Xanım Fatimədən (ə) nə qədər uzaq düşmüşük?! - 11 Августа 2008 - YAZARLAR - ....::İslam::....
Bazar ertesi, 05.12.2016, 22:42
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6765
    Sayğac

    Onlayn: 4
    Qonaq: 4
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » Avqust » 11 » Xanım Fatimədən (ə) nə qədər uzaq düşmüşük?!
    23:08
    Xanım Fatimədən (ə) nə qədər uzaq düşmüşük?!
     
     
     
     
     
     
     
     
     
     
    Bu günlər Allahın ən sevimli bəndəsinin – Peyğəmbərimizin (s) və onun Əhli-beytinin, eləcə də bütün Fatimeyi-Zəhra (ə) sevənlərin qəm-kədər günləridir. Çünki bu günlərdə Peyğəmbər (s)-ın dünyadan köçərkən ümmətinə əmanət qoyduğu «ciyərinin parçası» haqq yolunda şəhid edilib. O Fatiməni (ə) şəhid etdilər ki, Allah, mələkləri yanında onunla fəxr edirdi. Peyğəmbər qızına zülm edən «namaz qılan müsəlmanlar» yaxşı bilirdilər ki, «Fatiməni incitmək Rəsuləllahı incitmək kimidir». Onlar xanım Zəhra (ə)-ı çox yaxşı tanıyırdılar, amma nəfsləri və şeytanları ilə bacarmadılar. Bütün bunlar, Peyğəmbər (s) dünyadan köçdükdən az bir müddət keçdikdən sonra, İslam ümmətinin gözləri qarşısında baş verdi. Bu gün biz də, həmin İslam ümmətinin üzvləriyik. Görəsən, biz o zaman yaşayıb bu hadisələrin canlı şahidi olsaydıq, mövqeyimiz necə olardı? Nəfsini özünə tanrı qərar vermişlərin tərəfində olardıq, yaxud Zəhra (ə)-ın? Və ya bizə zərər gəlməsin deyə, bitərəf olub zülmə göz yumaraq, «mənim nə işimə» deyərək, kənara çəkilərdik? Düzdür, bu gün biz Həzrət Fatiməni (ə) sevdiyimizə görə fəxr etməklə yanaşı, ona olunan zülmləri qınayır, bu zülmləri İslama və Peyğəmbər (s)-a olunan zülmlər kimi qiymətləndiririk. Hətta haqsızlığa məruz qaldığına görə «Behişt qadınlarının sərvəri»nə göz yaşı belə axıdırıq. Bu göz yaşları çox dəyərlidir. Amma Həzrət Fatimə (ə) dediyi və yaşadığı kimi yaşamağa çalışmaqla bərabər olarsa. Əks halda xanım Fatimə (ə)-a göz yaşı töküb, onun dediklərinin əksinə əməl etməyin heç bir qədir-qiyməti və dəyəri yoxdur. «Allah yalnız təqvalılardan qəbul edir».
         Bir anlıq təsəvvür edin ki, Fatimeyi-Zəhra (ə)-ın hüzurundayıq və o Xanım (ə), ağlayıb ona olunan zülmlərə görə, əzadarlıq etdiyimizə şahiddir. Sizcə ona bir neçə dəfə əzadarlıq edib, gündəlik həyatımızda isə onun dediklərinin əksinə əməl etdiyimizə, bəlkə də düşmən kəsildiyimizə görə o bizə «əhsən» deyərmi? Fikrimcə, Fatimə (ə) bizə öz günümüzə və günahlarımıza görə ağlamağı tövsiyə edər. Axı, bu necə sevgidir ki, biz həm onun dediklərinin əksini edir, həm də onu sevdiyimizi iddia edirik?
         Şükürlər olsun ki, son dövrlər Həzrət Fatimə (ə)-ın həyatı, fəzilətləri haqqında müəyyən qədər kitablar tərcümə olunmuş, yazılmış və yüzlərlə məqalələr çap olunmuşdur. Bunu nəzərə alaraq, biz diqqəti daha çox «Zəhra sevən hicablı qadınlar»ın və «Zəhra (ə)-dan uzaq düşmüş qadınlar»ın probleminə yönəltmək istəyirik.
         Biz millət olaraq, hər zaman sevinmişik ki, vətənimiz Fatimeyi-Zəhra (ə) sevənlərin və onun ardıcıllarının vətənidir. Çox sevindirici haldır ki, bu sevgi, bir zamanlar bayrağımızda öz əksini tapmış və bu gün də tapmaqdadır. Amma bu günkü reallığa nəzər salaq. Paytaxtda, şəhərin düz mərkəzində «Azad qadın heykəli» adı altında, başından ismət və həya rəmzi olan, örpəyini atan qadının abidəsi ucaldılıb və bu heykəlin götürülməsindən söhbət belə getmir.
         Analarını başıörtüklü görən ana-atalar, indi öz qızlarını açıq-saçıq, yarıçılpaq geyinməyə sövq edir, onların baş örtüyü örtüb abırlı geyinməyinə qadağa qoyurlar. Budurmu qeyrətimiz?
         Demokratiya yoluna qədəm qoymuş vətənimizdə başıörtüklü şəkil ilə şəxsiyyət vəsiqəsi alınmasına qadağa qoyulmuşdur. Halbuki, demokratiyanın beşiyi olan xristian ölkələrində belə bir qadağaya rast gəlinmir. Belə hal yalnız bizdə müşahidə edilir. Çünki biz «müsəlman»ıq. Bu qadağadan belə bir nəticə alınır ki, müsəlman ölkəsinin şəxsiyyət vəsiqəsini alıb onun vətəndaşı olmaq istəyirsənsə, başıaçıq olmalısan!
         Şükür olunası bir vəziyyətdir ki, qardaş Türkiyə dövlətindən fərqli olaraq, bizim dövlətin qanunları hicablı tədris müəssisələrində təhsil almağa qadağa qoymamış, hicablı işləməyi hər kəsin dini və etiqad azadlığı kimi tanımışdır. Lakin dövlətin qanunlarına baxmayaraq, bəzi üzdəniraq məmurlar, direktor və rektorlar işə və dərsə hicablı gəlməyə süni maneələr yaradırlar. Biz bir çox tədris müəssisələrində hicabına (iffətinə və həyasına) görə dərsdən azad edilən bacılarla dəfələrlə rastlaşmışıq. Neçə-neçə bacılarımız hicabına görə işə qəbul edilməmiş və ya işlədiyi işdən azad edilmişdir. Görün bu şəxslərdə vicdan və qeyrət hissi necə ölüb ki, qadınları yalnız açıq-saçıqlığına, yubkasının qısalığına görə işə qəbul edirlər. Demək, belə müdirlər işçi qüvvəsi axtarmırlar. Onlar bilməlidirlər ki, əgər qadın ona yalnız işçi qüvvəsi kimi lazımdırsa, onun örtünməsi işinin keyfiyyətinə nəinki mənfi, əksinə, müsbət təsir edəcək. Çünki hicablı xanım iş vaxtını bəzənməyə, boş-boş danışmağa, özünü göstərməyə sərf etməyəcək.
         Hicablı bacılara maneə yaradan, onları dərsdən uzaqlaşdıran rektor və drektorlar çox gözəl bilirlər ki, başıörtüklü xanım başını örtməklə, ağlının da üstünü örtmür. Əksinə, özünü göstərməyə, şəhvətə «yox» deyərək, diqqətini elmə yönəldir.
         Böyük İslam alimlərindən birinin qadın haqqında gözəl bir kəlamı vardır: «Xoşbəxtlik qadının varlığındadır. O, xoşbəxt olarsa, cəmiyyət də xoşbəxt olar». Bəs, bu gün bizim cəmiyyətimizdə qadının mövqeyi necədir? Nəzər salaq – bu cəmiyyətdə «Allahın əmanəti» adlandırdığı qadın, doğrudan da əmanət sayılırmı? Əsrlər boyu Zəhra (ə) aşiqliyi ilə öyünən, onun yolunu izləyən nənələrin nəvələri özlərinə kimi örnək götürüblər?
         İslamın düşmənləri çox yaxşı dərk edirlər ki, müsəlmanları qul etmək, onları istədikləri kimi idarə etmək üçün qadın və kişilər arasında əxlaqsızlığı yaymaq, qadınları hicabdan uzaq salmaq lazımdır. Qeyrət hissi olan bir milləti qul etmək, onun torpaqlarını və sərvətlərini işğal etmək mümkün olmadığından, onlar əxlaq və hicabla mübarizəyə başlamışlar.
         Nəzər salaq! Müharibə şəraitində yaşayan bir millətə bənzəyirikmi? Neçə-neçə qız-gəlinimiz erməni əsirliyindədir. Onlarla necə rəftar olunduğunu qələm yazmaqda acizdir. Amma bir millət olaraq, bizim üçün o qız-gəlinlər, ümumiyyətlə Qarabağ demək olar ki, unudulmuşdur (Unutmayanlar varsa da, çox azdır)!
         Müasir Qərbin bizə sırımaq istədiyi mədəniyyəti acgözlüklə, fərqinə varmadan mənimsəyirik. Bizləri qeyrətsiz görmək istəyənlərin əkdikləri, artıq bəhrəsini verməkdədir. Əgər erməni qız-gəlinlərimizi zor gücünə əsir edib, oların namusuna toxunubsa, Qərb «müasirlik», «qadın azadlığı» adı altında, şeytani təbliği ilə qız-gəlinləri öz istəkləri ilə buna sövq edir. Və bu yolda əsas yeri KİV tutur. Gün ərzində bütün telekanallar və radiolarda fəsadın, əxlaqsızlığın təbliği gedir. Halbuki, KİV millətin əsas ideologiya sütunu olmalıdır. Müxtəlif əxlaqsız seriallar, kinolar, reklam və şoular mənəviyyatımızı, milli-dini dəyərlərimizi, əxlaqımızı aradan aparmağa yönəlmişdir. Bu gün gələcəyin anası olan körpə qızcığaz üçün ideal qadın, hansısa əxlaqsız serialın və ya şounun qəhramanıdır. Əgər əvvəllər kiçik məktəbli kosmonavt, alim, mühəndis olmaq istəyirdisə, bu gün əksəriyyəti müğənni, aktyor olmaq arzusundadır. Bir anlıq nəzər salaq! Müsəlmanların məmləkətində əxlaqsız, çılpaq müğənnilər ən bahalı markalı avtomobildə gəzirlər, amma alimlər öz maaşlarıyla özlərini təmin etmək iqtidarında deyillər.
         Bacım, ayıq ol! Qərb, «qadın azadlığı» adı altında, səni alçaldır. Özünün yorulduğu mədəniyyətini sənə sırıyır. Sən isə fərqinə varmadan qəbul edirsən. Qərbdə kişi öz ayaqqabısını təmizləmək üçün əskidən istifadə etdiyi kimi, qadından da həmin əski kimi istifadə edir. Məgər bu qadın azadlığıdır, ya köləlik? Vaxtilə 14-15 yaşlı yeniyetmə qızların İslamın müqəddəs qanunları ilə daimi ərə getməsini zülm kimi təbliğ edən İslam düşmənləri, bu gün hətta bu yaşdan da kiçik qızları gecə klublarında, barlarda bir və ya bir neçə kişinin ixtiyarına qoymağı «qadın azadlığı» adlandırırlar. Və demək olar ki, buna nail də olublar.
         Bu gün hansısa əcnəbi bizim ölkəyə gəlsə və ona deyilməsə ki, bu ölkə müsəlman ölkəsidir, sizcə o bizi müsəlman adlandırarmı? Əlbəttə, xeyr. Çünki bu nəticəni almaq üçün cəmi bir saat şəhərdə olmaq kifayətdir. «Dəb» adı altında yarıçılpaq geyinmək adi bir haldır. Yataq paltarını xatırladan paltarda çölə çıxmaq, soyunmaq yarışına girmək müasirlik, iffətini, həyasını qoruyub abırlı geyinmək müasirlikdən, inkişafdan geri qalmışlıq kimi qəbul edilməkdədir. Cəmiyyətimizdə qız-oğlan münasibətləri eynilə Qərbdəki kimidir. Artıq təzə yeniyetməlik yaşına çatmış qızların hansısa oğlan və ya oğlanlarla «gəzməsi» (hətta bu cinsi münasibətlərə qədər davam etsə belə), çox normal bir haldır. Artıq gələcəyin anaları üçün evlilikdən əvvəl cinsi münasibət qurmaq adiləşib. Keçmiş zamanlardan miras qalan ata-qardaş qeyrəti artıq tapdanmaqdadır. Bu milləti qeyrətdən necə uzaqlaşdırırlarsa, bəzən hətta qardaş və ata öz qızının və ya bacısının qeyrətinə qalmır. Sanki hər şey elə bu cür olmalıymış.
         Əsrlər boyu qoruyub saxladığımız ailə müqəddəsliyinə, artıq çox ailələrdə rast gəlinmir. Əgər bu haqda daha çox maraqlanmaq istəyən oxucu varsa, onun boşanma hallarının necə çoxalması haqqında olan statistikaya müraciət etməsi kifayətdir. Bu başqa cür ola da bilməzdi. Çünki artıq bir çox hallarda ailə saf məhəbbət üzərində deyil, mal-dövlət və şəhvət üzərində qurulur. Bu cütlüyü birləşdirən İlahi bir müqəddəslik yoxdur. Bunun nəticəsidir ki, atılmış məsum körpələrin sayı durmadan artmaqdadır. Son dövrlərdə körpə və yeniyetmə uşaqların xaricə satılması hallarının bir neçəsi aşkar edilmiş və cinayət işi açılmışdır.
         Hal-hazırda vətənimizdə də bir çox qadınlar əşyalaşmış, ixtiyarı əlində olmayan bir məxluqa çevrilmişlər. Onlar ya kimlər üçünsə çılpaq şəkildə hansısa məhsulun reklamına, satılmasına yardımcı olur, ya da fahişəlik fəaliyyətilə məşğuldurlar. Bu durum mənə cahiliyyət zamanını və onun kölə qadınlarını xatırladır. Dəyişənsə tək vasitələrdir. Qalan hər şey keçmişdəki kimidir. Əvvəllər qadın kölə kimi bazarda satılırdı və onu pul ilə alırdılarsa, bu gün qadın hansısa oteldə, masaj salonunda, gecə barında satılır (Özü də çox ucuz bir qiymətə və yalnız hansısa haramzadənin şəhvət hissini təmin edib, onun qarşısında alçalmaq üçün). Nə qədər azərbaycanlı qadınlar xarici ölkələrdə, xüsusilə Dubayda fahişəliklə məşğuldur?!
         Amma bütün fəsadlara baxmayaraq, bu bataqlıqda azsaylı Fatimeyi-Zəhra (ə) sevənlər gül açmaqdadır. Təəssüf ki, buradakı problem daha ağrıdıcıdır. Çünki kafirlərin, İslam düşmənlərinin etmədiyi işi içimizdə olan münafiqlər etməkdədir. Burada iki problemi önə çəkərək, fikrimizi yekunlaşdırmaq istəyirik. Belə ki, bu gün bəzi «hicablı» qızlara rast gəlinir ki, onlarda hicabdan yeganə nümunə, yalnız naqis formada olan baş örtüyüdür. Onların geyimləri, hicabsızların geyimindən hec nə ilə fərqlənmir. Bu cür «dindar»lar dar şalvarı, bədənə yapışan paltarı ilə bəlkə də qeyri-dindarlara «meydan» oxuyurlar.
         Çox təəssüflə qeyd edirik ki, bəzən qızlardan elələrinə də rast gəlinir ki, onlar hicabı Allaha xatir deyil, özlərini maskalamaqdan və ya saçlarında olan hər hansı bir qüsuru gizlətməkdən ötrü geyinmişlər. Bu onların əxlaqında özünü göstərir. Gəncliyini fəsada sərf etmiş belə qızlar, tövbə edib düz yol tutmaq əvəzinə, sırf ərə getmək üçün belə üsula əl atırlar. Amma hicab onların əxlaqını zərrə qədər belə, dəyişmir. Əksinə, belə insanlar hicabın gözdən düşməsinə, cəmiyyətdə hicaba qarşı pis fikrin yaranmasına səbəb olurlar. Sizcə, Zəhra (ə)-a bundan da böyük düşmən kəsilmək olarmi?! Axı, sizə kim ixtiyar verib ki, müqəddəs Zəhra (ə)-ın hicabıyla bu cür rəftar edəsiz?! Qiyamətdə, hicabı yüngül tutduğunuza görə, nə cavab verəcəksiniz?!
         Yazımızı İslam alimlərindən birinin qadınlara olan nəsihəti ilə bitirmək istəyirik.
         
    «Hər bir şey qiymətli olduğu qədər qorunmalıdır. Heç kəs «azadlıq» fikri ilə evini divarsız, qapısını isə açıq saxlamır. Çünki oğru təhlükəsini bilir.
         Əgər kimsə qapısını bağlayıb, pəncərəsinin önünə pərdə çəkirsə, bu evi hasara almaq deyil, əksinə, narahat edici baxışlardan qorumaqdır.
         Bacım, əgər qorunmağın və rahatlığın üçün özünü örtürsənsə, bu halda kimsə sənə irad tutmaz və ya tutulan iradlara əhəmiyyət verməzsən. Çünki iradın məntiqsiz və əsassız olduğunu bilir və görürsən.
         Qadın özünün sahib olduğu kəramət və qiymətini hərraca qoymamalı və özünü şəhvət dəllallarına bir neçə məktub və təbəssüm bahasına satmamalıdır.
         İlk gündən biganələrin ismət və həya tarlasına qədəm qoymalarının qarşısı alınmalıdır ki, ismətin təzə açılmış qönçələri tapdalanmasın! Amma...Gül dərilib, budaq qırıldıqdan sonra ağlamaq faydasızdır!!!
         Düşün, ey bacım, səndən daha qiymətlisi varmı?!

    WWW.KOVSER.AZ
    Просмотров: 620 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    17.08.2008 Спам
    1. emin (heqiqet-ashiqi)
    aaaaaaaaaaaaaaaaah ana can! allah senin qatillerine lenet etsin........... cry

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Avqust 2008  »
    B.eÇ.aÇC.aCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Linklər