Cüme, 19.04.2024, 11:26
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 15 » İSLAM ALMANİYAYA NECƏ GƏLMİŞDİR
    12:42
    İSLAM ALMANİYAYA NECƏ GƏLMİŞDİR
     
     
     
     
     
     
     
     
    Almaniyada İslam dininin tarixi 8-ci əsrdən başlayır. Böyük Karl Şarlemanın dövrü ilə başlayan proses, 1950-60-cı illərdə türk işçilərinin gəlişi, onların ölkədə kök salmağı ilə yeni məzmunla tərkibləndi.

     Yüzillər boyu müsəlman etiqadı, alman mədəniyyətinin bir hissəsinə çevrilmişdir, - İslam.ru xəbər verir.  Almaniyada İslam erasının hesaba alınması Böyük Karlın 797 və ya 801-ci illərdə Abbası dövləti ilə əlaqə qurmasından başlatmışdır. Hər iki tərəf öz ölkələrində dini azlıqların nümayəndələri üçün din azadlığını təmin etməyə zəmanət vermişlər.
     
      İslamın Avropada yayılması

        Böyük Karlın vaxtında İberiya yarmadasının çox hissəsi müsəlmanların nəzarətində idi. Onlar Avropanın bu hissəsində 800 il hökmranlıq etdilər – 1492-ci ildə xristianların İspaniyanı və Portuqaliyanı fəth edəndən və Rekonkistlərin axıran qədər. İslamın Avropada irəliləməsi Həzrət Peyğəmbərins (s) vəfatından bir əsr sonra dayandı.

        8-ci və 10-cu əsrlər arasında müsəlman ərəblər Korsikaya, Sardinyaya, Siciliyaya və hətta Romaya yürüşlər edirdilər. İslam qüvvələri cənub-qərbdən Pyemont və Burqundiyadan keçərək Ron vadisinə qədər irəliləmişdilər. Onlar İsveçrənin dağlıq hissələrini tutmuşdular və bu da 952-ci ildən 960-ci ilə qədər davam etmişdir.

        Sonuncu böyük hücum Şərqdən oldu. Osmanlı türkləri 1453-cü ildə Bizansın paytaxtı Konstantinopolu fəth etməyə nail oldular. Bu Roma imperiyasının tam süqutu demək idi. Bundan sonra müsəlmanlar öz nüfuzlarını genişləndirib, 1529-ci ildən 1693-cü ilə Balkanlardan Vyana qapılarına qədər hərbi yürüşlər etdilər. Sonralar isə Albaniya və Bosniya da islamlaşdı.
       
     Mədəni təsir

        Min illər ərzində müsəlmanların müntəzəm hərbi kompaniyası Avropanın böyük bir hissəsini titrətdi. Ancaq müasir Almaniyanın ərazisi toxunulmaz olaraq qalmışdı.

        Əlbəttə, İspaniyadan müəyyən mədəni təsirlər olmuşdu. İslam, xristianlıq və yəhudilik mədəniyyətinin qarışması bilik toxumunu səpərək, Qərb mədəniyyətinin formalaşmasına səbəb oldu.

        Ərəblər olmasaydı, Aristotel, Evklid və Platonun işləri kimi antik xəzinələr həmişəlik itə bilərdi. Onların böyük hissəsi 12-ci əsrdə yepiskop Raymundonun əmri ilə latın dilinə çevrilmişdi. Avropada Averroes kimi məşhur olan İbni Ruşd tərəfindən Aristotelin işlərinin tərcüməsi orta əsr elmlərinə çox mühüm təsir etmişdir.

        Quranı yaxşı başa düşmək üçün kilsə islahatçısı Martin Lüter bu müqəddəs kitabı latın dilinə tam tərcümə etməyə çağırmışdı. Lüter osmanlı türklərinin müəyyən dərəcədə heyranedici xüsusiyyətlərinin olduğunu etiraf etsə də, o da Roma Papası kimi müsəlmanları yanlış yolda olanlardan hesab edirdi. Çox da təəccüblü deyil ki, yəhudilər uzun illər İslamı xristianlığın sektası, Quranı türklərin Bibliyası kimi bilirdilər.
       
     İslamın qəbul edilməsi

        17-ci əsrədək «türk təhlükəsi» və İstambuldan yeni yürüş qorxusu avropalıların müsəlmanlarla normal münasibətləri qaranlıqda qoyurdu. 1701-ci ildən vəziyyət dəyişməyə başladı. Həmin ildə Sultan II Mustafa, Prussiya kralı I Fridrixin tacqoyma mərasimi münasibətilə ona öz təbriklərini bildirmişdi.

        Bu addım hər iki tərəf üçün geniş münasibətlər yaratmağa imkan verdi. Və Kurlandiya hersoqu I Fridrixə müharibədə əsir götürdüyü 20 tatar müsəlmanı bağışladığı zaman o, bu əsirlər üçün ibadət otağı ayırmışdır. Hərçənd ki, onlar üçün istirahət günləri İslamda olduğu kimi cümə günü deyil, bazar günü keçirilirdi.

        1712-ci ildən 1786-cı illərə qədər hökm etmiş II Fridrix başqa dinlərə qarşı çox tolerant yanaşırdı. Katoliklərin hökuməti və vətəndaş hüquqları haqqında danışarkən o, bildirmişdir ki, "Bütün dinlərə qarşı səbrlə yanaşmaq lazımdır. Krallıq onların mövqeyini bərabər tutmalı və hər kəsə istədiyi kimi ibadət etməyə imkan verməlidir". Sonra o, əlavə etdi ki, bütün dinlər bərabər və yaxşıdır – əgər ona etiqad edənlər təmiz insanlardırlarsa.

        II Fridrix Osmanlı imperiyasından Qabsburqlara qarşı əks qüvvə kimi müttəfiq tapır. Rəsmi diplomatik danışıqlar başlanır. 1763-cü ilin 9 noyabrında ilk türk səfiri olan Əhməd Rəsmi əfəndi 73 nəfərlik heyəti ilə birgə Berlinə gəlir. Burada şəhər əhalisi onları böyük sevinclə qarşıladı. Bu qarşılanma mərasimindən təsirlənmiş səfir, sultan III Mustafaya məktubunda bildirmişdir ki, Berlin camaatı Həzrət Peyğəmbərə (s) ehtiram edir və İslamı qəbul etməyə hazır olduqlarını etiraf etməkdən ehtiyat etmirlər.

        1798-ci ildə növbəti səfir vəfat edəndə III Fridrix əmr etdi ki, o, İslam adəti ilə basdırılmalıdır. Beləliklə Almaniyada ilk müsəlman qəbiristanlığı yarandı.
     
      Ekzotik Şərq Almaniyaya gəldi

        Almaniyada İslam tarixi və almanların dinə baxışları Maariflənmə dövründə ciddi təsirə məruz qalmışdır. O vaxtın mühüm şəxsiyyətlərindən biri də şair Qothold Efraim Lessinq idi. O, fikir azadlığının və o cümlədən, dini məsələlərdə azadfikirliliyinin tərəfdarlarından idi.

        Hegel də İslama heyranlıq ifadə edənlərdən idi. İohann Höte bu dinin ən yaxşı bilicilərindən idi. Onun bu dinə qarşı müsbət münasibətinə görə müsəlmanlar onu öz şairləri və hətta dindaşlarından bilirdilər.

        O vaxt müsəlmanların həyatı haqqında hərbi əsirlərdən və səyahətçilərin danışdıqlarından öyrənirdilər. Kral saraylarının gözəllikləri fransız rəssamları Delakrua, Jan İnqre və onların alman əməkdaşı Adolf Silin əsərlərində yer almışdır. Vyana klassik bəstəkarları türksayağı musiqidən xüsusi zövq alırdılar. Volfqanq Mosart bu əsrarəngiz mahnıları özünün operasının uverturasına daxil etmişdi. Həmçinin Haydnın "Türk marşı"nı da qeyd etmək lazımdır.

        Almaniyanın cənubunda yerləşən «Türk bağı»ndakı aristokrat evləri və 10-cu əsrdə Drezdendə tikilmiş Yanidze tütün fabriki öz üslublarına görə Şərq memarlığında inşa edilmişlər. Bu tikililərin memarları və ustaları Şərq memarlıq abidələrinin gözəlliklərinə heyran olmuşdular və heyranlığı öz işlərində əks etdirirdilər.

        1889-cu ildə kayzer Vilhelm İstambula səfər etmişdi. 9 il sonra isə Osman imperiyasına məxsus olan Qüdsə və Dəməşqə getmişdi. Bu səfərində o, 1187-ci ildə Qüdsü səlibçilərdən azad edən Səlahəddinin qəbrini ziyarət etmişdi. Yerli din lideri alman monarxının salamını almış və müsəlman qəhrəmanına "Qoy Allah bu kayzerə xeyr-dua versin" sözlərinə görə ona təşəkkür etmişdir.

        Birinci dünya müharibəsi dövründə türklərlə almanlar müttəfiq idilər. Müxtəlif millətli müsəlman hərbi əsirləri Berlinin yaxınlığında yerləşən Zossene və Vunsdorf adlı iki düşərgədə saxlayırdılar. Və orada müsəlmanların gözəl məscidi vardı və düşərgə bağlananda onu dağıtdılar.

        Berlindəki müsəlman icması 1922-ci ildə yaradılımşdı. 1923-1925-ci illər arasında Vilmersdolf rayonunda məscid tikilmişdi.

        Hitler hakimiyyətə gələndə ölkədə 1000-dən çox müsəlman var idi və onların çox hissəsi tələbə, qaşqınlar və hərbi əsirlər idi.
     
      Müharibədən sonrakı Almaniya


        Müharibədən sonrakı Almaniyada siyasi islam hərəkatları haqqında söhbət açarkən, Stefan Meyninqe haqqında danışmamaq olmaz. Tarixçi və telejurnalist olan Meyninqe Almaniyanın tarixinin naməlum səhifələri haqqında çox az sağ qalmış canlı şahidlərlə söhbət etmişdi.

        Müharibədən sonra Üçüncü Reyxin minlərlə əsgəri Qərbdə sığınacaq tapmağa çalışırdı. Onların bəziləri Münhenə getmişdilər. Onların arasında olan müsəlmanlar məscid inşa etmiş və İslam üzrə komissiya yaratmışlar. İndi bu cəmiyyət Almaniyanın ən nüfuzlu təşkilatlarından biridir və Misirin "Müsəlman qardaşları" assosiasiyası ilə sıx əlaqədədir.
        İşçi mühacirlər İslamın yeni üzüdür

        Qərbi Almaniyaya kütləvi surətdə köçən işçilər ölkəni yenidən bərpa etmək məqsədilə dəvət olundular. Onlar, İslamı ölkənin mədəni portretinin ayrılmaz bir hissəsinə çevirmişdilər. Türklər, mərakeşlilər və tunislilər iş üçün Almaniyaya gəlmişdilər. İşçi qüvvəsinin məhdudlaşdırılması və onların ailələrinin ölkəyə gətirilməsinə mane olmaqlarına baxmayaraq, müsəlman axını ölkədə artırdı. Sonradan onlara İrandan, İraqdan, Əfqənistandan və Bosniyadan gələn mühacirlər də qoşuldular. Hal-hazırda Almaniyada 3 milyona qədər müsəlman yaşayır və onların 1 milyonu ölkə vətəndaşıdır.

        Müsəlmanlar Almaniyada çox naliyyətlər qazanmışlar. Hal-hazırda Almaniyada hətta müsəlman xanımlar üçün hovuzlarda ayrıca gün ayrılmışdır və həmin günlərdə pəncərələr qalın pərdə ilə örtülür ki, kənar adamlar içərini görməsinlər. Bir çox xəstəxana və məktəblərdə xaçları yığışdırıblar və zavodlarda və ictimai idarələrdə namaz üçün xüsusi otaqlar ayrılmışdır.

        Müsəlman şağirdlərin valideynləri qızlarını oğlanlarla bir yerdə idman oyunları oynamaqdan və gecə yürüşlərindən azad ediblər. İctimai müəssisələrdə işləyənlərin hicab taxma problemi və həmçinin məktəblərdə dini dərslərin keçirilməsi məhkəmə vasitəsilə həll olunur. Almaniyada artıq müsəlman müəllimlərə və imamlara təhsil verilir.

        Axır 50 ildə alman təşkilatları ölkədə baş verən dəyişiklərə kənardan müşahidə etmə mövqeyindədirlər. Konstruktiv mövqedə olan təhlilçilər isə hesab edirlər ki, İslama qarşı sərt siyasət mənasızdır və ümumi gələcək üçün əslində ümumi məxrəcə gətirəcək mövzuları müzakirə etmək lazımdır. (Ursula Spuler Stiqman, Marqburq universitetinin İslam elmləri professoru)

        Hazırladı: Məşədi Xanım


    Категория: Dünyada | Просмотров: 1250 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər