AZƏRBAYCAN TELEKANALLARINDA DİN - 29 Июля 2008 - ....::İslam::....
Şenbe, 10.12.2016, 12:50
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6769
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа
    Главная » 2008 » İyul » 29 » AZƏRBAYCAN TELEKANALLARINDA DİN
    23:59
    AZƏRBAYCAN TELEKANALLARINDA DİN
     
     
     
     
     
     
     
     
     
    Günümüzdə Kütləvi İnformasiya Vasitələri (KİV), xüsusən televiziyalar insan həyatının ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Evdə, işdə, istirahətdə, hətta yolda belə televiziyanı sevə-sevə seyr edə bilirik. Bu baxımdan televiziyanın mavi ekranında nələrin göstərilməsi, hansı mədəniyyətin təbliğ olunmasının aydınlaşması çox vacib amildir.
        Digər maarifləndirici verilişlərlə yanaşı, mədəniyyətimizin təməl prinsiplərini formalaşdıran din və mənəvi dəyərlərimizin də KİV vasitəsilə təbliği, əlbəttə, günümüzün zəruri ehtiyaclarındandır. Millətimizin, xüsusilə gənc nəslin mənəvi tərbiyəsində bunun rolu danılmazdır. Bəs görəsən bu sahədə ölkədə vəziyyət necədir?
        Hazırda Azərbaycanda cəmi 7 ümummilli (AzTV, ANS, «Space», ATV, «Lider», İTV və Xəzər) kanal fəaliyyət göstərir.
        İlk olaraq Azərbaycan teleməkanının qocaman televiziyası olan AzTv-dən başlayaq. Bu televiziya 1956-ci ildə yaranmasına baxmayaraq, müstəqillik illərinə qədər, yəni 1990-cı illərə kimi ümumiyyətlə dinlə bağlı heç bir proqram yayımlamayıb. Bu dövürdə nəinki dinlə bağlı proqram hazırlamaq, yeri gəldikcə İslamı “baltalamaq” belə bu televiziyanın əsas məqsədlərindən biri olub.
        “Haqqın dərgahı”
        Ölkəmiz müstəqillik qazandıqdan sonra isə AzTv “günahını” yumaq üçün tədricən dini proqramlara start verdi. Beləliklə, 90-cı illərdən sonra bu televiziyanın efirində tamaşaçılar “Haqqın dərgahı” verilişini izləməyə başladılar. Hələ də davam edən bu proqram cümə axşamları, cəmi 15 dəqiqə vaxt kəsiyində efirə çıxır. Halbuki, bu gün xalqın mənəviyyatıyla bir o qədər də uzlaşmayan əyləncəli-şou proqramlar 1-2 saat, bəzən bundan daha da artıq vaxt kəsiyində efiri “zəbt” edir. Qeyd edək ki, “Haqqın dərgahı” proqramının aparıcısı tanınmış şərqşünas alim, professor Vasim Məmmədəliyevdir. Etiraf edək ki, bu dini veriliş hal-hazırda o qədər də populyar deyil. Çünki, studiyada çox zəif dekorasiya qurulub. Həmçinin aparıcı studiyada oturub, hər həftə bir mövzu haqqında təkbaşına söhbət edir. Bu isə tamaşaçı üçün çox yorucudur.
        “İslam olduğu kimi”
        Bir müddət sonra, 1997-ci ildə yenə də məhz AzTv-də “İslam olduğu kimi” adlı dini-maarifləndirici veriliş efirə çıxdı. Həftədə 1 saat yayımlanan bu veriliş olduqca geniş tamaşaçı publikası qazandı. Lakin, tamaşaçının mənəvi təlabatını qismən də olsa ödəyən bu maraqlı dini proqram 4 il efirə çıxdıqdan sonra bədxahların “səyi” nəticəsində bağlandı. Və proqramın aparıcısı Solmaz Əmirli məhz hicab taxdığı üçün bu televiziyadan uzaqlaşdırıldı.
        “İlahi vitamin”
        Növbə gəlib çatdı teleməkanın AzTv-dən sonra, qocaman televiziyası olan ANS-ə. ANS – Azərbaycanda özəl televiziya kanalı kimi fəaliyyət göstərən ilk kanal olmuşdur. O, kanal kimi 1994-cü ildən "Xəbərçi" proqramının bazasında fəaliyyətə başlayıb. “Xəbərçi” proqramı isə SSRİ-nin son dövrləri - süqutu dövründə (1991-ci ildə), Azərbaycan Dövlət Televiziyasının efirinə çıxan və “215 KL” studiyası tərəfindən hazırlanan ilk qeyri-dövlət televiziya proqramı idi. (Azerbaijan News Service - Azərbaycan Xəbərlər Xidməti). Daha sonra rəngarəng proqramların hazırlanmasına start verildi. Bu televiziyanın ilk dini verilişi “İlahi vitamin” adlı proqram olub. Bu proqramı Vüsalə Quluzadə aparırdı. Lakin ülvi məramla yaradılan bu veriliş bir o qədər də uğur qazana bilmədi və hətta bəzi dindarların iddiasına görə, orada təbliğ olunan və barəsində bol-bol danışılan dəyərlər proqramın özündə lazımınca öz əksini tapmadı. Onu da qeyd edək ki, burada təqdim olunan dini baxışlar heç də ölkəmizdə əsrlər boyu mövcud olan dini ənənələrə uyğun gəlmirdi. Hər halda, nəticədə, bu proqram qısa zaman kəsiyindən sonra bağlandı.
        “Allah haqqı”
        “İlahi vitamin”dən sonra uzun müddət ANS-də dini verilişlər sahəsində durğunluq hökm sürdü. Nəhayət, 2007-ci ilin yeni mövsümdə bu televiziyanın efirində “Allah haqqı” proqramı həyata vəsiqə aldı. Təəssüf ki, bu vəsiqə “xəfif” kağızdan hazırlandığı üçün tez xarab oldu. (Bu haqda bir qədər sonar.) “Allah haqqı” ilk buraxılışdan öz başına böyük auditoriya toplamağa nail oldu. Gözəl dekorasiya, verilişin aparıcısının peşəkarlığı və proqramın diskusiya formasında qurulması, “Allah haqqı”nın peşəkarlar tərəfindən hazırlandığından xəbər verirdi. “Allah haqqı”nın mövqeyi əsas etibarilə şiəlik əsasında qurulmuşdu. Cəmi iki buraxılışı efirə çıxan “Allah haqqı”, digər dini verilişlər kimi gözəgörünməz maneələrin qəzəbinə tuş gəldi. Nəticədə, telekanalın rəhbərliyinin iradəsinə zidd olaraq, “Allah haqqı” əbədi və əzəli olaraq bağlandı. Qeyd edək ki, “Allah haqqı” dini verilişlər arasında ən qısaömürlüsü oldu.
        Onu da qeyd edək ki, ayrıca dini veriliş yayımlamasa da, ANS-in müxtəlif verilişlərində din məzmunlu mövzular qoyulur və tez-tez din mütəxəssislərinin iştirakıyla dini maarifçilik həyata keçirilir. Bununla bərabər, din məzmunlu filmlər də ən çox məhz bu kanaldan yayımlanır. Məsələn, 2008-ci ilin Məhərrəm ayında İmam Hüseynə həsr olunmuş filmlər nümayiş etdirildi və s.
        “Gecə həmsöhbəti”
        1998-ci ildə fəaliyyətə başlayan Space televiziyasının tarixində bircə dini veriliş var. Bu da “Gecə həmsöhbəti” adlı dini-maarifləndirici proqramdır. Adı ilə məzmunu uyğun gəlməyən bu proqram elə bir vaxtda efirə çıxdı ki, bu zaman teleməkanda dini verilişlər, demək olar, yox səviyyəsində idi. Odur ki, “Gecə həmsöhbəti” tez bir zamanda tamaşaçılar arasında müəyyən qədər nüfuz qazana bildi. Amma, verilişin dekorasiyasında qara rəngin üstünlük təşkil etməsi, gecə saatlarında efirə çıxması və mütəxəsislərələ yanaşı, ara-sıra dini bilgisi zəif olan insanların da bu verilişdə qonaq olması, “Gecə həmsöhbəti”nin nüfuzuna xələl gətirdi. Ən acınacaqlı hal odur ki, son dövrlər teleməkanda İslam əleyhinə başlanılan kampaniyanın ilk qurbanı məhz “Gecə həmsöhbəti” oldu. Beləliklə, digər dini verilişlər kimi, bu dini proqram da heç bir səbəb göstərilmədən qapadıldı.
        “Cümə söhbəti”
        Təqdirəlayiq haldır ki, Avropa Şurasının tələbi ilə 2005-ci ildə fəaliyyətə başlayan İctimai Televiziya (İTV) ilk gündən “Cümə söhbəti” adlı dini proqram yayımlamağa başlayıb. Ümumiyyətlə, maarifləndirmək, əyləndirmək, məlumatlandırmaq kimi jurnalistikanın təməl prinsiplərini əsas tutan bu televiziya, milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynamışdır. Odur ki, İTV fəaliyyətə başladığı elə ilk həftə, cümə günü “Cümə söhbəti” verilişi efir həyatına başladı. Balanslaşdırılmış din siyasəti həyata keçirən bu proqram tez bir zamanda geniş tamaşaçı auditoriyasını ətrafına toplaya bildi. İki ildən bir az artıq efir həyatı yaşayan “Cümə söhbəti”, mütəmadi formasını dəyişərək, tamaşaçının zövqünə oxşamaq üçün, daha da təkmilləşdi. Bu verilişdə aparıcılar Natiq Rəhimov və Elşən Mustafaoğlunun (Bir müddət sonra Elşən Mustafaoğlu ANS-də “Allah haqqı” proqramının aparıcısı oldu) dini bilgisinin dolğunluğu, verilişdəki göz oxşayan müxtəlif ilahi-musiqi rolikləri və peşəkar rejissor işi digər dini verilişlərdən “Cümə söhbəti”ni yaxşı mənada fərqləndirdi. Amma, çox təəssüf ki, televiziyanın rəhbərliyinin iradəsinə zidd olaraq, “Cümə söhbəti” 2007-ci ilin oktyabrında bağlandı. Amma İTV-də “Cümə söhbəti”nin əvəzində, eyni aparıcı (Namiq Rəhimov), eyni dekorasiya, lakin yeni adla “Din və Cəmiyyət” proqramı efirə çıxır. Mahiyyət etibarilə, artıq bu veriliş “Cümə söhbəti”ndən fərqli olaraq, İslam dinini maarifləndirmə yolu ilə təbliğ edən veriliş kimi qəbul edilə bilməz. Bu yeni verilişdə bütün dinlərə aid olan ümumi mövzular müzakirə olunur. Hələ ilk buraxılışları efirə gedən bu proqram haqqında o qədər də dəqiq fikir söyləmək mümkün deyil. Çünki, bunun üçün müəyyən qədər vaxta ehtiyac var.
        Qeyd edək ki, bu proqram hal-hazırda “Avrasiya” fondunun layihəsi əsasında efirə çıxır. “Avrasiya” fondu isə Amerika təşkilatıdır.
        Digər iki televiziya - Lider və ATV-də isə ümumiyyətlə dini proqram olmamış və elə indi də yoxdur. Görünür, bu kanallar üçün mənəvi dəyərlərimiz bir o qədər də əhəmiyyət kəsb etmir.
        Xəzər Tv yeni yaranmağına baxmayaraq, onun efirində hələ ki, dini proqram gözə dəymir. Bununla yanaşı qeyd edək ki, Xəzər yeganə televiziya oldu ki, Ramazan bayramında 3 gün, canlı, hər biri iki saat olmaqla xüsusi bayram proqramı yayımladı.
        Beləliklə, bu gün ölkə teleməkanında iki dini veriliş: İTV-də “Din və Cəmiyyət”, Aztv-də “Haqqın dərgahı” efir həyatını davam etdirir. 8 milyonluq müsəlman Azərbaycan cəmiyyəti üçün bu, heç şübhəsiz ki, dəryada bir damcı misalıdır…
        Bildirildiyi kimi, hələ 2006-ci ilin sonlarında Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı tərəfindən telekanallara dini məzmunlu verilişləri yayımlamağa qadağa göstərişi verilmişdir. Lakin o zaman bu göstəriş bir qədər “yumşaq” olduğundan, öz lazımi effektini verməmişdi. 2007-ci ilin sentyabr ayında isə Prezidentin İcra Aparatından daha sərt qadağa göstərişi verildi və telekanal rəhbərlərindən dərhal dini təbliğ edən verilişlərin bağlaması tələb edildi. Və heç şübhəsiz ki, telekanalın bağlanmasından ehtiyatlanan kanallar dini verilişlərini birdəfəlik bağlamağa məcbur olmuşlar. Bu qadağanın nə qədər davam edəcəyini isə indidən söyləmək mümkün deyil…
     
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 862 | Добавил: media-islam | Рейтинг: 4.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər