Çerşenbe axşamı, 30.04.2024, 09:46
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    KİTABXANA-İMAM MEHDİ (A) BARESİNDE TEHQİQAT-8. Vedesi verilen günde inqilabın baş verme keyfiyyeti

    8 - VƏ`DƏSİ VERİLƏN GÜNDƏ İNQİLABIN BAŞ VERMƏ KEYFİYYƏTİ

    İrəli sürülən sonuncu sual Həzrəti Məhdi (əleyhissalam)-ın ədaləti qəti qələbəyə çatdırmaq, üzləşdiyi hakim zülm və sitəmləri məhv etmək üçün seçəcəyi yol və yerinə yetirəcəyi işlərdən ibarətdir.

    Bu suala dəqiq və konkret cavab verilməsi həzrəti Məhdi (əleyhissalam)-ın aşkar mübarizə səhnəsinə qədəm qoyacağı dövr və fəzanın dəqiq tanınmasına bağlıdır. Yalnız bu agahlıq nəticəsində inqilabın baş vermə keyfiyyətini və onun formalaşmasını canlandırmaq olar. Biz əvvəlcədən inqilabın baş vermə keyfiyyətini və və`dəsi verilən gündə nə kimi hadisələrin baş verəcəyini dəqiq şəkildə bilmədiyimizdən, həqiqi əsaslara istinad etməyən bir sıra sırf zehni fərziyyələrdən sərf-nəzər edirik.

    Bu mərhələdə yalnız bir əsas fərziyyəni qəbul etmək olar. O da və`dəsi verilən günlə əlaqədar nəql olunan hədis və rəvayətlərdir və tarixin böyük inqilabı yolundakı təcrübələrimizlə tam uyğundur.

    Həzrəti Məhdi (əleyhissalam)-ın zühuru böyük bir boşluğun, mədəni böhranların və irticanın ardınca baş verməlidir. Bu böhran və irticalar o Həzrətə imkan verəcəkdir ki, bu yolda insanların ruhi normalarının pozulmasından istifadə edərək öz vəzifəsini yerinə yetirsin.

    İnsanların ruhiyyəsinin tamamilə dəyişməsi bəşər mədəniyyət tarixinin həmin mərhələsində baş verəcək sadəcə təsadüfi bir hadisə deyildir; əksinə, öz Allahları ilə rabitələrini kəsən, axırda isə qəti həll yolu və müsbət çıxış yolu tapmayan ictimai-tarixi təzadların və ziddiyyətlərin təbii nəticəsidir. Belə bir zamanda elə bir atəş yandırılır ki, heç kəsə qalmaq imkanı vermir, İmam Məhdi (ə) da əmr alır ki, həmin odu söndürərək ilahi asimani ədaləti yer üzərində bərqərar etsin.

    Nəcəfi Əşrəf, Seyyid Məhəmmədbaqir Sədr.

    Bu kitabı 1397-ci hicri-qəməri ilinin cəmadiyüssani ayının 13-də başlayıb elə həmin ayın 17-də də Allahın köməyi ilə sona çatdırdım.


    [1]“Nəcm” surəsi, ayə:4

    [2]“Həşr” surəsi, ayə:7

    [3]Bu hədis (“Səqəleyn” hədisi) 24 nəfər səhabə tərə-findən nəql olunmuş, əhli sünnə kitablarında hədis mənbələrində, təfsir, tarix və sair kitablarda müxtəlif tə”birlərlə gətirilmişdir. O cümlədən “Səhihi Müslüm”, 8-ci cild, səh.122; “Müstədrəki Haşim Nişapuri”, 3-cü cild, səh.109, 148, 533; “Sünəni Termezi”, 2-ci cild, səh.307

    [4]Mühəddis Bəhrani: “Ğayətul-Məram”, səh.196 Fəraidus Səmtindən nəqlən.

    [5]Məhəmməd ibni Yə”qub Kuleyni: “Üsuli-Kafi”, 2-ci cild, səh.308; “Qeybəti Nö”mani”, səh.130

    [6]“Yənabiul-Məvəddət”, səh. 447; “Əlburhan fi əlamatil Məhdi axirəzzəman”, 12-ci bab, “Əl ülfülvərdi fi əxbaril Məhdi”, 2-ci cild, səh.83.

    [7]“İftitah” duası.

    [8]“Nəhcül-Bəlağə” (Feyzül İslam) 87-ci xütbə.

    [9]Əhməd İbni Əli Təbərsi: “Ehticac”, 1-ci cild, səh.134

    [10] Şəhidi Sani “Münyətül-Murid” (Cə”fəri çapı,Məşhəd) səh.25.

    [11]“Rə”d” surəsi, ayə:7

    [12]Min illər boyu bəşər arzu etmişdir ki, ölümün, müqəddər olunmuş bu hadisənin gəlib çatmasını tə”xirə salsın. Keçmiş əsirlərdə kimyagərlərin əbədi həyata çatması üçün apardıqları sə”ylər heç bir nəticə verməmişdir. 19-cu əsrin axırlarında elmi müvəffəqiyyətlər daha artıq ömür sürməyə olan ümidlərin yenidən rövnəqlənməsinə və bəlkə də yaxın gələcəkdə bu xyalın reallaşacağına ümidləri artırmışdır. Bu barədə alimlər əvvəlcə heyvanların üzərində sınaqlar keçirmişlər. Misal üçün Kornel unversitetinin görkəmli mütəxəssisi Mek Kay və London unversitetindən Aleks Kam Furet insanın qidalanması ilə onun qocalığı arasında tənasübü araşdırmışdır. Aleks Kam Furet öz sınaqlarında siçanlardan bə”zilərinin ömrünü 50 faiz artıra bilmişdir.

    Başqa bir Amerikalı mütəxəssis Riçard Ruçeşledin apardığı dörd illik araşdırmalardan və Beymitel aminu-Atanov adlı kimyəvi dərmandan istifadə edərək siçanın ömrünü artıra bilmişdir. 

    Bu alim və Vakib adlı həmkarı bu nəticəyə çatmışlar ki, Deymitelamini-Ataminoldan istifadə edilməsi siçanların ömrünü sınaq müddətində 6-49 faiz artırmışdır. Milçəklərin üzərində aparılan təcrübələr isə onların ömürlərinin hətta 300 dəfə artırılması ilə nəticələnmişdir.

    [13] Bir hadisə və ya varlığın başqa bir varlıq üçün səbəb olması (günəşin çıxması ilə yerin qızması) birbaşa dərk olunası deyil. Biz yalnız bu məsələni idrak edirik ki, bir hadisə (günəşin çıxması) müntəzəm olaraq yerin səthini qızdırmaq hadisəsini öz ardınca gətirir.

    Həmçinin müşahidə olunur ki, bə”zi hadisələrin başqa hadisələrdən sonra sabit olaraq gəlməsi hadisə və varlıqların xüsusi bağlılığı ilə məhdudlanmır. Əksinə bu, təbiətin xüsusi təzahürüdür. Amma bir səbəb ilə vahid bir nəticənin arasındakı rabitə, habelə təbiəting  gbaşdan-başa bu rabitənin ümumi bir qayda olması birbaşa müşahidə olunmur və bizim təfəkkürümüzün zəruri hissəsini təşkil etmir. (Devid Hiyum)

    [14]Sixolastika ideologiyasının ardıcıllarına mədrəsə səhabələri deyilir. Çünki renosans dövründən qabaq elm və hikmət məsələləri təqribən dini mədrəsələrdə və kilsələrdə tədris olunan şeylərlə xülasələnirdi. Yə ` ni məsihiyyət dininin göstərişi ilə mədrəsələr də sixolas dilində tədris olunurdu. Buna görə də o dövrün bütün elm və hikməti ona mənsub edilərək sixolastika adlandırılmışdır.

    Sixolastika ideyasının ən mühümü aşa ğ ıda k ılardan i b arə t dir :

    1-E lmi təhqiqatlar , hə qiqə tlərin kəş folunması naminə deyil , yalnız üsulidini isbat et mə küçündür . Çünki imanı ə qldən irəli bilib deyirdilər ki, iman üçün idrak heç də zəruri deyildir .

    2-Tə fəkkür və rə`y azadlı ğ ına əsla əhəmi yy ə t v e rmirdilər . Hər k əs m üq əddəs k i t a b ın t ə ` limlərindən k ənara çıx sa y d ı k a f ir h e sa b o lunara q əza b- əzi yy ə t lərə d üç ar o lurdu və tö v b ə et məli idi .

    3-Y u x rıda k ı dəlilə əsasən ə q li qü vvə y alnız b əhslərin , m ü nazirə və m üc adilələrin mən t i q i b əhslərin b azarını q ızışdırma q üçü n idi k i , o nunla da s ö z y ı ğ ımı ilə ö z ü rə k lərini sa k i t ləşdirirdilər . ( Məhəmməd Fü ru ğ i , “ S ey ri hi k mə t dər Avr op a ”)

    [15]  Q an Şak Roso (1712-1778)

    O , məşhur fransız alimi və « İctimai münasibətlər » kitabının müəllifidir . Təfəkkür və fəlsəfə dünyasında ən böyük inqilabçı çağırışlarından və islahatçılardan olmasına baxmayaraq Fransanı padşahsız görməyi təsəvvür edərkən vəhşət hissi keçirirdi. Çünki o, padşah səltənəti dövründə böyüyüb boya-başa çatmış və onun ab-havası ilə nəfəs almışdı.

    [16]  İmam Məhəmməd Əli ibni Cavad və onun oğlu İmam Hadi əleyhissalam hər ikisi 8 yaşlarında müsəlmanların imamı olmuşdular.

    [17] “Məryəm” surəsi, 12-ci ayə.

    [18]  Seyyid Sədrin (müəllifin əmisidir) « Əl-Məhdi » adlı kitabına baxa bilərsiniz.

    [19]  Şeyx Lütfüllah Safinin « Müntəxəbul-əsər fil-imamis-sani əşər » kitabına baxa bilərsiniz.

    Axtar
    Təqvim
    «  Aprel 2024  »
    B.eÇ.aÇC.aCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Linklər