Cüme, 26.04.2024, 23:18
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    DUALAR-Destemaz alarken oxunan dualar

    DƏSTƏMAZ ALARKƏN OXUNAN DUALAR

     

    Dəstəmaz alarkən aşağıdakı duaları oxumaq müstəhəb (bəyəniləsi) sayılır:

    Dəstəmazin əvvəlində suyu tökərkən desin:

    «Bismillahir-Rəhmanir-Rəhim. Əl-həmdu lillahil-ləzi cə`ələl-maə təhurən və ləm yəc`əlhu nəcisa.»

    Yə`ni:« Rəhman və Rəhim Allahın adı ilə. Bütün həmd və sitəyişlər suyu murdar deyil, pak və pakedici yaradan Allaha məxsusdur.»

    Üzü yuyarkən belə desin:

    «Allahummə bəyyiz vəchi yəvmə təsvəddu fihil-vucuhu və la təsəvvid vəchi yəvmə təbyəzzu fihil-vucuh.»

    Yə`ni: İlahi! Üzlər qarqldığı gündə mənim üzümü ağ et və üzlər ağardığı gündə mənim üzümü qara etmə.

    Sağ qolu yuduqda desin:

    «Allahummə ə`tini kitabi biyəmini vəl-xuldə fil-cinani biyəsari və hasibni hisabən yəsira.»

    Yə`ni: İlahi! Mənim əməl kitabımı sağ əlimə, Behiştdə əbədi qalmaq üçün icazənaməni isə sol əlimə ver, mənim hesabımı çox yüngül et.

    Sol qolu yuduqda desin:

    «Allahummə la tu`tini kitabi bişimali və la təc`ələha məğlulətən ila unuqi və əuzu bikə min muqəttiatin-niran.»

    Yə`ni: İlahi! Mənim əməl kitabımı sol əlimə vermə və onu boynumun zəncirinə çevirmə və oddan hazırlanmış paltarlardan Sənə pənah aparıram.

    Başa məsh etdikdə desin:

    «Allahummə ğəşşini birəhmətikə və əfvikə və bərəkatik.»

    Yə`ni: İlahi! Məni öz rəhmət, əfv və bərəkətinə bürü.

    Ayaqlara məsh etdikdə isə belə desin:

    «Allahummə səbbitni ələs-sirati yəvmə təzillu fihil-əqdam, vəc`əl sə`yi fima yurzikə ənni.»

    Yə`ni: İlahi! Ayaqlar lərzəyə düşüb titrədiyi zaman məni siratda sabit saxla, sə`y və təlaşımı Səni məndən razı edən yollarda qərar ver.
     

    www.nicat-yolu.com saytindan

    Axtar
    Təqvim
    «  Aprel 2024  »
    B.eÇ.aÇC.aCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Linklər