. Xarici qonaqlar yerli əhalidən çox olublar. Lakin Misirin sabiq prezdenti Camal Əbdül Nasir vəfat edəndə milyondan çox adam onun dəfn mərasimində və  tabutunu məzara yola salanda nümayişdə iştirak edib. Birinci mason olduğu üçün xalqının marağını xarici  qüvvələrə və sionistlərə güzəştə gedib və aqibəti də faciə ilə nəticələndi. Cəmal Əbdül Nasir ərəb xalqlarını birləşdirmək sahəsində əzmlə mübarizə aparıb, xalqın məhəbbətini qazana bilib. Belə vəziyyət müasir şəraitdə də davam edir. Israilin Livana və Fələstinə hərbi əməliyyatlar zamanı Səudiyyə Ərəbistanı, Suriya və Irandan başqa digər islam ölkələrinin rəhbərləri etiraz səslərini çıxarmadılar. Bütün bunlar masonluqla əlaqədardır. 
    WWW.IHQ.AZ

    Əbülfəz Bunyadov

    Категория: Tarix | Добавил: media-islam (30.09.2008)
    Просмотров: 2652 | Рейтинг: 5.0/2
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər