Çerşenbe, 08.05.2024, 07:45
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 9 » Ma­Ne­VİY­YAT­DA HOL­LAN­Dİ­YA SİNDRO­MU
    19:42
    Ma­Ne­VİY­YAT­DA HOL­LAN­Dİ­YA SİNDRO­MU
    Fil uza­nıb ya­tan ki­mi yu­xu­su­na Hin­dis­tan gi­rir. An­caq uzun­qu­laq nə qə­dər yat­sa da yu­xu­su­na Hin­dis­tan gir­mir. Çün­ki o, Hin­dis­tan qə­ri­bi de­yil.
        Cə­la­ləd­din Ru­mi
       
        Bun­lar da nə qə­dər yat­sa­lar, dü­şün­sə­lər, tə­fək­kür et­sə­lər, nə yu­xu­la­rı­na, nə də ki, əqil­lə­ri­nə əx­laq, ədəb və mə­ri­fət ki­mi mə­nə­vi də­yər­lər gir­mir. Çün­ki bu də­yər­lə­rin qə­ri­bi de­yil­lər.
        İq­ti­sa­diy­yat­da böh­ran­la bağ­lı Hol­lan­di­ya sindro­mu de­yi­lən an­la­yış var. Qı­sa­ca məğ­zi bun­dan iba­rət­dir ki, büd­cə nef­tin, qa­zın və sa­i­rin sa­tı­şı he­sa­bı­na for­ma­la­şır, is­teh­sal, sə­na­ye, kənd tə­sər­rü­fa­tı sa­hə­lə­ri in­ki­şaf et­di­ril­mir və öl­kə­nin ta­le­yi dün­ya ba­za­rın­da bu tə­bii sər­vət­lə­rə tə­lə­ba­tın sə­viy­yə­sin­dən ası­lı olur. On­la­rın qiy­mə­ti ar­tan­da gə­lir ço­xal­sa da xa­ric­dən id­xal edi­lən məh­sul­lar ba­ha­la­şır, qiy­mə­ti aza­lan­da isə iq­ti­sa­di fə­la­kət ya­ra­nır. İlk də­fə Hol­lan­di­ya­da ya­ran­mış bu iq­ti­sa­di-ma­liy­yə böh­ra­nı bü­tün dün­ya­da hol­land sindro­mu ki­mi məş­hur­dur. Mil­li döv­lət­çi­lik qu­ru­cu­lu­ğu­nu ya­şa­yan, xü­su­si­lə də ye­ni müs­tə­qil­lik əl­də et­miş və tə­bii sər­vət­lər­lə zən­gin öl­kə­lər be­lə böh­ra­na mə­ruz qal­ma­maq üçün iq­ti­sa­diy­ya­tın bü­tün sa­hə­lə­ri­ni in­ki­şaf et­dir­mə­yə ça­lı­şır­lar.
        Tə­əs­süf ki, Hol­lan­di­ya sindro­mu iq­ti­sa­diy­yat­la məh­dud­laş­ma­dı. Bu döv­lət Da­ni­mar­ka ilə bir­lik­də ar­tıq mə­nə­viy­yat­da böh­ran an­la­yı­şı­nı gün­də­mə gə­ti­rib­lər. La­kin iq­ti­sa­diy­yat­da Hol­lan­di­ya sindro­mun­dan fərqli ola­raq, mə­nə­viy­yat­da Ho­lan­di­ya və Da­ni­mar­ka sindro­mu bir döv­lə­tin de­yil, bü­tün dün­ya­nın təh­lü­kə­siz­li­yi­ni təh­did edən böh­ran an­la­yı­şı­dır.
        Bu gün Qərb və Av­ro­pa məf­hu­mu coğ­ra­fi mə­na­dan da­ha çox özü­nə­məx­sus dün­ya­gö­rü­şü, dü­şün­cə və əx­laq tər­zi mə­na­sın­da­dır. Azər­bay­can­da da səs­lə­nən Qərb stan­dartla­rı, Av­ro­pa əx­la­qı və me­ya­rı, si­vil dün­ya­ya in­teq­ra­si­ya ki­mi fi­kir­lər və ar­tıq bu is­ti­qa­mət­də atı­lan ad­dım­lar tə­əs­süf ki, iq­ti­sa­di ba­xım­dan in­ki­şaf et­miş bir coğ­ra­fi mə­kan­la qar­şı­lıq­lı əla­qə­lə­rin qu­rul­ma­sı ki­mi de­yil, məhz əsa­sən Qər­bin və Av­ro­pa­nın bü­töv­lük­də dü­şün­cə və əx­laq tər­zi­nə qo­vuş­maq niy­yə­ti ilə edi­lir.
        Qərb və Av­ro­pa gü­nah an­la­yı­şı­nın it­di­yi bir mə­kan­dır. Bu əra­zi­də ha­kim kə­si­lən di­ni-fəl­sə­fi dün­ya­gö­rü­şü və dü­şün­cə tər­zi çox ra­hat­lıq­la im­kan ve­rir ki, hət­ta ru­ha­ni­lər be­lə kil­sə­lə­rin mü­əy­yən ica­rə haq­qı mü­qa­bi­lin­də dis­ko­te­ka­ya və di­gər əx­laq­sız əy­lən­cə mər­kəz­lə­ri­nə çev­ril­mə­si­nə ra­zı ol­sun­lar. Hol­lan­di­ya və Da­ni­mar­ka­da kil­sə xa­dim­lə­ri bu yol­la əl­də et­dik­lə­ri pu­lun bir his­sə­si­nin hə­min iba­dət­gah­la­rın tə­mi­ri­nə, öz şəx­si eh­ti­yac­la­rı­nın ödə­nil­mə­si­nə və yer­də qa­la­nı­nı­ da xey­riy­yə işi­nə sərf et­dik­lə­ri haq­qın­da fəxrlə da­nı­şır və bu yol­la get­dik­cə ma­liy­yə im­kan­la­rı­nın qay­da­ya dü­şə­cə­yi­nə inan­dıq­la­rı­nı bil­di­rir­lər. Bu cə­miy­yət­də gü­nah­sız­lı­ğın və əx­laq­sız­lı­ğın qa­nu­ni­li­yi­ni sə­la­hiy­yət, hü­quq və ix­ti­yar ki­mi an­la­yış­lar­la rəs­mi­ləş­di­rir­lər.
        İq­ti­sa­diy­yat­dan fərqli ola­raq mə­nə­viy­yat­da Hol­lan­di­ya və Da­ni­mar­ka sindro­mu­nun ya­ran­ma­sı heç də tə­sa­dü­fi və səh­vin nə­ti­cə­si ol­ma­ma­sı və bü­töv­lük­də dün­ya­nın bu prob­le­mə qar­şı mü­na­si­bət­də bir­mə­na­lı məh­ku­me­di­ci möv­qe tut­ma­ma­sı gə­lə­cək­də hə­min böh­ran­la rastla­şa­caq döv­lət­lə­rin sa­yı­nın ar­ta­ca­ğı eh­ti­ma­lı­nı güc­lən­di­rir. Bəd­nam sindro­mun simptom­la­rı za­man-za­man öl­kə­miz­də də özü­nü açıq şə­kil­də bü­ru­zə ve­rir. Əgər bir az diq­qət et­sək gö­rə­rik ki, döv­lət da­xi­lin­də iq­ti­sa­diy­ya­tın Hol­lan­di­ya sindro­mu­na mə­ruz qal­ma­ma­sı üçün mü­tə­xəs­sis­lər­dən tut­muş ha­ki­miy­yə­tə qə­dər ha­mı əv­vəl­cə­dən xə­bər­da­re­di­ci fi­kir­lər söy­lə­yir. Çı­xış yol­la­rı gös­tə­rir və ən əsa­sı isə ha­ki­miy­yət sə­viy­yə­sin­də bu is­ti­qa­mət­də qa­baq­la­yı­cı bir çox təd­bir­lə­rə əl atı­lır. Və tə­bii ki, uğur­lar da əl­də edi­lir. Bəs mə­nə­viy­yat­da Hol­lan­di­ya və Da­ni­mar­ka sindro­mu­na qar­şı mü­na­si­bət öl­kə da­xi­lin­də han­sı sə­viy­yə­də­dir? Bu xo­şa­gəl­məz mü­qa­yi­sə öl­kə­miz­də ar­tıq mə­nə­vi də­yər­lə­rin qo­run­ma­sı­na bi­ga­nə­li­yin təh­lü­kə­li həd­də ol­ma­sı­na sü­but de­yil­mi? De­yə­sən hə­lə də ba­şa dü­şül­mür ki, mə­nə­viy­yat­da Hol­lan­di­ya və Da­ni­mar­ka sindro­mu­nun bir xəs­tə­lik ki­mi ke­çi­ci­lik və ya­yıl­ma im­kan­la­rı çox ol­du­ğu qə­dər, fə­la­kət miq­ya­sı da cə­miy­yət və döv­lət üçün iq­ti­sa­di böh­ran an­la­mın­dan qat-qat bö­yük və təh­lü­kə­li­dir. Çox ma­raq­lı­dır, Azər­bay­can ha­ki­miy­yə­ti mə­nə­vi də­yər­lə­ri­mi­zin qo­run­ma­sın­da və bu də­yər­lə­ri təh­qir edən­lə­rə qar­şı mü­na­si­bət­də öz mə­su­liy­yə­ti­nin sə­viy­yə­si­ni dərk və eti­raz edir­mi? Fik­rim­cə, nə qə­dər acı­na­caq­lı ol­sa da ha­ki­miy­yət­də təm­sil olu­nan bə­zi da­i­rə­lə­rin mə­nə­vi də­yər­lə­ri­mi­zə olan iki­li mü­na­si­bə­ti sə­bə­bin­dən, Azər­bay­ca­nın İs­lam dün­ya­sı­nın Da­ni­mar­ka­sı ki­mi ta­nın­ma­sı­na çox gö­zəl zə­min ya­ra­nıb.
        Son­da Azər­bay­can Fə­zi­lət Par­ti­ya­sı adın­dan mə­nə­viy­ya­tı­mı­za, əra­zi bü­töv­lü­yü­mü­zə, tə­bii sər­vət­lə­ri­mi­zə və ümu­mi­lik­də döv­lə­ti­mi­zə qar­şı təh­lü­kə mən­bə­yi olan sindrom­lar­la mü­ba­ri­zə apa­ran agah və və­tən­pər­vər in­san­lar­la və təş­ki­lat­lar­la həm­rəy ol­du­ğu­mu­zu bə­yan edir və bu is­ti­qa­mət­də əmək­daş­lıq et­mə­yə hə­mi­şə ha­zır ol­du­ğu­mu­zu bil­di­ri­rəm.
    Категория: Cümə söhbətləri | Просмотров: 1502 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər